NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


QİYAMƏT GƏLMƏMİŞ HESABLARIMIZA YETİŞƏK!



Yüklə 5,7 Mb.
səhifə33/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

QİYAMƏT GƏLMƏMİŞ HESABLARIMIZA YETİŞƏK!


Məada, hesab-kitaba, cəza və mükafata iman gətirən, bütün əməllərinin qeydə alınaraq qiyamət günündə dəqiq şəkildə araşdırıldığını, əməllərə yaxşı mükafat və ya pis cəza veriləcəyini bilən bir şəxs özünün əməl, rəftar və əxlaqına qarşı necə e”tinasız qala bilər? Ümumiyyətlə, belə bir şəxs gün, həftə, ay, il, ömür ərzində nə etdiyini, axirət səfəri üçün nə qədər yol ehtiyatı tədarük gördüyünü fikirləşməzmi?

Allaha və qiyamətə iman gətirmək bunu tələb edir ki, elə bu dünyada öz əməllərimizin hesab-kitabını araşdıraq, nə etdiyimizi və nə edəcəyimizi yaxşı-yaxşı düşünək. Ağıllı bir tacir zərərə düşməmək və sərmayəsini hədərə verməmək üçün hər gün, hər ay və hər il öz gəlir-çıxarını hesabladığı kimi biz də bu cür əməl etməliyik.

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Qiyamətdə sizin hesabınıza çatmazdan ( əməlləriniz araşdırılmazdan) qabaq elə bu dünyada öz əməllərinizi hesaba çəkin.”2

Yenə buyurur: Hər kəs bu dünyada öz nəfsinin hesabını aparsa qazanar.”3

İmam Əliyyən Nəqi (ə) buyurur: Hər gün öz (əməllərinin) hesabına yetişməyən bir şəxs bizdən deyildir. Əgər belə bir şəxs yaxşı saleh görmüş olsa Allahdan daha artıq tovfiq istəsin. Əgər çirkin bir işə mürtəkib olmuşsa istiğfar tövbə etsin.”1

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Hər kəs öz nəfsinin hesabına yetişsə fayda aparar. Hər kəs hesabdan qafil olsa ziyan görər. Hər kəs bu dünyada (günah işlərdən) qorxsa qiyamətdə amanda olar. Hər kəs öyüd-nəsihət alsa bəsirəti açılar. Hər kəs (bəsirətlə) görsə başa düşər. Hər kəs başa düşsə ağıllı bilikli olar.”2

Peyğəmbər (s.ə.v.v.) buyurur: Ey Əbazər! Qiyamətdə sənin hesabın araşdırılmazdan qabaq elə bu dünyada nəfsinin hesabını apar. Çünki bu günün hesabı sabahkı (qiyamət) gününün hesabından çox asandır. Əməllərin qiyamətdə mizana çəkilməzdən qabaq bu dünyada mizana çək bu yolla özünü qiyamət günü üçün hazırla. Elə bir gün üçün ki, sənin əməllərin Allaha təqdim olunar ən kiçik bir şey belə Ondan məxfi qalmaz... Ey Əbazər! İnsan yalnız o vaxt təqva əhli ola bilər ki, öz nəfsinin hesabını bir şərikin öz şəriki ilə mühasibə etməsindən daha şiddətli aparsın. İnsan yaxşı-yaxşı fikirləşməli, yeməyini, içməyini, geyməyini hansı yolla əldə etdiyinə diqqət yetirməli haram, yoxsa halal yolla əldə etdiyini müəyyənləşdirməlidir.. Ey Əbazər! Hər kəs öz malını hansı yolla əldə etməsinin fərqinə varmazsa Allah da onu cəhənnəm atəşinə hansı yolla daxil etməkdən çəkinməz.”3

İmam Səccad (ə) buyurur: Ey Adəm övladı! Sən yalnız o vaxta qədər xeyir yaxşılıqda olarsan ki, öz nəfsində bir moizəçin olsun, nəfsinin hesabına yetişməyi unutmayasan, Allah xovfu sənin şüarın olsun. Özünsə daim qəm-qüssəli olasan. Ey Adəm övladı! Həqiqətən sən öləcək qiyamətdə (yenidən) diriləcək, hesab üçün Allahın ədalət mizanının müqabilində qərar tutacaqsan. Belə isə qiyamət hesabı üçün cavab verməyə hazır ol!”1

İnsan bu dünyada tacirə oxşayır; onun sərmayəsi məhdud ömrüdən, yə’ni elə bu saatlar, günlər, həftələr, aylar və illərdən ibarətdir. Çox dəyərli gövhər olan ömür sərmayəsi istər-istəməz sərf olunur və insan tədrici olaraq ölümə yaxınlaşır. Cavanlıq qocalığa, qüdrətlilik zəifliyə, sağlamlıq xəstəliyə çevrilir. Əgər ömrün keçməsi müqabilində saleh bir əməl görsə və axirət üçün yol ehtiyatı tədarük görsə ziyan etməz, çünki özü üçün səadətli, xoş bir gələcək hazırlamış olur. Amma dəyərli ömür sərmayəsini, cavanlığını, qüvvətliyini, sağlamlığını tələf edib onun müqabilində axirət üçün saleh bir əməl görməzsə, əksinə, öz nəfsini çirkin əxlaqlara, günaha mürtəkib olmaqla aludə edərsə elə bir böyük ziyana düçar olacaq ki, heç vaxt bərpa oluna bilməz.

Quranda buyurulur: Əsrə and olsun ki, bütün insanlar ziyankarlıqdadır. Yalnız iman gətirib saleh əməl görən haqqa riayət etməyə səbirli olmağa tövsiyə edənlərdən başqa.”2

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Ağıllı o kəsdir ki, bu gün sabahın (qiyamətin) fikrində olsun öz nəfsinin azad olunmasında çalışsın. Labüd olaraq baş verəcək şey üçün (ölüm axirət) saleh əməl yerinə yetirsin.”3

Yenə buyurur: Hər kəs öz nəfsinin hesabına yetişsə eyblərini dərk edər günahlarını anlayar. Bundan sonra günahlarından tövbə edərək eyblərini islah edər.”4

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin