أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ» «Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Belə deyil) bəlkə şüurları yoxdur və anlamırlar (ki, onlarımalvəövladlasınayırıqvəgünahvəitaətsizliklərininəqədərartırıbonunnəticəsindəəzabadüçarolmalarınıyoxlamaqüçünonlaramöhlətveririk)». Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. (BuməsələyəşahidkimiMusailəFironunəhvalatınıgətirməkolar.) Musa ibn İmran onunla birgə olan qardaşı Harunla (onlarınhərikisinəAllahınsalamıolsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə (Allahınbirliyini vəMusanınpeyğəmbərliyinitəsdiqetsə), padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon (öztərəfdarlarına) dedi: Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! (Onlarıməzəmmətedərəkcamaatadedi: ƏgərbuikinəfərAllahtərəfindəngəliblərsə,) bəs nə üçün qollarından qızıl bilərziklər asılmayıb?1(Xülasə, Fironbusözləridedi,) çünki qızılı və onu toplamağı böyük bilərək (MusailəHarununəynindəgördüyü) yunu və onu geyinməyi xar sandı.
Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah peyğəmbərlərini göndərəndə onlara qızıl xəzinələri, xalis qızıl mədənləri və hər cür ağac əkilmiş bağlar vermək, eləcə də göyün quşlarını və yerin canlılarını onlara qoşmaq istəsəydi, edərdi bunu. Əgər belə etsəydi, onda sınaq mənasını itirər, əvəz vermək düz olmaz və xəbərlərə (səmadangələnxəbərlərəvəilahitapşırıqlara) lüzum olmazdı.2 Həmçinin onda (beləbirpeyğəmbərindəvətini) qəbul edənlərə sınanmışların savabı düşməzdi,3(həminpeyğəmbərə) iman gətirənlər yaxşı əməl sahiblərinin savabına layiq olmazdılar (çünkionlarınimanlarıəlacsızlıqdanolub) və adlar mənalarla uyğun gəlməzdi.1 Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz peyğəmbərlərini qəlb və gözləri ehtiyacsızlıqla dolduran qaneçiliklə (azarazıolmaqla) və göz və qulaqları əzab-əziyyətlə dolduran yoxsulluq və kasıblıqla, iradə və qərarlarında güclü, gözlərin (zahiri) vəziyyətlərindən gördüyü şeydə isə zəif edib.2 Əgər peyğəmbərlər heç kəsin onlara hakim olmaq niyyətinə düşə bilmədiyi qüvvəyə, zülmə məruz qalmamaları həddə ağalığa və insanların boylanacaqları səltənət və padşahlığa malik olsaydılar və (onlarındəbdəbələrinigörməküçün) dəvələrin palanlarının düyünləri bağlansaydı (camaatdünyanınhərtərəfindənsəfəredibonlarınyanınaköçsəydi), bu, insanlar üçün ibrət götürmələrində (tabeolmalarında) daha asan olardı və onlar öyünmək və təkəbbürlülükdən daha uzaq olardılar (heçvaxtheç birkəsonlarlamüxalifətetməzdi). İnsanlar onlara hakim olan qorxu və ya onları meylli edən rəğbət və istəyə görə iman gətirərdilər. Onda (beləolansurətdə) niyyətlər saf olmazdı və yaxşılıqlar (ibadətlər) bölünmüş (birhissəsidünya, birhissəsiisəaxirətüçün) olardı. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah belə istəyib ki, peyğəmbərlərə tabe olmaq, kitabları təsdiq etmək, Onun zatı müqabilində əyilmək, əmrinə təslim olmaq və itaət və bəndəliyinə boyun qoymaq ancaq Ona görə olan işlər olsunlar və onlara özlərindən başqa heç bir eyb (istək, qorxu, riya, özünügöstərməkvəsairə) qarışmasın. (Bu, imtahanvəsınağınböyüklüyünəgörədir. Odurki,) imtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çoxdur.
Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin (Allahınsalamvəsalavatıolsunona) zamanından bu dünyanın son nəfərinə kimi, nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən (müqəddəsKə’bənintikildiyi) daşlarla sınadığını görmürsünüz?! Beləliklə, həmin daşları Özünün «Beytul-haram»ı (müşriklərinoradaxilolmalarını, eləcədəonasığınmışkəsioradançıxarmağıharambuyurduğumöhtərəmevi) etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir (onlarıntoplaşdıqlarıvəhəmdünya, həmdəaxirətxeyirlərinəolanbirməkandır). Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. (Həminevi)nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və (su, otvəmünasibhavasıolmadığıüçün) nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında (yerləşdirdi). Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, «Beytul-haram» onların səfərlərinin xeyirvermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. (Həccinvacibiəməlləriniyerinəyetirməknəticəsindəqazandıqlarıaxirətxeyrindənəlavə, oranınonlarüçündünyamənfəətidəvardır.) Könüllərin meyvələri abadlıqdan uzaq otsuz-susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin (əhatəyəalmasınəticəsindəyerindigərhissələrindən) ayrı düşmüş adalarından həmin evə düşər (səfalıinsanlaroradatoplaşaraqbir-birlərindənmənəvimənfəətlərəldəedərlər). (Onlaruzaqyerlərdənsəfəredərəkçoxçətinlikləoraçatarlar) və nəhayət, («sə’y» əməlivətəvafda) tam itaətkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər, evin kənarında «təhlil» (lailahəilləllah) deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pıtlaşıq və üzü toz-torpağa bulaşmış halda «hərvələ» edərlər (tələsikyeriyərlər). Paltarlarını arxaya atıblar (həmişəgeyindikləripaltarıəyinlərindənçıxarıb «ehram» paltarıgeyiniblər). Saçlarını qırxmamaları və onların çoxalmaları nəticəsində öz yaradılışlarının gözəlliklərini (məhbuslarkimi) çirkinləşdiriblər. Allah onları («Beytul-haram»ınziyarətindəbuəməllərlə) imtahan edib. Elə bir böyük, çətin, aşkar və kamil imtahan ki, onu Öz rəhmətinin əldə edilməsi və Cənnətinə çatmaq amili edib. Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün hörmətli evini və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağaclı, meyvələri əlçatan və binaları bir-birinə birləşmiş yumşaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızıyanaq buğda və yaşıl çəmənliklər arasında, gül-çiçəkli ot dolu yerlərdə, təravətli zəmilərdə və abad yollarda yerləşdirmək istəsəydi, onda mükafatın miqdarını imtahanın azlığına uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı yaqutdan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina könüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və təlaşını qəlblərdən silər və xalqdan tərəddüd iztirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah, təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canlara yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sınayır, onlardan növbənöv çalışqanlıqlarla bəndəlik etmələrini istəyir və onları təbiətən xoşlanılmayan şeylərlə imtahan edir ki, həmin imtahanı Öz lütf və fəzlinə açılmış qapı və əfv və bağışlamasının asan vasitələri etsin.
Odur ki, dünyada fitnə-fəsad törətmək (onuncəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur (vəonlarıməhvedir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır.1 Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günahvəitaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdəzamanı) şərəfli üzvlərin (yeddiyerin) yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini (arpa, buğda, xurmavəkişmişi) və ondan başqasını (dəvə, inək, qoyun, qızılvəgümüşü) yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyünmələri və özünü yekə tutmaqları necə xar etmək və (dünyabədbəxtliyivəaxirətəzabınasəbəbolan) aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. (İmaməleyhis-salamburadaKufəəhlinifitnə-fəsadvəzülməsəbəbolanyersiztəəssübkeşlikvəməğrurluğagörəməzəmmətedərəkbuyurur:)
Mən (insanlarınhallarına) nəzər saldım. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, (heçolmasa) nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə və ya səfeh və qanmazların ağıl və fikirləri ilə uyğun gələn dəlilə əsaslanmamış olsun.2 Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlülük edirsiniz (bir-birinizəöyünürsünüz) ki, (heçzahirdə, nadanvəağılsızlarınyanındada) ona bir səbəb və dəlil tapılmır. Şeytan (oddanolan) əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi və onu xilqət və yaradılışında məzəmmət edərək dedi: Mən oddanam, sən isə palçıqdansan. (Bunagörədənadanıngözündətəəssübkeşliyədəlilolabilənsəbəbdəntəəssübkeşlikvəməğrurluqetdi.) Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri kef və ləzzətlərdən bəhrələnən varlıları nemətlər (var-dövlət, övladlarvəəlaltındaolanlarınonlarıböyüksaymaları) səbəbindən təəssübkeşlik və təkəbbürlülük etdilər. Beləliklə,1 dedilər: «Bizim mal-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur və bizə əzab da verilməyəcəkdir.»2 Buna görə də əgər təəssübkeşlik və təkəbbürlülükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nəcib sifətlər, bəyənilən işlər və gözəl şeylər - ərəb sülalələri və qəbilə başçılarından olan böyüklərin və igidlərin rəğbət göstərilən xislətlər, böyük ağıllar, yüksək məqamlar və xoşagələn sifətlər vasitəsi ilə onda bir-birlərini üstələməyə çalışdıqları sifət, iş və şeylər - üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-peymana vəfa etmək, yaxşılara tabe olmaq, təkəbbürlülərə qarşı çıxmaq, yaxşılığı (yaxşıişi) götürmək, zülmdən əl çəkmək, qan tökməyi (onungünahını) böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.
Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin (hansıişinnəticəsininnəolmasınanəzərsalın). Onlar kimi olmaqdan çəkinin (ki, pisəməlvəçirkindanışıqlaragörəsizdəəzabvəçətinliyədüçarolarsınız). Onların iki (yaxşıvəpis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirlivəyaxşıyolaqədəmqoyunvə) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına və nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi - parçalanmadan (nifaqvəikiüzlülükdən) çəkinmələri, mehribanlıqları (vəhdətvəbirlikləri) və bir-birlərini mehribanlığa (həmrəylikvəyekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini-seçin.1 Həmçinin (şərvəpisyolaayaqbasmayınvə)qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birlərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqkı möminlərin (Bəni-İsraildənvədigərtayfalardanolanimanlıların) vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məgər onlar digər insanlardan daha ağır vəziyyətdə (cəfaiçərisində), başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi?! Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar (oğullarınınbaşınıkəsir, qızlarınısaxlayırdılar) və acılığı onlara qurtum-qurtum içirdirdilər (əzab-əziyyətinənsonhəddinədüçaretmişdiləronları. Onlarınbirdəstəsifironlarınnökərləri, digərbirdəstəsiisəəkinçiləriidilər. Əlindənheçbirişgəlməyəndənisəbacalırdılar). Buna görə də onlar həmişə həlakolma xarlığı və hökm (fironlarınhökmü) altında və istismar vəziyyətində idilər. (Fironlarınəmrlərindən) boyun qaçırmaq üçün çarə və (onlarınzülmlərindən) müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların Onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və Ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi və onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərəfindən onlara arzusunda olduqlarından da çox izzət və böyüklük bağışlanıldı.1 Beləliklə, cəmiyyətləri bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məgər yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?! Sonra onların işlərinin (kefçəkmələrinin) axırında (aralarında) parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə (çətinliklərə) nəzər salın. Allah (həminçirkinəməllərinəgörə, Buxtunəsrvədigərzalımlar vasitəsiilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.
Həmçinin (Zəbih) İsmayılın övladlarının, (İbrahim Xəlilinoğlu) İshaqın oğullarının və İsrail övladının (Yaqubibnİshaqın) əleyhimus-salam-başlarına gələnlərdən ibrət götürün ki, sərgüzəştlər (hərbirəsrininsanlarınınsərgüzəştləri) necə də bir-birinə uyğun və əhvalatlar (bir-birinə) necə də yaxındır! (Yəni, sizinvəziyyətinizləkeçmişlərinvəziyyətləribir-birinəoxşayır. Bunagörədəyaxşıolarki, onlarınəhvalatlarındanibrətgötürəsiniz.) Onların Kəsralar (əcəmşahları) və Qeysərlər (Rumşahları) onlara ağalıq edib hakim olan gecələrdəki (zamanlardakı) sərgüzəştləri, parçalanma və bir-birlərindən ayrılmalarının necəliyi barədə fikrə dalın və düşünün. Onları əkin yerlərindən (abadlıqlardan), İraq çaylarından (Dəclə-Fəratdan) və dünyanın yaşıllıqlarından yovşan bitən, bərk küləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. (Onlarıotsuz-susuzvəabadlıqdanuzaqolançöllüklərəgöndərdilər.) Beləliklə, onları yoxsul, kasıb və yaraya və dəvə tükünə yoldaş halda tərk etdilər (dəvəotaranetdilər). Onlar ev və məskən baxımından tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər (yaşadıqlarıyerlərinnəsuyuvaridi, nədəotu). Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar (bubədbəxtlikvəçətinlikdənnicattapmalarıüçünonlarıbirdinədəvətedərəkbirişətrafınatoplayacaq birkimsəyoxidi), nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar (etimadedərəkrahatlanmalarıüçünbirbaşçıvərəhbərləriyoxidi). Beləliklə, nigaran vəziyyət, ixtilaflı əllər (bir-biriiləyoldaşlıqetmədən) və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa basdırmaq, bütlərə sitayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər.
Sonra da, Allahın, onlara peyğəmbər (peyğəmbərlərinsonuncusuHəzrətMəhəmmədi-səlləllahuəleyhivəalih-) göndərdiyi, onları onun şəriətinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları toplayaraq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemətlərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi, onlar üçün rifah və bolluq çaylarını necə rəvan etdi və şəriət (oHəzrətinşəriəti) onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, (xoşbəxtlik, möhtərəmlikvəasayişinsonyüksəkhəddinionlaratədarükgördüyüüçün) onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın (müqəddəsİslamdininin) kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı (dünyavəaxirətsəadətiüztutduonlara). Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin (şəhərlərin) şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmrlər verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı!! (İslamdinionlaraeləbirgücvəqüdrətverdiki, dünyanınişlərininidarəçilərivəaləmdəolanlarahakimoldularvəheçkəsonlarahakimolabilmirdi.)
Bilin ki, siz (yaranmışlarınənxeyirlisi olanHəzrətPeyğəmbərinşəriətinəimangətirməknəticəsindəizzətvəşərəftapdıqdansonra) əllərinizi itaət və tabeçilik kəndirindən çəkdiniz (AllahdanvəPeyğəmbərdənüzçevirərəkuzaqlaşdınız), Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri (İslamdanqabaqkıdövrünadətləri) ilə uçuq yaratdınız (özimamvərəhbərinizəitaətetmədinizvəonunnəticəsindəözdünyavəaxirətinizibərbadetdiniz). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu ümmətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağlantısında qiymətini, yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə (ülfətəsəbəbolandinilə) haqq qoyub (zəhmətəqatlaşmadannemətverib). Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiymətdən artıq və hər bir böyüklükdən böyükdür. (Onagörəki, ülfətvəbirliklədünyavəaxirətsəadətivəxoşbəxtliyiəldəedilir.) Bilin ki, siz hicrətdən sonra (nadanlıqvəazğınlıqdanbilikvəhidayətənailoldunuzvəsonrabirdahatəəssübkeşlik, məğrurluq, bir-birinizlədüşmənçilikvəfitnəvəçaxnaşmayaratmaqsəbəbindən) bədəvi ərəb (nadanlıqvəazğınlıqçölçüləri) oldunuz. Həmçinin dostluqdan (biryerətoplaşdıqdan) sonra (bir-birinəmüxalifvədüşmənolan) dəstələrə parçalandınız. İslamla, onun adından başqa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun nişanəsindən başqa bir şey tanımırsınız!! (Ancaqdildəkəlmeyişəhadətlərideyirsiniz. Ammaİslamınhökmlərindənbirşeyöyrənməmisinizvəhəmçininimanınhəqiqətini dərketməmisiniz.) Deyirsiniz ki: «Oda gedərik, amma xarlığa razı olmarıq»?! («