Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə14/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   10   11   12   13   14   15   16   17   ...   57
İnsanları sevirəm – təbiət daha yaxındır.

Mənim nə olduğumu, nə olacağımı

Onunla təklikdə unuduram mən.

Öz ruhumda bütün nəhəng dünyanı hiss edərkən

Bu hissimi nə deyə, nə gizləyə bilirəm.1
Ülvi də belə hesab edir ki,
İnsanlar dən kimidir,

Torpağa düşmüş bir dən.

Hər ikisi can alır

Bu ulu təbiətdən.2
Bu, təbiətə bir seyrçi baxış deyil. Bu, məzmundan çı­xış edib, formanı dəyərləndirməkdir, fərqləri deyil, ox­şar­lıq­ları gör­mək, yalnız görmək deyil, bu bənzərliklər ara­sın­dakı qa­nu­na­uyğunluğu, onun içindəki təsadüfü deyil, zə­rurəti ortaya çı­xar­maqdır. Şellinq dediyi kimi, «Tə­bi­ə­tin hər şeyi canlan­dı­ran, hər şeyə nüfuz edən qüvvələrinin tə­siri ilə yalnız hisslərin əzə­mətli yüksəlişi, yalnız təxəy­yü­lün dərin sarsıntısı incəsənətə hə­min keçilməz gücü verə bi­lərdi. Həmin güc ki, o, həmişə – er­kən illərin donuq, qa­pa­lı, ciddi əsərlərindən tutmuş, hissi zə­rif­liklə dolu əsər­lə­rə qədər həqiqətə sadiq qalmış və ölərilərə sez­mək üçün ve­rilən o ali reallığı mənən yaradırdı».3

Düzdür, təbiətin «oxunmasında» gənc özünün yaş­lı həm­fikirləri və ya mütəxəssis alimlər kimi çox dərinə ge­də bil­mir – bunu onun yaşı və təcrübəsi rəva görmür – bu­nun­la belə, o, nəinki çatdığı, hətta əminliklə məskun­laş­dığı ümumi har­moniya daxilində Mütləq Həqiqətin say­sız təzahürləri ilə üz­ləşir, dərk edir. Təbii ki, bu dərk­et­mə onun yaradıcılığında da özünü göstərir.

Qeyd etdiyimiz kimi, gənci fərqləndirən məhz his­siy­­ya­tın üstünlük təşkil etməsidir. Bunun nəticəsidir ki, o, gör­­düyü, dərk etdiyi hər hansı bir biliyi tez-tələsik üzə çı­xar­­mağa can atır. Bu, həm həmin yükdən azad olmaq, quş kimi yün­gül­lü­yü­nü, azadlığını qaytarmaq istəyi, həm için­­­dəki gənc təbiətlə qə­dim müdrikliyin ziddiyyətinə son qoy­­maq üçün özü­nü­təs­diq, özünüifadə forması, həm də aç­­maq istədiyi yolun daha bir pilləsini qurmaq, di­gər­lə­ri (əsa­­sən, özündən yaşlılar) ara­sın­da öz varlığını çat­dır­maq ar­­zusudur. Bunun nəticəsidir ki, gənc yaşlarında ya­ra­dı­cı­lıq daha məhsuldar olur, nəinki son­ra­kı illər və ya Şel­linq­də olduğu kimi, sonrakı illər gənclikdə qə­bul et­dik­lə­rinin «həzmi», saf-çürük etməsi ilə məşğul olurlar.

Bəli, gənc böyük bir yaradıcılıq od-alovu, çoşqusu ya­­­şa­yır, özünü qüdrətli, xilaskar kimi hiss edir. Lakin hər də­fə o, cə­miyyətin soyuq sifəti ilə üzləşəndə içini bir qorxu bü­rüyür: iz­siz getmək, etdiklərinin böyük okeanın damla­la­rı arasında əri­yib itmək, özü kimi, yaratdıqlarının da bir kə­nara atılmaq qor­xusu. Eynəlqüzat Miyanəci bu gün də ol­masa, nə vaxtsa eşi­dilmək arzusundadır: «Günlər ke­çə­cək, bir səhər gö­rə­cək­sən ki, Eynəlqüzat bu müvəf­fə­qiy­yə­tə nail olubdur».1

Öz çağında redaksiyaların bürokratik sədlərini sın­dı­ra bil­məyən Ülvinin bu istəyi qorxu qarışıq bir ümidin ifa­dəsi deyilmi:
Arzum budur həyatda,

Nə dərd, nə qəm olaydı,

Məndən sonra dünyada

Bircə şeirim qalaydı.2

Düzdür, gəncin içindəki qorxu, narahatlıq əsasən öz şəx­si taleyi ilə bağlıdır. Çünki Kyerkeqorun da dediyi kimi, «na­­rahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə hə­qi­qi mü­n­a­si­bətdir».3 Lakin bununla yanaşı, o, ümu­miy­yətlə, öz döv­rü­nün faciəsini anlayır, onun həlli yollarını arayır, heç olmasa, öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır:



Mən bizim nəslə məyus bir nəzərlə baxıram,

Onun sabahı ya boş, ya qaranlıq olacaq.

O idrak və şübhələr ağırlığı altında

Hərəkətsiz qalaraq süstləşib qocalacaq.4
Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün yaşıdlarını bu gün mübarizə aparmağa çağırır:


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin