Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə45/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   41   42   43   44   45   46   47   48   ...   57
İtirilmiş məsumluq

ya sönmüş nur


Ərlərin eşqi gözəlliyin meyarıdır. Gözəlliyin üzərindəki pərdəni parçalayan bu eşq eyni zamanda onu pərdələyər.
Məhəmməd İqbal
Zərif bir kəpənəyi görəndə qeyri-ixtiyari ona to­xun­maq, bu zərifliyi hiss etmək istəyirsən. Ona toxunanda san­ki özün də zərifləşirsən, içindən, qəlbinin dərinliyindən elə incə hisslər baş qaldırır ki, sonra özün də təəccüb edir­sən. Eynən bir körpə də görəndə, hələ bu körpə mə­sum-mə­sum sənin üzünə gülümsəyəndə elə bil içində bir işıq ya­nır, bu məsumluqdan pay almaq istəyirsən, körpəni qu­caq­lamaq, oxşamaq istəyirsən, amma nə qədər incə­lik­lə, zə­rifliklə əlini uzatsan da… körpə səndən qorxub qa­çır, sən israr edəndə isə ağlayır. Qanadlarına toxunulan kə­pə­nək də daha uça bilmir, ölür.

Deyilənlərdə ilk nəzərə çarpan iki əksliyin – işıq və qaranlığın qarşılaşmasıdır.

İşıq iki cürdür. Bir var insanın daxilində, ruhunda, kön­lün­də, bir də var insandan kənarda yanan elektrik işı­ğı, atəş. Hər ikisi Al­­lahın hökmü ilə yanır, lakin bi­rin­ci­ni Yaradan özü nur­lan­­dırır, ikincini isə yaratdığı­nın əli ilə. «…Bəziləri ocaq yan­­dırdı. O, ətrafını aydınladan ki­mi, Allah onların nur­la­­rı­nı aldı və onları zülmət içində qoy­du, onlar görə bil­mə­di» (Quran 2/17), – deyə buyur­maq­la Allah insanları xə­­bərdar etdi ki, ruhlarının nuru ət­rafdakı işıqdan daha va­­cibdir, daha xeyirlidir. Bunu xa­tır­layan da var, lazımsız söz­lər kimi unudan da.

Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Al­­­­­lahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün qaranlıq qalan mənəvi nemətləri də görür, ya­rar­lanır.

Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaran­lıq­la qoşadır. Axı hər şey öz əksi ilə daha tez ta­nı­nır. An­caq hər biri öz yerində, yaxud öz əksinin ya­nında yax­­­şıdır. Onun yerini tutmaq istəyəndə, yalnız öz haki­miy­­­yə­tini bərqərar etmək istəyəndə isə, tərəzinin gözü po­zu­­lur. Tamam qaranlıq kimi, tamam işıq da gözləri kor edir.

Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir mad­di istəklə – bu zəriflikdən bir pay almaq üçün uzanır. …Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qə­dərdir. Ona görə də dözmür, insanın «mənimsəməsin­dən» özünə bir şey qalmır və …daha uça bilmir.

Məsumluq, paklıq, təbəssümündəki nur körpənin hə­­­­lə çirkaba batmağa macal tapmamış ruhundan gəlir. Bir-birini tanımayan iki körpə necə tez qaynayıb-qarışır, ne­­­cə xoşbəxt olur. Yaxud nəvazişlə ona əllərini uzadan bö­yüklərə körpə necə təəccüblə baxır. Bəlkə də qarşıda­kı­nın da könlündə ilahi nur aşıb-daşır. Amma körpə hələ qa­­bıqlar altında mahiyyəti görmək qüdrətində deyil axı. O, hələ ancaq bu kobud «mənimsəmə» niyyətini görür.

Kə­pənək uçur, körpə qaçır, ən acizi çiçəklərdir. Gö­zəlliklərinə görə həmən qoparılan, ətrini alandan son­ra ayaqlar altına atılan çiçəklər.


Zəriflik də, nur da, xoş ətir də hər insanın ruhuna məx­sus bir keyfiyyətdir. Bu səbəbdən insan onları gö­rən­də qeyri-ixtiyari onlara meyllənir. Sonra da illər boyu qa­zan­dığı təcrübə ilə onu «mənimsəmək» istəyir. Ruha məx­sus bir şeyi maddiyyata «yedirdir». Əslində isə bu key­fiy­yət­­lər insan üçün bir «yaddaş kitabçasıdır»: ona öz ru­hu­na boy­lanmağı, könlünü Allah nuru üçün açıq tutmağı xa­tırladır.

Bir var mənimsəmək, bir də var paylaşmaq, bö­lüş­mək. Mənimsəyəndə bir tərəf boşalır, tükənir, digər tərəf do­lur. Bu da ifrat, o da. Birinin yenidən dolmaq imkanı qal­­mır, digərinin isə, Əbu Turxan dediyi kimi, «qabının di­­varları ərpləşir və qabın tutumu getdikcə azalır…», mə­nim­­sədikləri qarışır bir-birinə, «bu da calaq ruha keçid de­­məkdir. Yəni ruhun müəyyənliyinin pozulması, insanın si­masının itməsi deməkdir».

İşıq zəif olanda qarşısındakını nurlandırmağa gücü çat­­mır, özü də solur, xoş ətir səni də ətirləndirə bilmir, özü də yox olur. Əslində onlar yox olmur, qaranlıq, ko­bud­­luq onu görünməz edir. Rabindranat Ta­qo­r yazır: «Güc­­lü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəi­­fi öz zir­və­nə qal­dıra bilməkdir». Bəli, güclü olmaq ki­min­sə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yan­dırmaqdır, zərifliyi – gözəlliyi özü­­nün­kü­ləş­dir­mək, öm­­rünü bir anlıq, bir saatlıq etmək de­yil, o gö­zəl­liyin da­ha üst qatlarını kəşf etmək, ko­bud­luq ya­nında öz var­lı­ğı­nı qorumasında ona yardım et­məkdir.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin