Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə30/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   26   27   28   29   30   31   32   33   ...   57
Sevgiyə fatihə
Sevgi – gözəldir. Sevgi – müqəddəsdir. Sevgi – ülviy­yə­tə aparan yoldur. Sevgi – ruhun dilidir. Sevgi – ruhun özü­nü reallaşdırma yoludur. Sevgi haqqında necə gözəl söz­lər deyilib, nəğmələr oxunub. Heç kimin də ağlına gəl­mə­yib ki, sevginin bir …fatihəyə də ehtiyacı ola bilər.

Ruhların məkanı göylər, bədənlərinki yerdir. Ruh­lar yerdə darıxır, sıxılır, bədənlər göyə qalxa bilmir, ora­da onların ağırlığı daha artıq nəzərə çarpır. Hər ikisini bir­ləşdirən sevgidir.

Bədən ruhun tərcümanıdır. Yoxsa sevgini kimsə duy­­maz, anlamaz. Bədən öz işinin öhdəsindən gəlmirsə – di­­li bilmirsə, bu səsə qarşı laqeyddirsə, kardırsa, sevgi aciz qa­­lır: eşidən, duyan, amma danışa, anlada bilməyən bir bəd­­bəxtə çevrilir.

Bədən pərvazlanan ruhun dincəlmək məkanıdır. Bə­dən ruha gen gələndə ruh bir də təkan verib uça bilmir, dar olanda, ruhun qanadları əzilir, yenə uçmaqdan məh­rum qalır. Sevgi qalır dörd divar arasında: səmaların son­suz­luğunun dadını bilən, iki qanadı olan, amma oralara bir də qalxa bilməyən bir bədbəxtə çevrilir.

Bədən ruhun yerdə bələdçisidir. O olmazsa, göylər­də maneə tanımayan ruh yerdəki ilk yolayrıcında qəzaya dü­şər. Nur dolu bir harmoniyadan yerin xaosuna düşən­də sevgi itib-batır, toqquşan bədənlər arasında əzilir. Sev­gi­nin gözü ancaq nurun rənginə alışdığından qırmızı və ya­şıl işıqların hökmünə düşəndə tez-tez cəzalanır və bun­dan çılızlaşır, solğunlaşır. Zəngin bir dünyanın sultanı ola-ola kasıb bir məkanda qolu bağlı bir bədbəxtə çevrilir.

Bu bədbəxt sevgiyə ən böyük yaxşılığımız ona Fatihə oxumaq olar.

Fatihə!


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin