İnsan olmağın yükü budur!
Çəkdiyi əzabla insan yalnız yaranmır, həm də yaradır. Bu yaradıcılıq qüdrətini ona yaşadığı əzab verir.
İnsan yaranır və …yaradır. İlk hiss etdiyi şey yüngüllük, yenilik, təzəlik olur. Deməli, insanın əsl doğuluşu onun bu maddi dünyaya gəlişi deyil, öz yaradılması ilə həm də yaratdığı gündür.
İnsan yaranır və yaradır. Yaradıcı insan yaradır və yaranır və…hər yaratdığı ilə yenidən doğulur.
Çiçəyin doğuluş səadəti
Maneənin götürülməsi «qısa qapanma»
yaradır və son başlanğıcla birləşir.
Əbu Turxan
İncə bir çiçək torpağın bağrını yara-yara günə tərəf uzanır. Onun əzablarını yüngülləşdirmək üçün üzərindəki torpaq qatını təmizləmək istəyirsən… Çiçək açmadan, gün üzü görmədən solur…
Çiçəyi elə gözəl, elə incə edən onun çəkdiyi əzabdır. Onun məqsədi o əzablara qalib gəlib, qara torpağın sərt üzünü görəndən sonra zərif gün şüalarının ləzzətini daha yaxşı hiss etməkdir.
Bəlkə də elə qara torpaqdan, elə zərifliklə çıxmağıdır çiçəyi sevdirən…
Dostları ilə paylaş: |