Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə29/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   25   26   27   28   29   30   31   32   ...   57
Üzündə göz izi var
Məlum bir mahnıda deyildiyi kimi… Kiminsə baxış­la­rı doğurdanmı iz qoyur? Kiminsə surəti gözlərdə qa­lır­mı? İz qoyan hansı baxışlardır? Qalan hansı surətdir?
Sən bir dənizsən… Gah sakit, müəmmalı, gah dal­ğa­lı, coşqun. Gah könül gəmilərini oyuncağa çevirib atıb-tu­tan, sonra da qırıqlarını bəyənməyib sahilə atan, gah də­rinliklərində min bir ağrı və nəvazişlə inci yetişdirən.

Sən bir dənizsən… İnsan sənə yaxınlaşmaqdan qor­xur. Bilir ki, sənin hökmünə düşsə, Sənə təslim olmalı, özün­dən imtina etməlidir. İnsan Səndən aralana da bil­mir. Sənin cazibən ahənrüba kimi adamı özünə çəkir. Be­lə­cə dayanıb sahilində tərəddüdlər içində quruyursan, … giz­lin-gizlin arzu edirsən ki, güclü bir dalğa səni bu tə­rəd­d­üddən qurtaraydı.

Sən bir dənizsən… Sahilindəkilərə sığal verib apa­ran, …sonra da onu sahilin uzaq bir küncünə atan.

Sən bir dənizsən… Sal qayaları oxşaya-oxşaya qoy­nu­na alan və onları əbədi unudan, başqa qaya axtaran.

Sən bir dənizsən… Haralardasa sahilin var. Ancaq Sə­nin sərhədlərini nə göz görür, nə ağıl kəsir… Sənin bö­yük­lüyünü hiss etmək üçün ancaq özünü Sənin hökmünə ver­mək lazımdır ki, Sənin dünyana tam bələd olmasa da, Sənin aləmində ərisin, qarışsın…

Sən bir dənizsən… Hər kəsi möhtəşəmliyi ilə heyrətə sa­­lan, hər kəsi müəmması ilə tilsimləyən bir sirli dün­ya­san.

Sən bir dənizsən… Sənə hər yaxından baxana onun öz əksini göstərən. Yəqin buna görə Sənin üzündə göz izi­ni görmək olmur. Yəqin buna görədir ki, kimsə Səndə iz qo­ya bilmir.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin