Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə12/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
Bilirəm: qığılcım, alov tək deyil,

Alovun peşəsi şəfəq saçmaqdır.

Düz yolda çarpışmaq igidlik deyil,

İgidlik balaca cığır açmaqdır.3
Bu axtarışın, «alovlanmağın» tələbi ilə gənc hər sa­hə­yə, hər məkana, …hər zamana baş vurur və bir çox hal­lar­da ax­tar­dığını keçmişdə tapır – onu indi kimi in­cit­mə­yən, gələcək ki­mi məchul olmayan keçmişdə. Təbii ki, on­la­rın tapdıqları doğ­ma ruhlardır. Məsələn, Eynəlqüzat Mi­yanəci, Şihabəddin Süh­rəvərdi, Nəsimi kimi neçə gənc öz həyat yolunda – həm dü­şüncələrində, həm ta­le­lə­rin­də Mənsur Həllaca üz tutur, onun qismətini bö­lü­şür­lər. Ler­mon­tov özünü Bayrona bən­zə­dərək yazır:
Onun kimi boş yerə sakitlik arayıram,

Bir düşüncə qovur məni hər yerə,

Geriyə baxıram – keçmiş dəhşətdir,

İrəli boylanıram – doğma ruh yoxdur.1
XIX əsrdə dekabristləri ruhlandıran Puşkindən XX əsrin sonlarında Ülvi də «dərs alır»:
«Həyat quran nə yorular, nə durar»,

Budur mənə öyrətdiyin ilk şüar.

Budur mənim idealım, inamım:

«Qığılcım alışar alov doğurar».2
Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yol­la­rını ge­­dirlər. Gənc keçmişdən cə­miy­yə­tin qorxunc hə­də­lərindən qorx­­ma­mağı, min bir yol arasında öz cığırını aç­maq istəyini, bu arzu­la­rın ya­nında ölümun nə qədər aciz olduğunu və …ölüm­dən qorx­mamağı öyrənir. Dü­şün­cələrinə görə cid­di tə­qib­lərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktu­bun­da belə bir «xahiş edir»: «Şə­hərdə deyirlər ki, Eynəlqüzat Al­lah­lıq iddiası edir. Mənim qət­li­mə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver».3 Bu gənclər üçün öz dü­şüncələrinin nə­ti­cə­sini görmək, mis­si­ya­la­rını başa çat­dır­maq duyğusu ya­nın­da ölüm qorxusu çox kiçik görünür.

Burada bir şeyi xüsusilə vurğulayaq. Allahdan bə­şə­rə bir nur zolağı uzanır. Özündə bu nurun ucunu, mən­bə­yi­ni kəşf edən şəxslər sanki vahid bir məkana düşmüş olur­lar. Əlbəttə, ola bilsin ki, ora gedən yolda kimsə kimə isə bələdçilik etmiş olur. Lakin həmin məkana çatandan son­ra yeganə bir Bə­ləd­çi­ni – Allahı tanımaqla yanaşı, öz fər­diyyətini, məhz onun üçün nə­zərdə tutulmuş missiyanı ay­dınca dərk etmiş olur.

Tarixə baxanda belə gənclərin həqiqətən də izsiz ke­çib-get­­mə­diyinin, nəinki «balaca cığır», bəzilərinin hət­ta bö­yük yol­lar da saldığının şahidi olarıq. Şihabəddin Süh­rəvərdi XIII əsr­də məş­şailik fəlsəfəsinin və təsəvvüfün bir­ləşdiyi zirvə nöq­tə­sində bu gün belə aktuallığını itir­mə­miş işraqilik fəlsəfəsini ya­ratdı. Eynəl­qü­zat Miyanəci ya­zır: «Təqlidin ətəyindən bəsi­rət zirvəsinə yük­səl­mək ax­ta­rı­şı ilə kəlam kitablarını mütaliə et­dim. Məqsədimə çat­ma­­dım. Məzhəblərin yalnışlığını gör­düm».1 Gördü və tə­səv­vüf fəl­səfəsinin özək xətti olan vəhdət əl-vücud nə­zə­riy­yə­si­ni sistem­ləş­dir­məyə cəhd göstərdi. Kyer­ke­qor öz fəl­sə­fə­sin­də dövrünün ən ta­nınmış və nüfuzlu filo­sof­la­rını in­kar et­di və özü sonralar böyük bir fəlsəfi cərəyana çev­ri­ləcək ekzistensializmin əsas ideyalarını irəli sürdü.

Təsadüfi deyil ki, belə gənclər öz cəmiyyətlərində məhz cə­sarətli addımları, qorxmazlıqları, ən şiddətli tə­qib­lərin, hətta edam təhlükəsinin qarşısında belə geri çə­kil­məməkləri ilə diq­qə­ti cəlb ediblər. Onlar olduqları cə­miy­yətdən o dərəcədə yu­xa­rı qalxa bilirlər ki, reallığı, onun hələ işıq düşməyən səhi­fə­lə­ri­ni belə görə bilirlər və hə­min qaranlığı işıqlandıracaq sözü de­mək iddiasına düşürlər. Və yəqin ki, onların hər birinin ürə­yin­dən Ülvinin dediyi bu arzu keçir:




Bilin, deyilməyənləri

Demək üçün yaşayıram.1
Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzə­­­rin­də ali missiyanı hiss edən hər bir insana bu duyğu yad deyil. Gəncin bu duyğusunda isə bir az tələskənliyin, bir az hiss­lə­rin, pərakəndə enerjinin çoxluğunun, bir az tən­halığın, bir az qor­xunun, bir az üsyankarlığın, bir az da fədakarlığın, cən­ga­vər­liyin izlərini sezmək olar. Bu qə­dər qarışıq, dolaşıq his­s­lə­rin arasında öz məqsədini itir­mə­yib yalnız ona doğru get­mə­yin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri dağınıq, göz­ləri xəyal­pər­vər­liklə göy­lərə dikilən bir adamın çəkici bar­ma­ğına deyil, düz mis­marın üstünə vurub bir zərbə ilə onu di­binə qədər tax­ta­ya çalmağına bənzəyir.

Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən gənc öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləm­də yerini gö­rə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu sə­bəb­dən oradan gə­lən təhlükəni, hiyləni də görmür. Bu sə­bəb­dən belə gəncləri al­datmaq, tora salmaq, onlara xata to­xumaq çox asandır. Kyerkeqor yazır: «Dahi hər şey et­mə­yi bacarır. Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. Elə boş şey ki, da­hi yalnız özünün qüd­­rəti sayəsində ona ümumi əhəmiyyət verir».1 Əslində, gənc hər şeyi görür, lakin bütün bu təh­lü­kə­lə­rin onun ru­hundan çox-çox uzaq olduğunu düşünür. Şellinq ya­zır: «Za­hiri qüvvə yalnız zahiri nemətləri oğurlaya bilər, ru­ha də­yə bilməz; o, zaman daxilindəki əlaqəni kəsə bilər, əbə­di, hə­qiqi ilahi eşqin əlaqəsini deyil. Ruh sərt və hissiz və ya sev­gi­dən imtina edən kimi çıxış etmir, ancaq göstərir ki, məhz iz­ti­rab­larda sevgi hissi varlıqdan daha uzun sü­rən bir hissdir və o, ilahi halədə zahiri həyatın və ya xoş­bəxt­liyin xarabalıqları üzə­rində yüksəlir».2 Bəli, ruhunu dü­şünən gənc üçün maddi hə­yatın heç bir əhəmiyyəti qal­mır. Miyanəci öz taleyi ilə Mən­sur Həllaca bənzə­yəcə­yi­ni hiss edərək bildirir ki, «biz Al­lah­dan ölüm və şəha­də­ti özü­müz istəmişik. Özü də onu üç qiy­mət­siz şeylə istə­mi­şik. Haqq necə tələb etmişsə, o sayaq istə­mi­şik».3 Bəlkə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti dü­şü­nə­rək mad­di tələbatlar hüdudundan kənara çıxa bil­məyən qa­nun­ları he­çə saymasıdır (daha doğrusu, onların fövqünə qalx­ma­sı­dır) ki, hər kəsi ona düşmən kəsir.

Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Hə­­qi­qə­tin özünü də axtarıb tapan gənc gördüklərini, ya­şa­­­dıq­la­rı­nı öz içində saxlamaq qüdrətində olmur. Bil­dik­lə­rini, dərk et­dik­lərini bacarıqlarına müvafiq olaraq bəşə­riy­yətə çatdırmağa baş­layır. Lermontov dediyi kimi,


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin