Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə16/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   12   13   14   15   16   17   18   19   ...   57
Gedir – bütün hərəkətləri,

Dinir – hər cizgiləri,

Hisslərlə, ədayla doludur,

Bir ilahi sadəliklə doludur.1
Müşfiq:
Sənin mərhəmətli, dolğun gözlərin

Mənim hisslərimi məndən də dərin

Necə anlatmada bilməm, şirin qız?2
Ülvi:
Baxışları sirli nağıl

Gözlərindən alov yağır.

Tez-tez sağa-sola baxır,

Bu qız görən hara gedir?3

Bu gənclərin şeirlərində hər şey hiss etmək müm­kün­­dür: görüşmək sevinci, ayrılıq qüssəsi, gözəlin təsviri, bu­sənin şi­rinliyi, sərt baxışın acılığı və s. Hamısı hisslər səviyyəsində! Heç bir məsuliyyət, heç bir cavabdehlik, heç bir sabah ar­zu­la­rı, heç bir düşüncə, heç bir dərinlik! Əs­lin­də, bunu qəlbin, kö­nü­lün gözəlliyə təbii meyli və ya uşa­ğın sevimli, qeyri-adi bir şe­yə qarşı ilk sövq-təbii reak­si­yası, yəni əlini uzadıb götürmək, onu dadmaq istəyi ad­lan­dırsaq daha doğru olar. Məhz uşağın. Bu­rada heç bir hiy­lənin, heç bir vəhşi ehtirasın, qara niyyətin, xə­bis plan­la­manın izini tapmaq olmaz.

Hisslər oynaqdır. Gənc eyni səmimiyyətlə müxtəlif gö­­­zəl­lərin sehrinə düşür, vurulur, aşiq olur, ancaq bir yer­də qə­rar tuta bilmir. Maraqlı bir haldır ki, istedadlı uşaq­lar daha na­dinc olurlar. İçlərində qaynayan enerji, ətrafla har­­moniya­ya can atma meyli, eyni zamanda, sabit ol­ma­yan emosiyalar, ət­rafındakı hadisələrə qeyri-ciddi mü­na­si­bət. Bu nədir? Dayaz dü­şüncə? Kyerkeqorun fikrinə gö­rə, «günah – inkar deyil, nə isə müsbət bir şeydir»1 və «gü­nahın pozitivliyi məhz Allahın qar­şısında olmaqdır».2 Mə­lum olduğu kimi, uşaq diqqət tələb edən­də, öz var­lı­ğı­nı ətrafındakılara çatdırmaq istəyəndə na­dinc­lik edir. Kyer­keqor da bu nadincliyin daha böyük miq­yas­da edil­mə­sinin daha böyük səbəbinin olduğuna işarə edir. La­kin na­dinclik yalnız öz varlığını eşitdirmək ehtiyacından yox, həm də içindəki yükdən azad olmaq istəyindən ola bilər. Ye­nə Kyer­keqor bildirir ki, «mütəəssir olan Allah qar­şı­sın­da özü olmaq istəyəndə və ya olmaq istəməyəndə gü­nah işlədir».1 De­mə­li, gənci nadinclik etdirən həm də çiyinlərindəki ağır yük­dən azad olmaq və ya bir az da olsa onu unutmaq istəyidir.

O gəncdir. Təbiət öz gücünü göstərir, hisslər qay­na­yır, co­şur, sevib sevilmək arzusu oyanır. Lakin ma­raq­lı, eyni za­man­da, qəmli bir şey müşahidə edilir: bir belə sev­gi şeirlərinin mü­əllifini sevgi sevindirə bilmir. Həyat ta­rixçəsindən məlum ol­duğu kimi, həmişə gözəl qadın­la­rın əhatəsində olan Ler­mon­tov nədən yazır ki,


Nə olsun ki, kimi isə sevirəm,

Sevgi mənim həyatımı bəzəmir.2
Nədən yaşının sevib sevilən vaxtında Ülvi deyir ki,
Hər həvəs, hər həyəcan məgər sevgimi?

Aldatma özünü, nə də ki, məni.3
Bəli, ilk baxışda həyatlarındakı hisslərin güclü ol­ma­­sına baxan, bu yaradıcı gənclərin eşq haqqında çoxlu şe­ir yazdığını güman edir. Əslində isə bu şeirlər ayrı-ayrı ha­disələrin, ötəri hə­yəcanların qısa təsvirlərindən başqa bir şey deyil. Əsl sev­gi­ni – ruhun mahiyyətini təşkil edən, bütün varlığın, yaradılışın sə­bəbi olan, insanı adi canlı sə­viy­yəsindən ucaldıb İnsan edən qüv­vəni isə hələ tanı­mır­lar. Bunu onların yaşı, təcrübəsi rəva gör­mür. Hər varlıq özündən daha kamilə meyl edir. Süh­rə­vər­di­nin də qeyd etdiyi kimi, «hər naqis nurun kökündə özündən yük­sək nura qarşı eşq, hər ali nurun kökündə isə özündən aşa­ğı­dakına qarşı qaliblik (idarəçilik) var».1 Gənc də bütün ru­hu ilə özündən yüksəkdəkinə böyük bir sevgi, eşq duyur. Yəni onun ruhu sevgi ilə dolub-daşır. Onun hər gün rastlaşdığı və mü­vafiq olaraq təsvir et­di­yi sevgilər isə hiss səviyyəsindən o ya­na keçmir. … Və bu isə on­la­rı qane etmir. Gənclərin duy­duq­ları ilahi harmoniyanın, gözəl­li­yin ya­nın­da bu keçici his­s­lər o qədər kiçik, əhəmiyyətsiz, zə­if gö­rü­nür ki, düşünmədən on­dan uzaqlaşırlar. Bu sə­bəb­dən onlar mad­diyyatın hüdudları boy­da olan bu sev­gi­dən bir ruh düşgün­lü­yü ilə, bəd­binliklə yazırlar. Ler­mon­tov mələyin qucağında bu dün­ya­dan köç edən bir gənci belə təsvir edir:

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin