NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


ÖZÜNÜTANIMA VƏ NƏFSİ SAFLAŞDIRMA



Yüklə 5,7 Mb.
səhifə2/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   2   3   4   5   6   7   8   9   ...   62

ÖZÜNÜTANIMA VƏ NƏFSİ SAFLAŞDIRMA


İnsanın yalnız bir həqiqəti var. Lakin o müxtəlif cəhətlərə yönlərə malikdir. İnsanın vücudu idraksız şüursuz torpaq maddəsindən başlanır, mələkuti mücərrəd bir cövhərlə sona çatır. Allah-təala Qurani-Kərimdə buyurur: O Allah ki, hər bir şeyi yaxşı yaratdı, Özü insanın yaradılışını torpaqdan başladı. Sonra onun nəslini dəyərsiz suyun xülasəsindən (nütfədən) qərar verdi. Sonra onu gözəl tədil bir halda bəzədi, Özünün (mücərrəd Ona mənsub olan dəyərli) ruhundan ona üfürdü, sizin üçün qulaq, göz qəlb qərar verdi. Yenə siz Allahı çox az zikr edirsiniz!”1

İnsanın vücud baxımından müxtəlif dərəcə, cəhət və mərtəbələri vardır. O, bir tərəfdən təbii bir cisimdir və onun xassələrinə (tə’sirlərinə) malikdir. Digər tərəfdən inkişaf etməkdə olan cism olub onun xassələrini daşıyır. Həm də (canlı) olub canlıların xassələrinə malikdir və nəhayət o, bir insandır və onun da heyvanlarda mövcud olmayan müəyyən əlamət və xassələri vardır.

Deməli, insan bir həqiqətdən ibarətdir. Lakin onun vücud baxımından müxtəlif dərəcə və mərtəbələri vardır. Belə ki, insan “mənim çəkim və formam”, “mənim yeməyim, inkişafım” dedikdə cismin inkişafda olan mərtəbəsindən xəbər verir. “Mənim hərəkət, şəhvət və qəzəbim” dedikdə öz heyvani mərtəbəsindən xəbər verir. “Mənim əqlim, düşüncəm və təfəkkürüm” dedikdə isə özünün ali-insani mərtəbəsini bəyan edir. Beləliklə, insanın müxtəlif “mən” və “öz” ləri vardır: cismani “öz”, nəbati “öz”, heyvani və insani “öz”. Dəyər və əsalət insani “öz” ə məxsusdur. İnsanı insan edən, onu sair canlılardan üstün edən də məhz onun mələkuti, mücərrəd və Allah tərəfindən verilən ruhudur.

Hikmətli Allah Qurani-Kərimdə insanın yaradılışını belə vəsf edir: Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə ananın bətnində) qərar verdik. Sonra nütfəni laxtalanmış qan, laxtalanmış qanı çeynənmiş ət halına saldıq. O əti sümüyə döndərdik, sonra həmin sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən üstünü olan Allahın kamil qüdrətinə afərin!”1

Məhz insanın yaradılışı barəsində Allah-təala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə ona səcdə etmək əmrini verib buyurur: Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona üfürdükdə, siz ona tərəf səcdə edin!”2

İnsan Allah tərəfindən ehtirama layiq görülür onun barəsində Biz Adəm övladlarını əzizlədik, onları quruluqların dəryaların miniyinə mindirdik, hər bir ləzzətli pakizə yeməklərdən onlara ruzi verdik onu məxluqatın çoxundan üstün etdik.”3 Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.

Deməli, insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə, onda heyvani və cismani “öz” ünü yox, insani “öz” ünü pərvəriş etməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana onun insani yönünün qurulmasında və inkişaf etdirilməsində kömək etsin. Peyğəmbərlər insanlara buyurmuşlar ki, özünüzün insani “özünü” unutmayın, əgər insani özlüyünüzü heyvani istəklərinizə qurban versəniz, sizə çox böyük bir ziyan üz verəcəkdir.

Quranda buyurulur: Ey Peyğəmbər, onlara de: “Ziyankar o kəslərdir ki, nəfslərini (insani nəfslərini) öz əhli-əyalını qiyamətdə əldən vermiş olsunlar aşkar ziyankarlıq da məhz budur.””1

Heyvani həyatdan başqa bir şey düşünməyənlər həqiqətdə öz insani şəxsiyyətlərini itirmişlər və onu axtarmaq fikrində deyillər.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurub: O kəsə təəccüb edirəm ki, itirdiyi şeyi axtarmaq üçün çalışır, halbuki özünün (insani) nəfsini itirmişdir onu axtarmaq fikrində deyildir.”2

Bundan da pis və dərdli ziyan ola bilməz ki, insan dünyada özünün həqiqi və insani şəxsiyyətini uduzub əldən versin. Belə şəxslər üçün heyvanlıqdan başqa bir şey qalmayacaqdır.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin