Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə27/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   23   24   25   26   27   28   29   30   ...   57
Dağ daş
Uca bir dağ ətəyindəki yamaclara, düzənlərə, dərə­lə­rə baxıb öz ucalığını daha yaxşı dərk edir. Öz varlığını, ma­hiyyətini, məqsədini anlaması ona var olmaqda kömək edir, varlığının mənasını artırır. Hər halda bu uca dağlar Al­lahın «beşik kimi yaratdığı Yerin dayaqları ol­duq­larını» (Quran 78/6-7) bilir və bu məsuliyyətlə dayanırlar.

Bu uca dağın başında kiçik bir daş nə hiss edir? O da dərələrə-düzlərə yuxarıdan aşağı baxır, özünü onlar­dan ucada görür. O, hətta dağın özündən belə üstdədir. O, bu dağın «balasıdır». Bu, onun varlığının yeganə mə­na­sıdır. Yeganəmi?

O, nə bir divara hörülmür, nə bir hasara. Onun üzə­ri­n­də nə ot bitmir, nə çiçək. O, hətta üzərinə yağan yağış dam­­lalarını belə uda bilmir. O, gözünü bu yüksək dağın başında açıb, aşağıdan xəbəri də yoxdur. Aşağıdan xəbəri olmadığına görə, …oturduğu ucalıqdan da xəbərsizdir. Xə­bərsiz olduğuna görə, öz mahiyyətində də yanılır. Özü­nü hamıdan, dağdan da uca bilir. Amma ucalmağın nə əziy­­yətindən, nə də ləzzətindən xəbərdardır. Deməli, bu uca­lığın məsuliyyətini də bilmir.

Dağa çıxmış bir adam qalxdığı yüksəkliyi hiss et­mək üçün aşağılara bir «xəbər» göndərmək hə­və­sinə dü­şür: yerdən daşı götürür və uzaqlara atır. Haralarasa aşa­ğı­lara. Bir anın içində daş bir məc­hul­luqdan digər məc­hul­luğa düşür.

Yüksəklikdən düşmək nə asanmış, nə mənasızmış… Nə əziyyəti varmış, nə ləzzəti. Sadəcə, düşdüyü dibdən yük­səklikləri seyr etməyin həsrəti və əzabı varmış.

Özü ucalığa qalxmayan və ucalığın mahiyyətini dərk etməyən düşdüyü aşağıların ne­cə, mənasını anlaya bi­­lərmi? Bunun yeni bir başlanğıc ola biləcəyini güman edirmi? Yoxsa bu dəfə də içindəki hikkə, həsrət gözünü kor edər?



Zirvə
Uşaq doğulur və onun kiçik dünyasından hər şey elə bö­yük, elə nəhəng görünür ki! Uşaq böyüyür və o, əv­vəl­cə özündən böyük uşaqlar boyda, sonra da hamıdan «bö­yük» atası boyda olmaq istəyir. Beləcə həvəslə böyüyür. Gün gəlir onun fiziki boyartımı dayanır, ancaq onun bö­yü­mək arzusu hələ təzə-təzə başlayır. Bu dəfə o, mənən bö­­­yü­məyə başlayır. Təhsilini artırır, dünyagörüşü böyü­yür.

Ancaq bu «böyümə»ni gözlə görmək çətindir, ona gö­rə də… Bə­zi­ləri öz «yekə» boy-buxununa baxıb özünü ha­­mı­dan ye­kə, hamıdan nəhəng bilir və bundan artıq bö­yü­­mə­yə lü­zum görmür. Belə olanda onun böyüməyi də da­­yanır.

Zir­vəyə qalxmaq istəyən geri boylananda keçdiyi yolun bö­yüklüyündən qürurlanıb daha artığına ehtiyac hiss et­mir. Amma zirvəyə və ora qalxanlara baxan özü­nün ki­çik­liyini dərk edir, görür və «böyüməyə» cəhd edir.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin