Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə38/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
12. NİTQİN ETİK MƏSƏLƏLƏRİ
Nitq mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Mənşəcə latın sözü olan etika termini adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insdanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur. Etika sözü ilk dəfə Aristotelin “Nikomaxın etikası”, “Böyük etika”, “Evlem etikası” əsərlərində işlənmiş, əməli nəsihət xarakterli fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur. Bu dahi mütəffəkirə görə, etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.

Əxlaq etikanın tədqiqat obyektidir. Lap qədim dövrlərdən başlayaraq etika “insan necə hərəkət etməlidir?” sualına cavab axtarır, əxlaqın mənşəyi və mahiyyəti məsələləri ilə məşqul olur. Etikaya görə, əxlaq cəmiyyətdə, insanlar arasında qarşılıqlı münasibətləri tənzim etmək tələbatından doğmuşdur. O özünün ictimai funksiyalarını yerinə yetirərkən ictimai rəyə, könüllülüyə əsaslanır. Etika dünyagörüşü elmidir, ictimai münasibətlərin tənzimlənməsi və təkmilləşdirilməsində bilavasitə iştirak edir. Etika mövcud adət və ənənələrə tənqidi yanaşmaqla şəxsiyyətə cəmiyyətdə fəal əxlaqi mövqe tutmaq keyfiyyəti aşılayır.

Qədim Yunanıstan və Romada, Şərqin bir sıra qədim dövlətlərində normal danışıqda həmişə etik normalra əməl edilməsi diqqət mərkəzində olub. İnsan mənəviyyatının formalaşması onun etik düşüncə və danışıq tərzindən də asılı olur. Cəmiyyətdə dil, əxlaq qaydaları və danışan insanın estetik mədəniyyəti onun nitq və davranış tərzində də təcəssüm edir. Hələ orta əsrlərdə din və əxlaq estetik mədəniyyətlə bağlı olan bir hadisə kimi qavranılırdı.

Mənəvi aləmin nə dərəcədə fərdi, bənzərsiz və məhrəm olduğu bəllidir. Lakin bir insan mənəviyyatı fərdi olmaqla bərabər, həm də yurddaşları ilə nədəsə ortaqdır, yəni milli-etnik səciyyəlidir. Toplum mənəviyyatı ilə ümumidir- xalqın tarixi inkişafı, özünüdərki boyu insan psixologiyasının milli çalarları, etnik- etiket və mənəvi dəyərlər formalaşır, bunlar milli xarakteri təşkil edir. Etik normalar xalqın lap qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərindən yaranmış, islami dəyərlərdən formalaşmışdır. Hələ erkən orta əsrlər dövründə Azərbaycanda məktəblərdə tarix, ədəbiyyat, məntiq ritorika və s. kimi dünyəvi, (“Quran”, “Təfsir” “Quranın açıqlanması), “Hədis” (Peyğəmbər sözləri və onunla bağlı hekayə və rəvayətlər), “Təftil” (Quranın mənasının başa düşülməsi) və ilahiyyat elminin tədrisi prosesində şəxsiyyətin inkişafı, təhsili və təlimi, tərbiyəsi ilə bağlı bu gün belə aktual olan qiymətli fikirlər verilmişdir. Həmin təhsil ocaqlarında əl-Biruninin, Əbi Əli ibn Sinanın, Əbu Nəsr Farabinin, Sədi Şirazinin əsərləri, daha sonra C. Ruminin “Məsnəvisi”, M. Füzulinin “Divanı”, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsərlərdə nəzakətli danışıq və hərəkətlərdən də bəhs olunmuşdur. “Dədə Qorqud” dastanlarında digər dəyərlərlə yanaşı, insanların mənəvi-əxlaqi, etik-estetik keyfiyyətlərinin inkişafı ilə bağlı söylənmiş fikirlər bu gün də böyük əhəmiyyət daşımaqdadır. Böyük mütəfəkkir N. Tusinin “Əxlaqi-nasiri” əsərində bu baxımdan söylədiyi fikir və mülahizələr dəyərlidir, ibratamizdir: “Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır... Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da səbr etməli, o sözünü qurtardıqdan sonra, öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir”. Eləcə qeyd edək ki, insan yalan, doğru üstündə məclisdə höcət etməməli, xüsusilə böyüklər və səfehlərlə, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətlərindən bacardıqca uzaq gəzmək lazımdır. Başa düşməyən adama incə və üstüörtülü söz deməmək, danışıda nəzakətli olmaq, heç kəsin sözünü, işini, hərəkətini pis şəkildə ona-buna deməmək, qorxulu şaiyələr yaymamaq insana məxsus xüsusiyyət olmalıdır.

Şifahi xalq ədəbiyyatında, klassik və müasir ədəbiyyatın gürkəmli nümayəndələrindən Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, M. F. Axundov, S. Ə. Şirvani, M. Ə. Sabir, C. Məmmədquluzadə, S. Vurqun, B. Vahabzadə və başqalarının əsərlərində, A. Bakıxanovun “Nəsihətnamə”, Mir Möhsün Nəvvabın “Nəsihətnamə”, M. T. Sidqinin “Həkimanə sözlər” və s. kimi didaktik əsərlərdə nitq etikasına dair xalqın təfəkkür tərzindən faydalanan qiymətli fikirlər, mülahizələr olduqca çoxdur. Lakin təəssüb ki, onlar tədqiq olunub oxucuların, xüsisilə bu sahə ilə məşğul olanların istifadəsinə verilməyib.

Danışıq etikası məsələləri zəngin və çoxdur. Buna aşağıdakılar daxildir; müraciət qaydaları, nitqi dinləmə mədəniyyəti, sualvermə, söhbətə qoşulma qaydaları, danışıqda təvazökarlıq, mənalı hərəkətlərdən istifadə qaydaları, şad və bəd xəbərləri catdırma qaydaları və s.

İnsanlarımızın öz ana dillərində ünsiyyət saxladığı indiki müstəqillik dövrümüzdə nəzakət və mədəni danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılr. Vətənimizi, ölkəmizi, xalqımızı, tarix və dilimizi, mədəniyyətimizi dünyada tanıtmaqda digər amillərlə yanaşı, yüksək nitq mədəniyyətinin də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ. Əliyevin çıxışları, nitqləri həmişə nümunədir. Cənab İ. Əliyev Avropa Şurası Parlamenti Assambleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder demişdir: “Cənab prezident, olduqca gözəl çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərə görə sağ olun”.

Nitqin etik qaydalarından danışarkən bu məsələ ilə bağlı olan, onu tamamlayan nəzakətli hərəkətlər barəsində də bəhs eməyə ehtiyac var. Nəzakətli hərəkət, rəftar, davranış mənəviyyatımızın çox mühüm komponentlərindən biridir. İctimai-mədəni irsimizin nəsildən-nəslə keçən, qorunub saxlanılan davranış normaları, ənənələri şəxsiyyətlərarası münasibətlərin tənzim olunmasında və inkişafında mühüm əhəmiyyət kəsb etmiş, xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.

İnsanlar nəzakətli hərəkətləri görümüş və əxz etmişlər. Bu hərəkətlərlə (böyük gələndə ayağa durmaq, yerlərdə böyüyə, qadına, uşaqlı qadına yer vermək, ictimai yerlərdə özünü aparmağı bacarmaq, valideyn və ağsaqqalların yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə kömək etmək, salam vermək və salam almaq, ucadan danışmamaq, siqaret çəkməmək və s.) hər kəs başqalarına kömək etdiyini, onun mənafeyini başa düşdüyünü, qayğıkeşliliyini nümayiş etdirməyə çalışır. Belə davranış adamların cəmiyyətə verdiyi ən dəyərli hədiyyədir, rahatlıqdır, gözəl əhval-ruhiyyədir. Doğrudan da, hamı bir-birilə nəzakətli davransa, mədəni danışmağı bacarsa, bir-birinə diqqət göstərsə, cətinlikdə kömək və qayğı gastərsə insan həyatda daha da gözəl və rahat olar.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin