Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə34/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   30   31   32   33   34   35   36   37   ...   57
Bu SƏNƏ baxanda necə MƏNsən!

Adam lal-kor bir ruhun başqa bir lal-kor ruhu görməyinə təəccüb edir!



Bir udum nəfəs
Görəsən hər an rahatlıqla nəfəs alan və bunun heç fər­qində olmayanlar bilirlərmi ki, bir udum nəfəsin nə bö­yük hikməti var? Yəqin ki, yox. Bunu yalnız o bir uduma həsrət qalanlar bilər.

Bir udum nəfəsi ciyərinə tam çəkə bilmirsən, ya­rımçıq qalır, …ancaq sənə bir ömür bəxş edir. Onun da­dını ağzında doya-doya hiss etmirsən, çox azdır, …ancaq bütün dadları unutdurur.

Bir ömür yaşayırsan və o bir udumun varlığından be­lə xəbərsiz olursan… Bir gün o nəfəs səni tapır: bir çi­çə­yin ləçəyindənmi, bir pıçıltının hənirindənmi, bir tə­bəs­sü­mün cazibəsindənmi, bir çatılmış qaşın düyünündənmi… Ta­pır, üsuluna, şəraitinə baxmadan. Sən təəccübdən, hey­rət­dən içini çəkəndə o nəfəs ciyərinə dolur və qanınla bü­tün bədəninə yayılır. Hər şeyə bir yeni rəng verir, hər şey san­ki təzələnir. Baxışların, eşitməyin, hissiyyatın dəyişir, iti­ləşir, həssaslaşır. Göydə uçan quşun qanadlarının xı­şıl­tı­sını eşidirsən, suda üzən balığın qovaqcığının hava ilə do­lub onu günəş işığına qaldırdığını hiss edirsən, bir udum nəfəsə həsrət qalan könüllərin susuz torpaq kimi çat­ladığını görürsən…

O bir udum nəfəs üçün indiyə qədər necə yaşadığına təəc­cüb edirsən, onun səni tapmasına sevinirsən, onun yal­­nız bir udum olmasına təəssüf edirsən. Bircə anın için­də hisslər qarışır bir-birinə. Çalışırsan vaxtı dayandırasan ki, o nəfəs sənin içində qalsın, onu itirməkdən qorxursan. Amma o bir udum nəfəs çox kiçikdir, nə əllə tutulmaz, nə zamanla.

Bircə udumluq nəfəs içinə girir, çıxanda isə bütün ca­nını çıxardır. Bəlkə də canın özü ondan qopa bilmir, onunla bərabər getmək istəyir.

O bir udum uçur… ancaq hikməti qanında qalır, öm­rü boyu dolanır. Əvvəllər varlığından xəbərsiz olanda heç nəfəs aldığının fərqində belə deyildin. İndi o bir udu­mun həsrətini çəkə-çəkə geniş dünyada boğulursan, hey o bir udumu axtarırsan. Bu, başqa nəfəslərə qarşı insafsızlıq de­yilmi? Bu, bir an, bir udum naminə ömrünü qurban ver­mək deyilmi? Bəlkə də belədir… yəqin elədir. Ancaq o bir udum nəfəsi ciyərinə çəkən üçün bunların heç bir fərqi yox­dur. Boğulmağın dadını bilən üçün o bir udumun qiy­məti yoxdur.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin