Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə3/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

Tarixi:

Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.


Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqlarınqoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır.

Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyasıdaxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin