Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə19/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
Nəticə
Fəlsəfə elə bir zirvədir ki, hər təfəkkürü, hər ya­ra­dı­cı­lığı, hər dünyagörüşü ora aid etmək düz olmazdı. O ba­xım­dan, bə­zi­lərinə də «gəncliyin fəlsəfəsi» ifadəsi ilk ba­xış­da bir-birilə uyuş­­mayan iki fərqli sözün eklektik bir­ləş­mə­si kimi görünə bi­lər. Bəs əslində necədir?

İnsan ömrünü fəlsəfə tarixinə bənzətsək gəncliyi onun or­ta əsrləri hesab etmək olar. İdeyaların çoxusunun do­ğulub in­kişaf et­di­yi, bəzilərinin isə rüşeymlərinin ya­ran­­dığı orta əsr­lər. Hələ coğ­ra­fi məkanın Şərq və Qərb de­yə iki qütbə bö­lü­nüb bir-birinə düşmən kə­silmədiyi, qə­dim hikmətlərin yeni hik­mətlərlə üzvi şəkildə çul­ğa­la­şıb bir-birini ən kamil şəkildə ta­mamladığı orta əsrlər. İr­ra­sio­nal id­rakın, mistik təfəkkürün ra­sional təfəkkürlə sıx əla­qəli olduğu, ilahi duyğuların çox vaxt maddi tələbatları öz təsiri altına aldığı, hət­ta onun in­ki­şa­fı­na maneçilik ya­ratdığı orta əsrlər.

Hər kəsin qəbul etdiyi bir fakt da var ki, fəlsəfə ta­ri­xin­də ən zəngin, ən mürəkkəb, ən ziddiyyətli dövr də orta əsr­lərdir. Təd­qiqat obyekti kimi ən çox müraciət edilən bu dövr olsa da, hə­lə də qaranlıq səhifələri, hələ də oriji­nal­lığını qoruyan qatlar qa­lan orta əsrlər. Nəhayət, onu da əlavə edim ki, orta əsrlərin bü­töv mənzərəsini yarat­maq üçün bütün bu deyilən cəhətlər pa­ralel, eyni za­manda, bir-birilə əlaqəli şəkildə tədqiq edil­məlidir.

Əlbəttə, orta əsrlər haqqında çox fikir söyləmək müm­­­kün­­dür, lakin bu, sadəcə, gə­lişi gözəl sözlər, yaxud tə­sadüfi bir bən­zət­mə deyil. Bun­lar həm də reallığın bü­tün zid­diy­yət­lə­ri­ni öz nurlu mə­­nə­viy­yat­larında əri­dib öz əza­bı, qüssələri ilə saf, tər-təmiz ide­ya­lar bitirən gəncliyin təsviridir. Yəni biz məhz orta əsrləri gəncliklə «ya­xın­laş­dıran» xüsusiyyətlərdən danışdıq.

Dediklərimizlə bir faktın aktuallığını vurğulamağa ça­­lı­şı­rıq: gəncliyin məhz fəlsəfi aspektdən öyrənilməsi həm gənclərin özü, həm də fəlsəfə üçün xüsusi əhəmiyyət daşıyır.

Təqdim edilən əsərdə biz gəncliyin fəlsəfəsini bü­tün­­lük­lə əhatə etməsək də, bir neçə məsələni paralel və qar­şılıqlı əla­qə­li şəkildə araşdırmışıq. Əvvəla, gəncliyə xas bir sıra xüsu­siy­yətlər vardır ki, məsələn, üsyankarlıq, nadinc­lik, qısa müd­dət­də bir neçə sahə dəyişmək həvəsi və s., on­ların əsl mahiy­yətini aydınlaşdırmaqla, onlara müna­si­bət də və təbii ki, on­la­ra göstərilən reaksiyalar da fərqli ola bilər. Digər tərəfdən, bir fak­tın üzərində dönə-dönə dayanmalı olduq ki, əhəmiyyətinin bö­yüklüyünü göstərə bilək. Bu, cəmiyyətin gəncin həyatında oy­nadığı roldur. Cəmiyyət istər istedadların öz vaxtında, za­ma­nında par­la­ma­sı, reallaşması üçün uyğun şərait yaradan, is­tər yara­dı­cı­lıq axtarışlarında olanlara düzgün, xeyirli isti­qa­mət ve­rən, istər sevgilərin, təfəkkürlərin tamamlan­ması üçün nü­mu­nə ola biləcək yüksək təfəkkürlü şəx­siy­yət­lər yetiş­di­rən, is­tərsə də kimliyindən, yaşından, cin­sin­dən asılı ol­ma­yaraq İn­sa­na, müqəddəslik duyğusuna dəyər ve­rən bir fak­tor ol­ma­lı­dır. Əks halda gəncin bizim təhlil et­dimiz xü­susiyyətlərində bir çat, naqislik yaranır və şəxsiyyət şikəst qalır.

Üzərində dayanmaq istədiyimiz cəhətlərdən biri də gəncin ruhunun ilahi aləmlə bilavasitə əlaqəli olmasının vacib­li­yi­dir. Xüsusilə qeyd edək ki, bu, həm gəncin mə­nə­vi aləminin tə­mizliyi, həm düşüncəsi ilə ruhunun bir-birini ta­mamlaması, həm də ruhunun nəbati, heyvani mər­tə­bə­dən insani mərtəbəyə yük­səlməsi üçün ən birinci şərt­dir. Ən əsası isə, bu, gəncin ən pri­mitiv hisslərdən ən ali duy­ğu­lara, müqəddəslik zirvəsinə, fəl­səfi təfəkkür sə­viy­yəsinə yük­sələ bilmək imkanıdır.

İkinci cəhətin vacibliyini vurğulamaq üçün yalnız onu əla­və edək ki, məhz ruhunun Allahla bilavasitə əla­qə­li ol­ma­sı­dır ki, insanı cəmiyyətin çirkabından qurtara bi­lir, onu məhv ol­maqdan qoruyur. Bu olmayanda isə gənc olmayanda isə özü təmiz cəmiyyəti korlaya bilər və cə­miy­yət üçün bir nöq­sa­na çevrilər.

Nəhayət, biz bu əsərdə insana məxsus hər bir duy­ğu­nun məhz gənclik mərhələsinin olmasını vurğulama­ğa. Əs­lində de­diyimiz yeni bir şey deyil. Lakin yenilik onun özü­nəməxsus qanunauyğunluqlara malik olmasını gös­tərməyə çalışmaqdır. Mə­sələ burasındadır ki, əvvəla, hər hiss müxtəlif yaşlarda fərq­li nəticələrə gətirə bilər. Təsa­dü­fi deyil ki, psixologiyada hər yaşın özünə xas hiss­lə­rini öy­rənməyə xüsusi diqqət yetirilir. Bu baxımdan, on­ların fəl­səfi aspektdən də öyrənilməsi az əhə­miyyətli deyil.

Digər tərəfdən, elə düşüncələr var ki, onlar məhz gənc ya­şa məxsusdur və onları öz zamanında demək va­cib­­dir. Heç kə­sə gizli deyil ki, bir çox hallarda məhz gəncliyə xas olduğu üçün bəzi fikirləri, ideyaları «boş şeydir, ke­çib gedər», – deyə kə­nara atırlar. Əlbəttə, bu yaşda de­yi­lənlə nisbətən kamil yaş­da deyilənlər eyni tə­rə­zi­yə qo­yul­maz. Lakin bu, heç də onun dəyərsizliyinə də­la­lət et­mir. Gəncliyin insan həyatında öz ye­ri olduğu kimi, gənc­liyin fəlsəfəsinin də insan təfək­küründə öz yeri və əhə­miyyəti var.


Son söz əvəzi

Mən heç vaxt Ülvi haqqında bir sətir belə yaz­ma­mış­dım. Dü­şünürdüm ki, heç yazmayacam da. Duyduq­la­rı­ma, dü­şün­dük­lərimə qələmin gücü çatmaz deyirdim. Əs­lində qələm güc­lü­dür, ancaq güclü əldə və güclü ürəklə. Mən nə ürəyimdə hə­min təpəri, nə də öz əlimdə həmin gücü hiss edirdim.

Bu gün də o gücü hiss etmirəm. Düzdür, «Gəncliyin fəl­səfəsini» Ülvini nəzərdə tutaraq, onu düşünərək baş­lamış­dım. Yazdım da. Ancaq tək Ülvidən yox. Buna ye­nə ürək elə­mə­dim. Amma Ülvi bütün yazının fonunda, kö­kündə, bu­da­ğın­da, çiçəyindədir. Mozaika kimi bütün ya­zılarıma səpələnib. An­caq bütöv yazıya baxanda onun gəncliyinin fəlsəfəsini, müd­rikliyinin gəncliyini görə­cək­lər. Mən bu kitabda Ülvini və ülvi gəncləri ad­dım-addım, sətir-sətir ta­­nıt­mağa çalışdım. Sonda bir Ülvi das­tanının – ülviyyət dastanının alınacağına ümid edərək.
Ülvi!

Bu, sənin məndən gözlədiyin kitabdır. Bu kitabı sən istə­miş­din, ona görə mən də sənin sevdiyin şairlərə, filosoflara, sə­nin seçdiyin mövzulara müraciət etdim. Sən illər idi göz­lə­yir­din məni. Mənim bu yaşıma və düşüncə səviyyəmə gəlməyimi göz­ləyirdin. Gəldim və yazdım. Bir vaxtlar evimizə pianino alı­nanda sənin gözəl ifana baxıb: «məni də öyrət», – deyə xa­hiş elədim. «Əlimə bax, özün öyrən», – dedin. Elə də elədim. İn­di də elə oldu. Mən yal­nız sənin «əlinə baxdım». Sən isə yal­nız kənardan baxıb, ye­ri­nə düşən düzgün «notları» ax­tar­ma­ğı­ma baxıb yün­gül­cə gülümsədin, qımışdın. Sonralar pianinoda ifam­dan ra­zı qalırdın. Yəqin burda da səni razı salan «notlar» vu­ra bilmişəm.


II hissə

Məqalələr
esselər
hekayətlər




Məqalələr

Natamamlıq sindromu

ya

Ruhumuzu dinləməyi bacarırıqmı?

İnsan gözəl sənət əsərləri, bənzərsiz tablolar, böyük şə­­­­hər­lər və s. yaratmaqla bir yaradıcıdır. Allahın ya­rat­dı­ğı tə­bi­ə­tə alternativ olan, hətta onu əvəz etməyə iddia­la­nan ikinci tə­bi­­ətin yaradıcısı. Gündən günə inkişaf edən elm­­lər, texnika bu ya­­radıcılığın sonsuz olduğuna bir dəlil­dir. Allah tərəfindən ən gö­­zəl biçimdə yaradılan, ağıl, ira­də və dərrakə sahibi olan, bü­tün yaradılmışların əşrəfi, hət­­­ta mələklərin belə qarşısında səc­­də etdiyi kamil bir məxluq.

Bununla yanaşı, insan bir yaradılmışdır. Öz möv­cud­­­­lu­ğu­­na görə Allaha möhtac və yalnız Onun verdiyi im­­­­kan və ba­ca­­rıqlar çərçivəsində nə isə yaratmağa qadir olan, öz varlığına be­­lə hakim olmayıb, özünü sona qədər dərk edə bilməyən aciz bir məxluq.

Deyilənlərdə iki fikir istiqaməti seçmək müm­kün­dür: bi­rin­cisi, insana yaradılışdan kamillik verilib və o, öz ağlı sa­yə­sin­də bu kamilliyə qovuşa bilən yeganə varlıqdır. Digər tə­rəf­dən, insan bir yaradılmış kimi naqisdir və ka­mil­ləşməyə bu sə­bəbdən meyllidir.

İnsanın kamilliyi və ya kamil insan geniş və maraqlı bir möv­zudur. Bu barədə müxtəlif əsərlər yazılıb və ya­zıl­maq­­­da­dır. Bizim yazımız ikinci istiqamətə, yəni insanın na­­­tamamlıq sind­romuna və kamilləşmə meylinə həsr edilmişdir.

Naqislik hissi insanla bərabər doğulur desək ya­nıl­ma­rıq. Daim öyrənmək, bilmək, yoxlamaq, öz həyatında tət­biq et­mək istəyi buna nümunədir. Deyə bilərlər ki, hey­van balaları da öyrənir, təcrübə toplayır. Lakin o da mə­lum­dur ki, hey­van­lar yaşamaq və təbii seçimdə sağ qal­maq üçün instinktiv ola­raq qidalanmaq və mübarizə apar­maq bacarıqlarına yi­yə­lə­nir­lər. Gözəlliyə tamaşa et­mək və onlardan duyğulanmaq, bəzən nə­inki qazanc gə­tir­məyən, onu ac saxlayan, hətta xəstəliyə dü­çar edən iş­lə­rlə yalnız ruhuna xoş gəldiyinə məşğul olmaq isə yal­nız in­sa­na xasdır. Belə olmasa, nə görkəmli sənətkarlar, şa­ir­lər, filosoflar yetişər, nə də əzəmətli kəşflər edilərdi.

İnsan böyüdükcə bilik sahəsi də genişlənir, təfəkkü­rü də­rin­lə­şir. Orta və ali məktəblərdə oxuduğu ədəbiy­yat­la­rı, eşit­diyi in­formasiyaları, yaşadığı cəmiyyəti araşdırıb an­­la­dıq­ca, ilk ba­xış­da xaotik görünən bu nəhəng tabloda özü­­nü görüb seç­dik­cə öz naqisliyinin xarakterini və xü­su­siy­­yət­lərini daha aydın gö­rüb dərk etməyə və bu naqisliyi­ni ara­dan götürmək, na­ta­mam­lığını tamamlamaq üçün yol­­lar axtarmağa başlayır. Bu mər­hələdə insanın yolunu mü­­əy­yələşdirən və gələcəkdə onu bir şəxsiyyət kimi for­ma­­laşdıran faktor onun indiyə qədər al­dı­ğı tərbiyə və təh­sil, qa­zandığı dünyagörüşü olur. İnsan özü­nə daha yaxın və uy­ğun olan bir sahəyə, peşəyə, məşğuliyyətə və s.-ə üz tutur.

Bəziləri öz tamlıqlarını maddiyyatda axtarmağa baş­­la­yır: hər vasitə ilə var-dövlət toplayır, mənsəb sahibi ol­maq üçün hər üsula baş vururlar. Bununla belə, yu­xa­rı­da dediyim ki­mi, insanların naqisliyi heyvanların bioloji instinktindən fərq­li­dir. Yəqin bu səbəbdəndir ki, var-döv­lət toplayan kəs heç cür doya bilmir, …çünki naqisliyi heç cür ortadan qalx­mır, içindəki yarımçıqlıq hissi onu rahat bu­raxmır, o da nə top­lamaqdan əl çəkə, nə də naqisliyinin əsl mahiyyətini dərk edə bilir.

Elm aləmində öz tamamlıqlarını axtaran kəslərdə də ey­ni halı müşahidə etmək mümkündür: elmi dərəcənin ən yük­sək pilləsində duran alimin bir şəxsiyyət kimi yarım­çıq olması fak­tı heç kəs üçün yenilik deyil. Çatdıqları elmi zir­vənin son ol­madığını, şəxsiyyətinin daha ali bir qüv­və­yə ehtiyac hiss et­diyini dərk edən alimlər də az deyil. Mə­sələn, R.Dilts yazır: «Ni­kola Tesla özünün vi­zual­laş­dır­ma bacarıqlarını inkişaf et­di­rirdi ki, artıq biliklərinə ma­lik ol­du­ğu «kiçik aləmin hü­dud­la­rından kənara eks­kur­siya et­sin». Fizikanı öyrənməsinin sə­bə­­bi haqqında Eynş­teyn ya­zır: «Mən Allahın düşüncələrini bil­mək istə­yi­rəm, qa­lan şeylər xırdalıqdır».




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin