5. Abdullah ibn Abbas Abdullah ibn Abbas İslam tarixində misilsiz şəxsiyyətlərdən biridir ki, mütə nikahını halal bilməklə yanaşı bu nikaha uyğun fitva da vermişdir. O, mütəni haram bilən şəxslərlə mübahisə edər və bu işin halal olmasına təkidlə yanaşardı.
Abdullah ibn Abbasın mütəni caiz bilməsi əhli-sünnə alimlərinin və görkəmli şəxsiyyətlərinin etiraf etdikləri bir həqiqətdir. Biz burada İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin, xüsusilə İbn Abbasın bu mövzuda münasibətlərini şərh etmək üçün bir sıra dəlil və sübutlara toxunuruq.
Tanınmış alim Eyni “Ümdətül-qari” kitabında yazır:
«قال ابوعمر: اما الصحابه فانهم اختلفوا في نكاح المتعة مذهب ابن عباس الي اجازتها و تحليلها لاخلاف عنه في ذلك و عليه اكثر اصحابه منهم عطاء ابن ابي رباح و سعيد بن جبير و طاووس» Əbu Ömər dedi:
Peyğəmbərin səhabələri arasında mütə nikahı barəsində fikir ayrılığı vardır. İbn Abbas mütə nikahı hökmü verir və onu halal bilirdi. Bu məsələdə heç bir müxalifət görünmür. Onun şagirdlərinin əksəriyyəti- məsələn, Əta ibn Əbi Ribah, Səid ibn Cübeyr, Tabus və digərləri onun əqiəsinə şərik idilər.
İbn Rüşd yazır:
«و اشتهر عن ابن عباس تحليلها و تبع ابن عباس علي القول بها اصحابه من اهل مكه و اهل اليمن و رووا ان ابن عباس يحتج لذلك لقوله تعالي: فما استمتعتم به منهن الي اجل مسمي» “Ibn Abbasın mütə nikahını halal bilməsi məşhurdur. Onun Məkkə və Yəmən əhlindən olan şagirdləri də mütə nikahının halallığına dair hökmdə ona tabe olmuşlar. İbn Abbsdan nəql olunur ki, o, mütə nikahının caizliyini isbat etmək üçün həmişə “fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma” ayəsinə istinad edərdi.”202 İbn Aşur yazır:
«ان الناس استمتعوا و عن علي بن ابيطالب و عمران بن حصين و ابن عباس و جماعه من التابعين و الصحابه انهم قالوا بجوازه» “Şübhəsiz, insanlar mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən, İmran ibn Həsindən, İbn Abbasdan, digər səhabə və tabeindən olan bir qrupdan mütə nikahının caizliyinə fitva verdikləri nəql edilmişdir.”203 Gördüyünüz kimi əhli-sünnənin tanınmış alimləri kifayət qədər aydınlıqla İbn Abbas və şagirdlərinin mütə nikahının halallığına etiqad bəslədiklərini bəyan etmişlər. İbn Abbasdan mütə nikahı barəsində bizə çatmış təfsirlər də bu nəzəriyyəni isbat edir ki, o, mütə nikahını halal bilmişdir. Biz burada hər iki məzhəbin təfsir kitablarında İbn Abbasın mütə nikahı barəsində təfsirlərini araşdırmağa başlayırıq.
«أبا نضرة يقول: قرأت علي ابن عباس - رضي الله عنه - «فما استمتعتم به منهنّ فآتوهنّ أجورهنّ فريضة» قال ابن عباس: «فما استمتعتم به منهنّ إلي اجل مسميّ» قال أبو نضرة فقلت ما نقرأها كذلك، فقال ابن عباس: والله لا نزّل الله كذلك» Əbu Nəzrə nəql edir:
İbn Abbas üçün “fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh” ayəsini qiraət etdim. İbn Abbas dedi:
- Ayəni belə oxu: “fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma”.
Mən (Əbu Nəzrə) İbn Abbasa:
- Biz bu ayəni belə oxumuruq,- dedim.
- Allaha and olsun ki, ayə belə nazil olmuşdur, - deyə ibn Abbas cavab verdi.204 Hakim “Müstədrək” kitabında bu hədisi nəql edəndən sonra yazır: