Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə37/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   33   34   35   36   37   38   39   40   ...   54
Orfoepik qaydaların müəyyən olunmasında, əsasən, fonetik prinsipə üstünlük verilir. Bu prinsipə görə orfoepik norma xalq danışıq dilinin ən işlək formasına əsaslanır. Məsələn, alsa idi-alsaydı- alseydi; gəlsə idi-gəlsəydi-gəlseydi və s. Lakin əhalinin əksəriyyətinin işlətdiyi eyni variantı-(alseydi, gəlseydi) orfoepiyada norma kimi görürülmüşdür.

Dilimizin orfoepiya və orfoqrafiya qaydaları bir-biri ilə qarşılıqlı əlaqədədir Sözlərin bir qisminin yazılışı ilə tələffüzü fərqlənmədiyi halda, başqa bir qisminin yazılışı ilə deyilişi uyğun gəlmir. Ümumişlək olmayan, terminoloji səciyyəli alınma sözlərdə o foneminin a kimi verilməsi ana dilimizin orfoepiya normalarının pozulması kimi sayılmamalıdır. Əgər lüğətlərdə viktorina, vokal, voleybol, borjom, doktirina, boykot etmək, bronxit, deformasiya, demokratiya, formalizm, hormon və s. kimi sözlərin viktarina, vakal, valeybol, barjom, daktirina, baykot etmək, branxit, defarmasiya, farmalizm, harmon şəklində tələffüzünə rast gəliriksə, bu söz götürülən dilin tələffüz xüsusiyyətləri sayılmalı, Azərbaycan dilinin orfoepiya normaları kimi götürülməməlidir. Bu və qeyd edilməyən bəzi hallar, tələblər var ki, natiq, məruzəçi yazılı və şifahi nitqlərində bunları nəzərə almalıdır. Əks təqdirdə danışanın nitqi qüsurlu sayılmaqla göstərilən normalara cavab verməz.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin