Mütənin qisimləri Fiqhi termin kimi mütə üç qismə ayrılır:
Nisa mütəsi:
Nisa mütəsi yuxarıda sözü gedən mütədir. Onun lüğət və terminologiyadaki mənalarını izah etdik. Gələcək bəhslərimisdə də bu barədə mükəmməl şəkildə söhbətimizi davam etdirəcəyik.
Talaq mütəsi:
Talaq mütəsi dedikdə kişinin talaqdan qabaq yaxınlıq etmədiyi və mehriyə müəyyən olunmadığı halda talaqdan sonra qadına ödədiyi hədiyyə nəzərdə tutulur.23 Fəqih alimlər bu növ mütəni "Bəqərə" surəsinin 236-cı ayəsi ilə əsaslandırırlar. Allah-taala bu ayədə buyurur:
لا جُناحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّساءَ ما لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَريضَةً وَ مَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَ عَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتاعاً بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنينَ “Yaxınlıq etmədiyiniz(toxunmadığınız) və mehriyyə (kəbin haqqı) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq(ehsan) edənlərə layiq şəkildə onlara bir şey(mütə) versin”. Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:
“Əqd vaxtı həyat yoldaşınızın mehriyəsini müəyyən etməmişsinizsə talaq verən zaman sizə vacibdir ki, ona nə isə verəsiniz. El qaydası ilə, camaatın bəyəndiyi bir şey verə bilərsiniz. Bu hökm mehriyəsi müəyyən olunmamış talağı verilən qadına məxsusdur və bütün boşanan qadınlara şamil olunmur. Bu hökm əri ilə cinsi əlaqəyə girməyən qadınlara münasibətdə də öz güçündədir.”24 Görkəmli Əhli-sünnə alimi Fəxr Razi yazır:
"Talaqı verilmiş qadınlar iki hissəyə bölünürlər: Əri ilə cinsi yaxınlığa girənlər və cinsi yaxınlığa girməyənlər. Amma yaxınlıq olmadan talaq alan qadının mehriyəsi müəyyən olmazsa, ona hədiyyə (mütə) ödənir. Bu işdə təfsir etdiyimiz ayə əsas götürülür. Amma mehriyə təyin olunarsa, ona hədiyyə düşmür.25 Göründüyü kimi təfsirçilər və digər alimlər "Bəqərə" surəsinin sözü gedən ayəsi əsasında talaq mütəsi üçün iki əsas şərt qeyd etmişlər:
1)Mehriyyənin təyin olunmaması;
2)Talaqdan öncə kişinin qadın ilə cinsi əlaqəyə girməməsi;
Alimlər Quran ayəsinə istinadən bu iki şərt əsasında qadına hədiyyə verilməsini lazım bilmişlər. Buna görə də bu talaq və ayrılıq növü talaq mütəsi adı ilə məşhurdur.
3- Həcc mütəsi Həcc mütəsi budur ki, bir şəxs Miqatda ehram bağlayandan sonra yeddi dəfə Kəbəni təvaf edir, sonra İbrahim məqamında iki rəkət namaz qılıb yeddi dəfə Səfa və Mərvə arasında səy edir. Sonda başının, ya bədəninin tükünü azaldır. Bu əməldən sonra ehramda haram edilənlər halal olur. Həmin il həcc üçün yenidən ehram bağlayana qədər bu vəziyyət davam edir. Doqquzuncu gün Ərəfata gedir və orada gün batana qədər yubanır. Sonra digər əməlləri yerinə yetirərək ikinci ehramdan da çıxır.26 Söylənməsi lazım olan budur ki, təməttö həcci bizim(şiələrin) nəzərimizdə Məscidul-Haramda olmayan bir şəxsə vacibdir və onun hər tərəfdən minimum on iki mil Məkkə ilə məsafəsi olmalıdır.27 Fəqih və təfsirçilər bu növ təməttönü "Bəqərə" surəsinin 196-cı ayəsi ilə əsaslandırırlar. Hikmət sahibi Allah buyurmuşdur:
وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَ لا تَحْلِقُوا رُؤُسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كانَ مِنْكُمْ مَريضاً أَوْ بِهِ أَذىً مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَ سَبْعَةٍ إِذا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كامِلَةٌ ذلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حاضِرِي الْمَسْجِدِ الْحَرامِ وَ اتَّقُوا اللَّهَ وَ اعْلَمُوا أَنَّ اللَّهَ شَديدُ الْعِقابِ “Həcc və ümrə əməllərini Allah üçün tamamlayın. Və əgər bir maneçilik varsa, mümkün olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə çatmayana kimi başınızı qırxmayın. (ehramdan çıxmayın). Və sizdən xəstə olan ya başından əziyyətə düşən bir şəxs olsa (çarəsizlikdən ehramda başımı qırxmalı olsa başını qırxmaq üçün fidyə (kəffarə) olaraq oruc tutmalı ya sədəqə verməli yaxud qurban kəsməlidir. Təhlükədən əmin olduğunuz zaman, ümrə ilə Həcci-təməttö əməllərini yerinə yetirənlər müyəssər olan qurbanlığı (kəsməlidirlər) qurbanlıq tapa bilməyən şəxs isə bunun əvəzində həcc günləri vaxtında üç gün, qayıdandan sonra isə yeddi gün oruc (tutmalıdır) ki, bu üst üstə on gün tamamdır. Bu, (həcci-təməttö və ümreyi-təməttö) ailəsi Məscidul-həramda (Məkkə və Mədinə ətrafında sakin) sakin olmayan üçündür. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.” Təməttö həccinin belə adlanmasının səbəbi budur ki, hacı ehram müddətində ümrə əməllərini yerinə yetirmək üçün bəzi işlərdən məhrum olur. Ümrə əməllərini bitirdikdən sonra həcc əməllərini başlayana qədər ona haram olan işlər halal olur. Belə ki, bu işlərdən, (məsələn: qadınla yaxınlıqdan) faydalana bilər. Buna görə də bu həcc “təməttö” həcci kimi tanınmışdır.28