Müəllif: Zülfüqar Mikayil. Köməkçi alimlər: dr. İsam Əl-İmad və Hüccətül-İslam Seyid Məhəmməd Nəcəfi. Tərcüməçi: Qahir Vaqifoğlu Redaktor və nəşrə hazırlayan: Hacı Arzu http://ehliwie-samux.com Giriş الحمد لله رب العالمين وأفضل الصلاة وأتم السلام على سيدنا ونبينا نبي الرحمة محمد المصطفى، وآله الطيبين الطاهرين، سيما اوّل الائمّة الهداة علي ابن ابي طالب و خاتم الائمة و مهدي الامة، الموعود على لسان جده، الذي يظهر الله به الاسلام، ويملأ الارض قسطا وعدلا كما ملئت ظلما وجورا و لعن الله علي اعدائهم من الآن الي يوم القيامة. Qurani kərim hikmət sahibi Allah tərəfindən onun pak və müqəddəs bəndəsinə, Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olmuş bir kitabdır. Aydındır ki, Quranı kərim və həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) etdiyi hər hökmün icra olunmasının vacibliyi inkar olunmazdır. Belə ki, Qurani kərim buyurur:
فَالَّذينَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذي أُنْزِلَ مَعَهُ أُولئِكَ هُمُ الْمُفْلِحُون
Ona iman gətirənlər, onu ucaldıb himayə edənlər, ona yardım edənlər və onunla nazil olan nura tabe olanlar, onlardın nicat tapanlar.1 وَ ما آتاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاكُمْ عَنْهُ فَانْتَهُوا وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَديدُ الْعِقابِ Peyğəmbər sizə hər nə gətirsə, onu alın və hər nəyi yasaq (mən) etsə, ondan imtina edin! Allahdan qorxun. Çünki Allahın əzabı çox şiddətlidir.2 Yuxarıda ki, ayələr bu həqiqəti nümayiş etdirməkdədir. Bəllidir ki, bu qanunlar icra olunmazsa Allah-taalanın hökmlərini rədd etmiş oluruq. Onların yerinə isə ayrı hökmlərə əməl etsək dinə bidət (dəyişiklik) gətirmişik.
Bidət də yalnız bu deyil ki, bir müsəlman və ya mömin insan müqəddəs islam dinindən onda olmayan və sonradan daxil olan hökümlər, rəsmlər və qayda-qanunları pozmasın. Belə ki, bidət sözünün mənası bundan da ümumidir. Bunu belə izah etmək olar ki, əgər hansısa hökmü müqəddəs İslam dininə daxil etmək bizim üçün ürək yandırandırsa, və bu işin əleyhinə çıxırıqsa həmin miqdarda da İslamdakı hökümlərin silinməsinə qarşı həssas olmalıyıq. Belə olmayan təqdirdə imanımızın zəif olduğunu bilməliyik.
Qurani kərim Allah-taalanı zahirdə qəbul edən şəxsləri lakin müqəddəs kitabları və peyğəmbərləri təsdiq etməyən və ya bu kitab və peyğəmbərlərin bəzilərini qəbul edən və digərlərini rədd edən şəxsləri kafir adlandırır.
إِنَّ الَّذينَ يَكْفُرُونَ بِاللَّهِ وَ رُسُلِهِ وَ يُريدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَ رُسُلِهِ وَ يَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَ نَكْفُرُ بِبَعْضٍ وَ يُريدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذلِكَ سَبيلاً- أُولئِكَ هُمُ الْكافِرُونَ حَقًّا وَ أَعْتَدْنا لِلْكافِرينَ عَذاباً مُهيناً- وَ الَّذينَ آمَنُوا بِاللَّهِ وَ رُسُلِهِ وَ لَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولئِكَ سَوْفَ يُؤْتيهِمْ أُجُورَهُمْ وَ كانَ اللَّهُ غَفُوراً رَحيماً Allaha və onun peyğəmbərlərinə kafir olanlar, Allahı peyğəmbərlərindən ayırmaq məqsədilə: "Biz bəzisinə inanırıq və bəzisini inkar edirik", - deyirlər və bunun (küfrlə imanın) arasında özləri üçün bir yol tapmaq istəyirlər. Onlar, həqiqətən, kafirdirlər. Biz isə kafirlər üçün rüsvay edən əzab hazırlamışıq. Allaha və peyğəmbərlərinə iman gətirənlərin və onların heç birini o birisindən ayırmayanların əcrlərini Allah tezliklə verəcəkdir. Allah bağışlayan və mehribandır.3 Müsəlmanların üləmalarının hamılıqla dediklərinə asasən mütə nikahı İslam dininin ilk çağlarında Qurani kərim və Məhəmməd peyğəmbərin mötəbər sünnəsi tərəfindən isbat olunmuşdur. Buna görə də mütə nikahını hansısa bir qrup insanın rədd etdiyinə və ya kimlərinsə təriqət təlimləri ilə üst-üstə düşmədiyinə görə kənara qoymaq doğru deyildir. Çünki bu halda biz də Müqəddəs İslam dininə bidət gətirmiş və Allah-taalanın hökmünü təhrif etmiş oluruq.
Buna xatir müvəqqəti nikaha aid araşdırmalar, bu nikah növünün İslam dininin ayrılmaz hissəsi olduğunu və ona daha artıq diqqət yetirmək lazım olduğunu olduqca zəruridir. Habelə öz məzhəb görüşlərinin təsiri altında haqq və həqiqəti tapa bilməyənlər üçün bu mətləbin aydınlaşdırılması böyük əhəmiyyətə malikdir.