Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə36/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
Xoşbəxtlik
Hər kəsin xoşbəxtliyi onun könlü qədərdir.

Bir körpənin təbəssümü niyə bu qədər işıqlı, sirayət­edi­­ci, səmimi, ürəkdolusu olur? Niyə körpələr ən kiçik şey­­­­dən xoşbəxt olmağı bacarırlar? Əslində onları xoşbəxt edən onların könüllərindəki nurdur – hələ çirklənməmiş, ko­­­bud qabıqlar altında gizlənməmiş. Bu nur nəyin üzə­ri­nə dü­şürsə onu da nurlandırır. Yəqin buna görədir ki, kör­­­­pə­nin təbəssümündən hər kəsin üzü də açılır, könlü də.

İnsan böyüdükcə, qayğıları artdıqca … könlü yad­dan çıxır. Hər şey yadında olur: məişət qayğıları, vəzifə, mal-dövlət, övlad. Hər şeyin yanında könülə elə az yer qa­­lır ki… Onun nurunu görmək, sevinmək, sevindirmək elə çətinləşir ki… Hələ bu nur bütün gün düşüncəni məş­ğul edənləri, gündəlik həyatını, cəmiyyətin özünü sənin ru­­huna, könlünə yad bir rəngdə olduğunu göstərirsə se­vin­mək, xoşbəxt olmaq lap çətinləşir.

Könüllə sevinmək çətinləşdikcə, «uşaq böyüdükçə», in­­san məcbur olur «böyüklər» kimi sevinsin – diplom alan­­­da, övladı olanda, çoxlu pul qazananda, yüksək və­zi­fəyə qoyulanda, kitabı işıq üzü görəndə. Sevinir və … xoş­­­­bəxt olur. Olurmu? Olur, amma xoşbəxtliyinin ipi onu xoş­­bəxt edən şeyin əlində olur. O da istədiyi vaxt çəkib bo­ğur sənin xoşbəxtliyini. İynə olub xoşbəxtliyini şar kimi part­ladır. Sən də bu anın qorxusunu çəkə-çəkə «xoşbəxt» olur­san.

Sabun köpüyü kimi yox olan «xoşbəxtliklərə» ba­xan­­lar bəzən deyirlər: bu dünyada sevinc, xoşbəxtlik elə az­dır ki!

Əslində bu dünyada xoşbəxtlik o qədərdir ki! Am­ma onu könül gözü ilə baxsanız görərsiniz! Könlünüzün nu­ru nəyə düşsə onu işığa qərq edər! Lap körpələr kimi.


Allah öz nurundan bir nur payı ayırıb sevə-sevə in­sa­na verdi, adını ruh qoydu. Bu nurun gözəlliyini duy­maq, doya-doya yaşamaq üçün bir könül verdi. Könülün ya­şadıqlarını, Allahdan aldığı hikməti dərk edib, başqa­la­rı ilə bölüşmək üçün bir ağıl verdi. Hər üçü bir-birini ta­mam­layanda, bir-biri ilə dil tapanda möhtəşəm bir har­mo­niya, gözəllik yarandı. İnsan bu gözəlliyin adını xoş­bəxt­lik qoyub. Bu üçündən ən xoşbəxt olanı yəqin ki, kö­nül­dür. Onun xoşbəxtliyini artıran hər ikisi ilə bölüşməsi, har­moniyanın yaranmasına səbəbkar olmasıdır.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin