Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


MÜRACİƏT FORMALARI; SUALETMƏ MÜRACİƏT FORMASI KİMİ, SUALAQOŞULMA VƏ CAVABVERMƏDƏ ETİK NORMALARIN GÖZLƏİLMƏSİ



Yüklə 0,52 Mb.
səhifə39/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
13.MÜRACİƏT FORMALARI; SUALETMƏ MÜRACİƏT FORMASI KİMİ, SUALAQOŞULMA VƏ CAVABVERMƏDƏ ETİK NORMALARIN GÖZLƏİLMƏSİ
Müraciət formalarından düzgün istifadə olunması. Azərbaycan nitq etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir. İnsanlara müraciət məqsədilə işlədilən sözlər – xitablar dinləyənin diqqətini cəlb etmək, onu çağırmaq, nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. məqsədi daşıyır.

Mədəni nitqdə müraciət formalarından düzgün istifadə etmək vacibdir. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, vəzifə və savada görə ümumiyyətin qəbul etdiyi sözlər müraciət olunanları razı salır. İnsanlara edilən müraciət formaları müxtəlifdir. Bunların bir qismi qohumluq münasibətlərini bildirən sözlərdir. Məsələn, ana, anacan, ata, qardaş, bacı, xala bibi, qardaşoğlu, dayıoğlu və s. kimi sözlərlə qohumlara, bəzən də yadlara müraciət olunur.

Müraciət bildirən sözlərin diğər qismi vəzifə, peşə, rəsmi münasibətlərlə bağlıdır. Müəllim, həkim, biznesmen, direktor, müdir, dekan, professor və s. “Müəllim” sözü ünsiyyətdə ən çox müraciət olunan sözdür. Bu söz iki şəkildə işlədilir: həm ayrı, həm də xüsusi vokativ sözlə - adlarla. Təlim-tərbiyə ilə məşğul olan şəxslərə, həm də rəsmiyyət və hörmət əlaməti olaraq sənət, vəzifə və s. damlara müraciət forması kimi işlədilir. Məsələn, Aslan müəllim, Sərdar müəllim və s. Müəllim sözünün əvvəlinə cənab, yoldaş sözlərini də artırıb işlətmək olar.

Qeyd edək ki, “müəllim” müraciət formasından bəzən yeri gəldi-gəlmədi işlədirlər. İşindən, peşəsindən asılı olmayaraq hamıya “müəllim” deyə müraciət etmək də məqbul sayıla bilməz. Bəzi yazılı məlumatlarda da deyildiyi kimi, elə televiziya var ki, bəzi verilişlərində hamıya “müəllim” deyə müraciət edir. Bu nitq mədəniyyətinə uyğun gəlməyən hallardan biridir.

Nazir, mühəndis, fermer, direktor, dekan kimi sözlər təklikdə müraciət kimi işlədilmir. Onlara cənab, yoldaş sözlərindən biri əlavə olunur: cənab nazir, cənab mühəndis, yoldaş direktor və s.

Bəzən elm, sənət adamları arasında “ustad” sözü müraciət formasında istifadə olunur. Dinləyicilərə edilən müraciət formasının əvvəlinə əziz, əzizim, hörmətli, möhtərəm sözlərini əlavə etmək olar. Ünsiyyət prosesində yaşlı, savadlı, vəzifəli adamlara, qadınlara “siz” deyə müraciət olunur. Böyük türk alimi M. Kaşğari XI əsrdə yazırdı ki, türklər özlərindən yaşca və vəzifəcə böyüklərə “siz”, kiciklərə isə “sən” deyə müraciət edirdi (Divani-lüğətit-türk, I c, “Daşkənd nəşri”, s. 326). Azərbaycan yazılı abidələrində də bu fikiri tarixən təsdiqləyən nümunələr çoxdur. Rus nitq etiqetində də “siz” müraciət formasına böyük əhəmiyyət verilir. Çox zaman “sən” deyə müraciət edənlərə cavab verilmir.

İctimai yerlərdə gədə, aşna, lələ, ay arvad, ay dədə, canciyər kimi sözlərdən istifadə etmək hörmətsizlik əlamətidir. Məhəmməd peyğəmbərin kəlamlarından birində deyilir ki, kim birisini öz adı ilə deyil, onun xoşlamadığı bir adla çağırırsa, mələklər ona lənət oxuyur. Yazıçı, publisist Həsən Mehdiyev öz xatirələrində yazırdı ki, “müsahibim mənə “qəqəni” deyə müraciət etdi. Bu sözün rayon yerində gədə-güdəyə deyildiyini bilirdim. Mən bir mülahizəyə görə özümü saxladım. Müsahibim bunu anlayıb məndən üzr istədi” ( N. Abdullayev, Z. Məmmədov. Nitq mədəniyyətinin əsasları, Bakı, 2008, s. 263). Belə həyati misalların ünsiyyətdə, qarşılıqlı münasibətlərdə əhəmiyyətli dərəcədə rolu vardır.

Qadınlara və kişilərə müraciət zamanı hörmət əlaməti olaraq xanım, bəy, xanımlar və bəylər sözləri də işlədilir. İnsanların işlətdiyi ağsaqqal, oğlum, qızım, elli, dədə, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət və hörmət baxımından məqbul sayılır. “Ağsaqqal” sözünün işlədilməsində yaş, hörmət, əxlaq və mənəviyyat məsələlərinin nəzərə alınması əsas amil olmalıdır. Yaxud, 25-30 yaşında gəncin özündən bir neçə yaş böyük insana “ağsaqqal” deməsi səhv düşüncənin nəticəsidir..

Son zamanlar ağa, bəy, əfəndim müraciət formalarına da təsadüf olunur. “Ağa” sözü müxtəlif tarixi zaman və məqamlarda kişilərə aid edilib. “Bəy” sözü böyüklük mənasını daha çox bildirməklə hakim təbəqənin nümayəndələrinə aid edilib. Hazırda bəy formasından geniş şəkildə olmasa da, istifadə olunur.

Dilçi alim H. Həsənov cənab və cənablarına müraciət formasını ünsiyyət üçün yararlı saymır. Alim haqlıdır. Çünki bu müraciət forması xalqımızın milli müraciət və ənənələrinə ziddir. Milli ünsiyyət mədəniyyətini yadlaşdırır. Amma hazırda bəzi müəlliflərin də ehtiraf etdiyi kimi, bu müraciət forması çox dəbdədir.

Televiziya və radio verilişlərində də müraciətlərdən, eləcə də xitablardan istifadə edilir. Bu müraciət formaları tamaşaçıların diqqətini cəmləşdirməyə, onların verilən informasiyaya, hadisəyə qarşı biganə yox, fəal, diqqətli olmağa hazırlayır. Məsələn. Hörmətli televiziya tamaşaçıları, hörmətli radio dinləyiciləri, əziz dostlar və s. bu qəbildən olan ifadələr müraciət forması bildirir.

Sualvermə. İctimai yerlərdə, tədbirlərdə natiqə, yaxud danışan adama söylədikləri fikirlərlə bağlı veriləcək suallar münasiblik, vaciblik və s. baxımından ölçülüb-biçilməlidir. Bəsit suallar onun sahibinin səviyyəsinin, dünyagörüşünün səhihliyini büruzə verir. Sualı təkrar etmək, deyilmiş və hamıya məlum olan, yaxud məsələyə aid olmayan suallar vermək də məsləhət deyil. Rəsmi yerlərdə, verilişlərdə ənənəvi suallar vermək də dinləyiciləri təmin etmir. Deyək ki, televiziya verilişlərindən birində aparıcı müsahibinə belə bir sual verir: “Eldar müəllim, olduğunuz kimi olmaq istəyirsiniz, yoxsa, göründüyünüz kimi?”. “Siz nədən sevinir, nədən kədərlənirsiniz?” və s. Belə məntiqsiz suallara radio və televiziya verilişlərində rast gəlmək mümkündür.

Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən diğər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal münasibət bildirilməlidir: Sual yerində verilmişdir. Maraqlı sualdır. Düşünülmüş sualdır.

Hər hansı bir məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb etmək məqsədilə belə suallar vermək olar. Zəhmət olmasa, deyin görüm; Sizin fikrinizi bilmək istərdik. Bir sual da vermək istərdik və s. Suallara cavab aldıqdan sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr işlədilə bilər. Danışığınızdan məmnun qaldım, çox sağ olun və s.

Sual bəsit, yaxud düzgün olmayanda demək omaz ki, sualı düzgün vermirsiniz, yaxud belə sual olar? Bunun əvəzinə “Gərək bu sualı belə qoyardınız, Bu sualı başqa şəkildə də vermək olar və s. Ünsiyyət prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini soruşmaq, nəyisə əlavə etmək və s) söhbətə qoşulmalı, müsahibinin danışığını kəsməli olur. Belə müdaxilə münasib məqamlarda, həm də müəyyən nəzakət dairəsində edilməlidir. “Bağışlayın”. “Üzr istəyirəm”. “Sözünüzün arasında əziziniz dursun” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir.

Bütün bunlar danışıq etikasıdır. Bunlara əməl etmək natiq və məruzəcilərin, mədəni insanların nitq mədəniyyətidir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin