Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə38/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   34   35   36   37   38   39   40   41   ...   57
Birinci və ikinci təbiət
İnsanın birinci təbiəti ona yaranışından verilir. Bu, Al­lah tərəfindən ona bəxş edilmiş «mən», məhz bu bə­dən­də var olan ruhun həqiqəti, məhz bu ruhla bu bədənin vəhdətinin mahiyyətidir.

İkinci təbiət isə insan öz «mən»ini görəndən, onun ba­rəsində düşünüb onu dərk etməyə başlayandan sonra for­malaşmağa başlayır. İnsan birinci təbiətə fitrən ma­lik­dir, ikinci təbiəti isə təcrübə ilə qazanır və bu təbiətin xa­rak­teri həmin təcrübədən bilavasitə asılı olur. Əbu Tur­xan da yazır: «Hər insanda iki insan var. Birincisi, öz tə­bi­ə­tinə, genlərinə, proqramına uyğun olan insan, ikincisi, bu fani dünyada, təsadüfi hadisələr sistemində for­ma­laş­mış sosial insan».

Birinci təbiət nüvə, əsas, mahiyyət, ikinci təbiət bu nü­və üzərinə gələn qabıqdır. Birinci təbiət batin, ikinci tə­biət zahirdir.

Hər iki təbiət bir-biri ilə sıx bağlıdır, bir-birini ta­mam­layırlar, daha doğrusu, insanın kamilləşməsi, düzgün in­kişaf etməsi üçün tamamlamalıdırlar. Bununla belə, bi­rinci və ikinci təbiət bir-birlərinə uyğun gəldikləri kimi, gəl­məyə də bilirlər. S.Xəlilov yazır: «Uşaq taxta parçası de­yil ki, onu yonub nə isə düzəldəsən. O hələ ilk ya­ra­nışdan proqramlaşdırılmış bir sistemdir. Gələcəkdə nə ola­cağı, necə olacağı təkcə düşdüyü mühitdən və tər­bi­yə­dən yox, həm də onun fitri payından asılıdır». De­yil­ən­lər­dən belə bir nəticə də çıxartmaq olar ki, ikinci təbiət bi­rin­cinin reallaşması, eyni zamanda, tamamlanması üçün bir vasitə, «məkandır».

İlk baxışda deyilənlərdə nə böyük bir ziddiyyət, nə də bir təhlükə var, hər kəsə bəlli həqiqətdir. Lakin mə­sə­lə­yə bir də fərqli prizmadan baxaq: insanın ikinci təbiəti öz «mən»ini dərk etməyə və ya şüurlu şəkildə ətraf mühiti öy­­­rənməyə və özünə də bir obyekt kimi kənardan bax­ma­ğa başlayanda formalaşmağa başlayır. Yəni insan «gö­zü­nü açıb» bu təbiətini görür, birinci təbiətinin varlığından isə bixəbər qalır və ya anadan belə ağıllı doğulduğunu zənn edir. Hər iki təbiət arasında bir uyğunluq olanda, on­lar bir-birini tamamlayanda isə bu zənn əminliyə çev­rilir.

Əslində isə, ikinci təbiətini özünün birinci təbiəti he­sab etməklə, yəni birincini unutmaqla insanın itirdikləri qa­zandıqlarından çox olur.

Nə qazanır? Yeni düşüncələr, ideyalar və bunlara mü­vafiq olaraq daha geniş imkanlar və yollar – yeni şəx­siyyət.

Nə itirir? Birinci təbiətini, deməli, orijinallığını. İkin­ci nə qədər güclü olsa da, surət, qabıq olaraq qalır.

İnsan ikinci təbiətinin əsl dəyərini dərk etməkdən məh­rum qalır, çünki onu birinci sanır, ye­niliyi, inkişafı sez­mir. Öz-özünə sual vermir: mən «anadangəlmə» belə­yəm­sə, bəs mənim in­kişafım nədədir? Fərqli bir mühitdə də mən bu «mən» olardımmı? Deməli, eyni zamanda ikinci təbiətin verdiyi üstünlüklər də qaranlıq, açılmamış qa­lır və insanı yüksəltməkdənsə, ona yük olur.

Müvafiq olaraq insan özünün birinci təbiətini də dərk edə bilmir, çünki onun möv­cud­luğunu qəbul etmək is­təmir, ...ancaq qabıqdan ibarət qoz kimi. Deməli, o, ikin­ci təbiətin məhz nəyi tamamladığını, nəyi qidalan­dır­dı­ğını, öz «mən»inin haradan gəlib, hara getdiyini gör­mür.

Nəhayət, sonuncu təhlükə: insan ikiüzlülüyə, yəni ri­yakarlığa, nankorluğa meyllənir, çünki hər kəsi həqiqət ol­mayan bir şeyə inandırmağa çalışır.

Heyvan
Allahın yaratdıqları arasında tez-tez müqayisələr apa­rı­lır, bənzərliklər tapılır. İnsanı da gah gülə-çiçəyə, qo­­­ca çinara, düz qamətli sərv ağacına, gah da məğrur qar­­­tala, hiyləgər tülküyə və s.-ə oxşadırlar. Bu bən­zət­mə­lər əsasən zahirə aid olsa da, bəzən daxili keyfiyyətlərdə də paralellər aparırlar. Bizim dediklərimizlə Çarlz Dar­vi­nin insanın əcdadlarının meymun olması haqqında çox­dan iflasa uğramış düşüncələri arasında heç bir əlaqə yoxdur.

Məlum olduğu kimi, hələ orta əsrlərdə insan ruhunu nə­bati, heyvani, insani növlərə yaxud müvafiq mər­tə­bə­lə­rə bölmüşlər. Bu, dərin və əsası olan bir hikmətdir. Lakin bizim dediklərimizin onunla da bir əlaqəsi yoxdur.

Bir filosof Darvinin düşüncələrinin puçluğunu gös­tər­mək üçün belə bir fikir söyləmişdi ki, meymun qədər di­gər heyvanların insanların da əcdad olmaq hüququ var. Məsələn, ola bilsin ki, bəzilərinin əcdadı meymun, bir başqasınınkı ayı, birininki də ceyrandır. Bu zarafatda bir həqiqət var. İn­sanların öz heyvani ruhlarının səviyyəsində doğurdan da, fərqli-fərqli heyvanları xatırlatmaqları heç kəsə gizli deyil.

Mən də iki heyvan haqqında bir-iki kəlmə demək is­tə­yirəm: tarakan (ona bənzəyən adamların xatirinə onun hə­şərat olduğunu unudun) və qoyun.

Tarakanlar. Mətbəxlərin ən üzlü, ən iyrənc, ən tez ar­tan «sakinləri». Bəlkə də onlar başqa yerlərdə də məs­kun­laşırlar, lakin nədənsə tarakan deyəndə birinci yada dü­şən mətbəx və qida olur. Tarakanları öldürmək üçün on­lara bir kimyəvi maddə verirlər. Maraqlıdır, bəzi ta­ra­kan­lar ölür, ancaq bəzilərində bu dərmana qarşı nəinki im­munitet yaranır, hətta onlar bu dərmanı yeyib kö­kəl­mə­yə, daha sürətlə artmağa, böyüməyə başlayırlar. Buna el­mi dildə mutasiya deyirlər.

Belə insanlar da var. İlk dəfə başına dərd gələn in­san sonralar bu dərdlərə, problemlərə elə alışır ki, bu hə­yat onlar üçün normal hala çevrilir. Hətta onları bu hal­dan çıxardana belə nifrətlə, acıqla baxırlar, onların «ra­hat­lığını» pozduğuna görə ondan uzaqlaşır, ona düşmən kə­silirlər.

Qoyun. Təmizliyi sevən, sahibinə ən az problem ya­ra­dan, ən çox xeyir verən, Allah yolunda qurbanlıq üçün se­çilən ev heyvanı. Eyni zamanda. Heyvanlar arasında, mə­­nim bildiyim qədər, yalnız qoyun öz ölümünə rahat-ra­hat tamaşa edir, hətta altdan yuxarı bayaq yanında ot­la­yan tayının soyulmağını müşahidə edir. Mən bilmirəm o qoyun nə hisslər keçirir, ancaq onun gözlərində nə qor­xu görmək mümkündür, nə təlaş.

Bəzi insanlar yoldaşlarının başına gələnləri məhz yol­daşı üçün nəzərdə tutulduğunu zənn edir və heç cür ey­ni şeyi özünün də yaşayacağını qəbul edə bilmir. Rahat-ra­hat onun «edam olunmağına» tamaşa edir və özünün də xəbəri olmadan … öz qurbanlıq vaxtını gözləyir.

İnsan bir bioloji varlıqdır və onda heyvani xüsu­siy­yət­lərin olması təbii görünə bilər. Qeyri-təbii, daha doğ­ru­su, dəhşətli olan heyvaniliyin insaniliyi üstələməsi, hətta unutdurmasıdır.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin