NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə30/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

51-ci məktub
İmam Əli əleyhis-salamın xərac toplayan məmurlarına olan məktublarındandır. (Həzrət bu məktubda xərac alanda camaatı incitməkdən satılması ziyan olan şeyi satmağa məcbur etməkdən çəkindirir.)

Bu məktub Allahın bəndəsi Əmirəl-möminin Əlidən xərac toplayanlaradır: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: kim ona üz tutacaq şeydən (qiyamət gününün hesab-kitabından) qorxmasa özü üçün qabağa onu (əzab cəzadan) qoruyacaq qoruyucu göndərməz. Bilin ki, sizin üzərinizə qoyulmuş iş yüngül, onun savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və haqsızlıq kimi şeylərə görə bir cəza olmasaydı da, onlardan çəkinmək müqabilində olan savab, onu istəməməyə bir bəhanə yeri qoymur.1 Belə isə xalqla mülayim və insaflı davranın və onların istəklərinə səbr və dözümlə yanaşın. Çünki siz rəiyyətin xəzinədarlarısınız ( rac almaq üçün bir dəstə ilə ünsiyyətdə olur, görürsünüz yığdıqlarınızı digər bir dəstəyə ötürməlisiniz. Belə işlə məşğul olan adam səbrli təmkinli olmalıdır). Həmçinin ümmətin vəkili, imam və başçıların nümayəndələrisiniz (ki, onlar sizin vasitəsinizlə rəiyyət barəsində göstəriş verirlər). Heç kəsi istəyi barəsində qəzəbləndirərək hacətindən çəkindirməyin.2 Camaatdan xərac alan zaman onların qış və yay paltarlarını, iş heyvanlarını və qullarını satmayın. (Əgər xəracı ödəməyə malı yoxdursa, ehtiyacları olan şeyləri onlardan almayın.) Qətiyyən heç kəsə bir dirhəmə görə qamçı vurmayın. Namaz qılanların və (cizyə verərək İslamın pənahında olan) peyman bağlamışların heç birinin mallarına – vasitəsi ilə müsəlmanlara zülm edilən at və silah tapmağınız istisna olmaqla – toxunmayın. Çünki müsəlmanın onları (at silahı) İslam düşmənlərinin əlində qoyması və nəticədə onların onun müqabilində qüdrətə malik olmaları rəva deyil. Özünüzə öyüd-nəsihət verməyi, qoşuna yaxşılıq etməyi, rəiyyətə kömək göstərməyi və Allahın dinini gücləndirməyi tərk etməyin. Allah yolunda münasib, sizə vacib və lazım olan şeyi yerinə yetirin. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah bizdən və sizdən Onun ehsan və yaxşılıqları müqabilində Ona şükr etməyimizi və gücümüz çatan qədər Ona yardım etməyimizi istəyib, (hərçənd ki,) uca və böyük Allahın yardımı olmadan heç bir güc və qüdrət yoxdur.
52-ci məktub
İmam Əli əleyhis-salamın şəhərlərin hakimlərinə namaz (onun vaxtı) barəsindəki məktublarındandır.

Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: zöhr (günorta) namazını camaatla günorta (günəş göyün ortasından qərb istiqamətinə meyl edən zamandan) günəşin kölgəsi keçi ağılı (keçilərin yatdıqları yerin divarı) qədər qayıdan zamana kimi (hər bir şeyin kölgəsi onun özü miqdarında olana kimi) qılın.1 Həmçinin onlarla əsr (ikindi) namazını günün (sonunda deyil) bir hissəsində–(günəşin batmasına) iki ağac yol getmək mümkün olan qədər vaxt qalan zaman, günəş (solğun deyil) ağ və görünən olanda qılın.2 Oruc tutmuş şəxs iftar edəndə və hacılar (Ərafatdan) Minaya yola düşəndə, onlarla məğrib (axşam) namazını qılın. Onlarla, işa (xüftən) namazını isə qırmızılıq (qərbdən) çəkiləndən gecənin üçdə birinə kimi qılın. Şəxs öz dost və yoldaşının sifətini görüb seçə bildiyi zaman da onlarla sübh namazını qılın. Namazı onlarla onların ən zəifi kimi qılın (müstəhəb olan yerləri azaldın) və fitnə-fəsada səbəb olmayın.3



53-cü məktub
İmam Əli əleyhis-salamın (Malik ibn Haris) Əştər Nəxəiyə (Allah onu bağışlasın) onu Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti alt-üst və qarmaqarışıq olan zaman Misirə və onun ətraf bölgələrinə vali təyin edəndə yazdığı əhd-peymanlardandır. Bu, yaxşılıq və xeyirxahlıqlar (başqalarına kömək etməyin hökmləri, rəiyyətin təşkilatçılığının sirləri, ölkə idarəçiliyinin qaydaları, qoşun çəkməyin yolları hamıya öyüd-nəsihət) barəsində yazılaraq toplanmış ən uzun əhdnamədir.1

Ruzi verən və bağışlayan Allahın adı ilə
Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Malik ibn Haris Əştəri Misirə, oranın vergilərini yığmaq, düşmənləri ilə vuruşmaq, əhalisinin vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olmaq və şəhərini abadlaşdırmaq üçün vali təyin edən zaman onunla olan əhdindəki əmrləridir.

Ona pərhizkarlıq edərək Allahdan qorxmağı, Onun hökmlərini üstün tutmağı və Öz kitabında (Qurani-Kərimdə) əmr etdiyi vacib və bəyənilmişlərə tabe olmağı əmr edir. Onlara (həmin vacib bəyənilmiş şeylərə) əməl etmədən heç kəs xoşbəxt ola bilməz və hər bir kəs ancaq onlardan boyun qaçıraraq onları ayaq altına salmaqla bədbəxt olar. Həmçinin nöqsan sifətlərdən uzaq və pak olan Allaha (Onun dininə) qəlb, əl və diliylə yardım etməsini əmr edir. (Qəlbində iman inamı olsun, əli ilə düşmənin qarşısını alsın, dili ilə isə yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirsin.) Çünki adı uca olan Allah Ona yardım edənə yardım etməyə, Ona (dininə) hörmət göstərənə izzət bəxş etməyə zəmanət verib.



Ona əmr edir ki, şəhvət və istəklərin (tüğyan edən) zamanında öz nəfsini bassın və baş qaldıraraq itaətsizlik edən vaxt onun qarşısını alsın (ki, cilov onun əlinə düşməsin çətinliklərə salmasın). Çünki Allahın rəhm etdiyi kimsə istisna olmaqla, nəfs hər bir kəsə pis işlər görməyi əmr edir.1

Ey Malik, sonra bil ki, mən səni səndən qabaq ədalətli və zalım hökmdarları olmuş şəhərlərə göndərirəm. Sən özündən qabaqkı hökmdarların işlərinə necə baxırsansa, xalq da sənin işlərinə həmin nəzərlərlə baxır. Sən onların barəsində nə deyirsənsə, camaat da sənin barəndə həmin şeyləri deyir. Allahın, bəndələrinin dillərində əzbər etdiyi (yaxşı pis) sözlərdən, saleh və yaxşı əməl sahiblərini tanıyıb bilmək mümkündür.1 Buna görə də sənin ehtiyac günü üçün tədarük gördüyün şeylərin ən yaxşısı saleh əməl olmalıdır. Öz nəfsi istəklərinə hakim ol. (Onların cilovunu əlində saxla ki, səni çətinliklərə salmasın.) Halal və rəva olmayan şeyləri nəfsinə qıyma, simiclik et. Çünki nəfsə xoşladığı və ya xoşlamadığı şeydə simiclik etmək insaf və ədalətdir.2 Rəiyyətlə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol.3 Məbadə onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olasan. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər ki, ayaqları sürüşür, pisliklərə səbəb olan amillər onlara üz tutur və bilərəkdən və ya səhvən (bilmədən) onların əllərinə düşür. Buna görə də (məsum olan imam peyğəmbərlərdən başqa heç kəs səhv xətadan amanda olmadığı üçün hansısa bir hadisə onları bilərəkdən ya səhvən pis işlərə salanda, onları bağışlamamağın rəva deyil. Belə isə) Allahın güzəşt edərək səni bağışlamasını istədiyin kimi, sən də güzəşt edib günahlarından keçməklə onları əfv et. Çünki sən onlardan, səni valiliyə göndərən səndən, Allah isə bu hökuməti sənə tapşıran, işlərini yerinə yetirməyini istəyən və səni onlarla sınayandan üstündür. (Sən onlarla cür davransan, O da səninlə elə davranacaq.) Məbadə özünü Allahla mübarizəyə hazırlayasan (dinə qarşı çıxaraq xalqa zülm edəsən) ki, sən Onun qəzəbinə dözə bilməzsən və Onun bağışlamasına və mehribançılıqlarına möhtacsan. Heç vaxt əfv və güzəşt etməkdən peşman, cəzalandırmaqdan şad olma. Düçar olmamağını bacardığın qəzəbə tələsmə. (İtaətsizlik qəlbiqaralıq üzündən) mən məmuram və (hər istəyirəmsə) əmr edirəm və gərək mənim əmrimi qəbul etsinlər, demə. Bu, qəlbin qaralması, dinin zəifləməsi və nemətlərin dəyişərək zavala uğramasına səbəb olar. Səltənət və hökumət sənə əzəmət və böyüklük və ya lovğalıq və özündənrazılıq gətirən zaman Allahın səndən üstün olan səltənətinə, həmçinin Onun sənə nisbətdə sənin özünün aciz olduğun şeyə qadir olmasına nəzər sal və bax ki, bu baxış (Onun böyüklüyü barəsində düşünmək Allahı hər şeyə qalib bilmək) lovğalıq və itaətsizliyi yatırdar, dikbaşlığının qarşısını alar və səndən uzaqlaşmış ağıl və düşüncəni sənə qaytarar. (Bu barəsində fikirləşmək sənin özünə gələrək lovğalıq özündənrazılığı özündən uzaqlaşdırmağına səbəb olar.) Özünü Allahla Onun əzəmətində bir tutmaqdan və qüdrətində özünü Ona bənzətməkdən çəkin. Çünki Allah hər bir itaətsiz lovğanı xar edərək alçaldır. Allahla insaflı davran. (Onun əmrlərinə əməl edərək qadağan etdiklərindən çəkin.) Özün, yaxın qohumların və sevdiyin hər bir rəiyyət tərəfindən xalq barəsində insafı əldən vermə. (Onlara özün zülm et yaxınlarının dostlarının sənin adınla zülm etmələrinə imkan vermə.) Əgər belə etməsən zülmkar olarsan. Allahın bəndələrinə zülm edənlə, bəndələrin yerinə Allah düşmən olar. Allah, Onunla düşmən olanın dəlil və sübutunu puça çıxarar (üzrünü qəbul etməz). Həmin kəs (zülmdən) əl çəkərək tövbə edib (düz yola) qayıdana kimi Allahla müharibədə olar. Allahın nemətlərinin dəyişməsində (əldən çıxmasında) və Onun tez qəzəbə gətirilməsində (rəhmətindən uzaq düşülməsində Allahın bəndələrinə) zülm etməkdən təsirli bir şey yoxdur. Çünki Allah, məzlumların dualarını eşidən və zalımların pusqusunda dayanandır (onların intiqamını alacaq).

Sənin üçün işlərin ən sevimlisi haqda orta yolu tutmaq, onu bərabərlik baxımından ümumiləşdirmək və rəiyyətin şad olmasına daha çox səbəb olan ədalətlilik olmalıdır.1 Çünki kütlənin qəzəbi bir neçə nəfərin razılığını məhv edir və kütlənin razılığı müqabilində bir neçə nəfərin qəzəbi əhəmiyyətsizdir. Rəiyyətin valiyə rifah və asayiş zamanı ən ağır yük olanı, çətinliklərdə ən az kömək edəni, ədalət və bərabərlik zamanı ən narazısı, istəklərdə ən çox israr edəni, bəxşiş veriləndə ən az şükr və minnətdarlıq edəni, rədd edəndə üzrü hamıdan gec qəbul edəni, dövranın çətinlikləri müqabilində səbr etməkdə ən zəifi xas təbəqədir. Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlər müqabilində (onların hücumlarının qarşısını almağa) hazır olan (tezliklə heç bir görməyə qadir olmayan bir neçə nəfər xas təbəqə deyil) xalqın ümumi hissəsidir. Buna görə də gərək onlarla birgə olasan və meyl və rəğbətin onlarla olsun. Rəiyyətin, özündən ən çox uzaqlaşdıraraq düşmən saymalı olduğun adamı camaatın eyblərini danışmaqda israr edəni olmalıdır. Çünki camaatın eyb və nöqsanları var və onları örtməyə ən layiq olan kəs, validir. Buna görə də camaatın sənə gizli olan eyblərini axtarma (arama) ki, sənin vəzifən sənə məlum olanları (onların eyb nöqsanlarından bildiklərini) ört-basdır etməkdir. Səndən gizlin olan şeylər barəsində Allah hökm edəcək. Belə isə Allahın, sənin rəiyyətdən gizlətmək istədiyin eyblərini örtməsi üçün bacardıqca eyblərin (camaatın eyblərinin) üstünü ört. Camaatdan olan bütün kin düyünlərini aç. (Qəlbində onlardan kin saxlama.) Səni intiqam və cəzaya birləşdirən bütün telləri qır. Sənə görə düz olmayan hər bir şeydə özünü bilməməzliyə vur. Qeybətçi və söz gəzdirəni (onun dediklərini) təsdiqləmək və ona inanmaqda tələsmə. Çünki sözgəzdirən özünü öyüd verənlərin simasına salsa da xəyanətkar və hiyləgərdir. (Buna görə onun dediklərini tez qəbul etmək sonrakı peşmançılığında heç bir fayda olmayan səhvə səbəb ola bilər.)

Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar, yoxsulluq və kasıblıqla qorxudar; nə ürəksiz və qorxağı (daxil et) ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər; nə də həris adamı ki, o, (ehtiyac günü üçün mal toplamaq) hərisliyinin çoxluğundan (xalqa) zülm etməyi sənin nəzərində gözəlləşdirər. Beləliklə, xəsislik, qorxaqlıq və hərislik bir-birindən ayrı müxtəlif xislətlərdirlər ki, Allaha qarşı pis gümanda olmaq onları bir yerə toplayır!1


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin