Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə41/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   37   38   39   40   41   42   43   44   ...   57
Doğum günü
Doğulma bir əzabdır. Bunu insan ilk anda hiss edir və …ağrıdan haray çəkir, qışqırır.

Doğulma bir sevincdir. Yeniliyin, təzəliyin verdiyi sevinc.

Birinci hiss doğulma anından qabaq, ikinci isə do­ğul­ma anından sonra yaşanır. Doğulma bir yaradılışdır …və bu hissin mahiyyətini yaradıcı [insan] daha yaxşı du­yar, yaşayar.

Uşaqlar bu hissləri tərsinə yaşayır, yəni doğum gün­lə­rini sevinclə qarşılayar, qüssə ilə yola salırlar – hə­diy­yə­lərə sevinir, bayramın bitməsinə isə kədərlənirlər. Maddi dün­yanın nemətlərindən başqa gözü bir şey seçməyənlər də belədirlər – veriləcək hədiyyələrə, sürprizlərə səbəb do­ğum günlərini həsrətlə gözləyir və bu təntənənin heç bit­mə­məsini arzu edirlər. Sonra da böyük bir qüssə ilə ya­şa­dığı sevincin xatirələri ilə oturub durur. Beləcə əsl ma­hiy­yət – doğulma və yenilənmə – heç yada düşməz. Belə in­san­ları doğum günündən sonra bir də artan illər qüs­sə­ləndirir, ona görə də hər növbəti ildə özünü daha gənc təqdim edər, illərin ona təsir etmədiyini sübut etməyə ça­lı­şar. Xüsusilə qadınlar. İllərin verdiyi hədiyyə – kamillik isə heç yada düşməz. Olmayandan sonra nə yada düşsün?

Yaradıcı insan öz doğumunu fərqli qarşılayır – ya­ranışın, yaratmanın ağırlığını yaşaya-yaşaya, yaradılışın ma­hiyyətini duya-duya, yaranmanın səbəbini və məq­sədi­ni dərk edə-edə, yaradılmanın məsuliyyətini çəkə-çəkə. Bu hiss ildən ilə artır, ağırlaşır.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin