Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə35/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
Filosof portreti
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de­yə bilmirsən. İçini dolduran bir hiss, açılmaq həvəsi sə­ni həyəcanlandırır, qanın­ı qaynadır. Bundan rəngin qaçır, ba­xışların narahat-narahat ətrafı dolanır… dinləyici ax­ta­rır, ancaq tapa bilmir. Narahatlıq ümidsizliyə qarışır, hə­yə­can – təəssüfə.

Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de­yə bilmirsən. Gərginləşmiş üz cizgilərin danışır, hə­yə­can dolu baxışların danışır, hətta saçlarını qarışdıran na­ra­hat barmaqların da danışır. Bircə dilin dinmir. Bərk-bərk sıxılan dodaqların açılmır ki, dilinin də tilsimi sına.

Sən çox şey deyirsən, bircə demək istədiyini de­mir­sən. Sən çox simalarla rastlaşırsan, bircə sənin ruhunu əks et­dirəcək sima sənə rast gəlmir; çox baxışlar tutursan, bir­cə sənin baxışının davamı olan baxışları görə bilmirsən.

Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de­yə bilmirsən. Anlamayacaqlarından, gözəl bir şeyi lə­kə­lə­yəcəklərindən, qanından-canından gələn sözlərinin hə­dər gedəcəyindən qorxursan. Onun nə qədər pak oldu­ğun­dan əminsən, çıxdığı məkan kimi saf bir məkana dü­şə­cəyindən isə əmin deyilsən.

Elə bil nə isə demək istəyirsən, amma demirsən, … deyə bilmirsən. İçində alışıb-yanan, səni kül eləyən bu sö­zün kimi isə yandırmasından, kiminsə ürəyində özünə yer elə­yib oranı didib parçalamasından ehtiyat edirsən. Bu sö­zün nə qədər ağır bir yük ol­du­ğunu bilirsən, ona görə han­sısa başqa bir ürəyə də bu ağırlığı verməyə qıymırsan. Onu səndən tam alacaq birini yox, onun ağırlığını səninlə bö­lüşə biləcək birini axtarırsan.

Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de­yə bilmirsən. Səni anladacaq, sə­­ni təsvir edəcək, sənin bü­tün varlığını əks etdirəcək bir söz. Bütün ümidin bu sö­zə­dir. Gah hələ vaxtının çatmadığını, gah da artıq çox gec ol­duğunu düşünürsən. Onu eşi­də­cək qulaq, duyacaq ürək ol­mayıb daşa çırpılmağındansa, öz içini parçalamasını üstün tu­tursan.

Elə bil nə isə demək istəyirsən, amma demirsən, … deyə bilmirsən.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin