NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə5/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   2   3   4   5   6   7   8   9   ...   85

202- ci xütbə
İmam Əli əleyhis-salamın (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın göylər, yer dağların yaradılışının heyranediciliyində qüdrət nümayiş etdirməsi bacarığı barəsində) xütbələrindəndir.

Allah-təalanın qüdrət və səltənətinin (nişanələrindən) və Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi. Sonra onlar Rəbblərinin əmri ilə özlərini saxladılar və onlar üçün müəyyənləşdirdiyi yerdə qərar tutdular (dağılaraq bir-birlərindən ayrılmadılar). Qədərsiz mavi su və (Allah-təalanın əmrinə) mütləq şəkildə tabe olan dənizin öz qoynuna aldığı yeri möhkəmləndirdi. Və həmin dəniz, Allahın əmr və fərmanı müqabilində ram, əzəməti qarşısında itaətkardır və Onun qorxusundan onun axması və hərəkət etməsi dayanmışdır. Həmçinin onun (yerin) böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlərdə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütun və dirəyi etdi və yerin mıxları kimi onları ona batırdı. Beləliklə, hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud yükü ilə (suda) batmaqdan və ya bir yerdən digər bir yerə getməkdən durdu. Yeri, suları dalğalandıqdan sonra saxlayan, ətrafı rütubətlənib islandıqdan sonra qurudaraq yaratdıqları üçün rahatlıq yeri edən və onu onlar üçün dərin, sakit, axarsız və hərəkətsiz dayanmış (qoynundakı yeri silkələməmək üçün hamısı birdən öz yerindən hərəkət etməyən) dənizin üzərinə sərmiş Allah hər bir eyb və nöqsan sifətlərdən pak və uzaqdır. Möhkəm küləklər həmin dənizi alt-üst və o tərəf-bu tərəf edir və yağış dolu buludlar (yağmaları nəticəsində) onu hərəkətə gətirir. «Bu nişanələrdə Allah-təaladan qorxan kəs üçün ibrət və öyüd vardır.» (Çünki Allahdan qorxmayanlar onlara diqqət etmirlər.)
203- cü xütbə
İmam Əli əleyhis-salamın (səhabələri Şam əhli ilə mühari-bədə süstlük edib bəhanə gətirərək onun əmrlərini yerinə yetirməkdən boyun qaçırarkən onlardan şikayətləndiyi) xütbələrindəndir.

Allahım, Sənin bəndələrindən kim bizim zülm və sitəm deyil, ədalət və düzlük, fitnə-fəsad deyil, din və dünyanın islahı üçün dediyimiz sözləri eşidəndən sonra onu qəbul etmirsə, onun müxalifət etməsinin səbəbi Sənə yardımdan boyun qaçırmaq və Sənin dinini izzətli etməkdə tənbəllik göstərməkdən başqa bir şey deyil. Buna görə də ey bütün şahidlərin ən böyüyü, Səni və yer və göylərində sakin etdiyin şeylərin hamısını (cin, insan mələkləri) ona qarşı (onun, Sənin dininə etinasızlıq mənasında olan mənə qarşı müxalifət etməsinə) şahid tuturam (ki, mən Sənin əmrlərinin təbliğində səhlənkarlıq etməmişəm). Belə olan halda, bu şahid tutmaqdan sonra Sən (bizi) onun yardımına ehtiyacsız edən və onu günahına (bizimlə müxalifətinə) görə cəzalandıransan.



204- cü xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

Həmd o Allaha məxsusdur ki, (zat sifətlərində) yaratdıqlarına bənzər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (Heç kəsin Onun həqiqətini vəsf etmək qüdrəti yoxdur.) Yaradılışının (yaratdıqlarında olan) qəribəlik və heyranediciliyi ilə görənlər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sahiblərinin düşüncələrindən gizlindir. Başqasından öyrənmədən, (elmini) artırmağa ehtiyac olmadan və (başqasının elmindən) bəhrələnmədən (hər şeyi) biləndir.1 Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur.2 Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir.1 Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.2



Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir
Allah Həzrət Peyğəmbəri nur (elm peyğəmbərlik nuru) ilə göndərdi və onu (peyğəmbərliyə) seçməkdə (bütün yaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdə olan nizamsızlıq fitnə-fəsadları islah etdi) və onunla (onun qüdrəti ilə) həmişə qalib olanları məğlub etdi. (O Həzrəti kafir, müşrik münafiqlərə hakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərq qərbdən) uzaqlaşdırdı.

205- ci xütbə
İmam Əli əleyhis-salamın (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın bəzi sifətlərinə işarə etdiyi, Həzrət Peyğəmbərin mədhi, yaxşıların Allah-təalanın dostlarının vəsfi barəsindəki öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Şəhadət verirəm ki, Allah-təala (heç bir işdə zülm sitəmlə deyil, bütün işlərdə) ədalətlə (ümumi quruluşa, hikmət mənfəətə uyğun) davranan adil və (Qurani-Kərimdə haqq ilə batili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdən bətnlərə) gətirən zaman onları iki cərgə (xeyir şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı.1



Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (mömin pərhizkarlar), haqq (din) üçün sütunlar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayət imamları əleyhimus-salam) müəyyənləşdirib.2 Hər bir itaətdə (yaxşı işdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahın lütf yardımı sizin halınıza şamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir.3 Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərə boyun əyərək az şeyə görə Allah Peyğəmbərin itaətindən əl götürüb özlərini dünya axirətdə bədbəxt edənlər üçün deyil, mənəvi xəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır.

Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elmin qorunması onlara tapşırılmış hidayət imamları əleyhimus-salam din başçıları) qorunmalı şeyi (istedad dərketmə qabiliyyəti olmayan kəsdən) qoruyurlar (yaxud onu hadisələrin zay edib aradan aparmaması üçün öyrədilməsi münasib olmayan kəsdən gizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadı olan kəsə öyrədirlər); bir-birlərinə (elm hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onların məclisləri şəkk, töhmət, pis gümanlar, qeybət pis danışıqlardan boş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (bu sifətlərlə elə tərbiyə ediliblər ki, sanki bu, onların fitrət təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqın içində, yaxşısı) götürülən və (işə yaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Həmin toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmiş insanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzaba düçar olmasına səbəb olan bir görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflət yuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də (rəzil sifətlərdən uzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqq yola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlik giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdan qurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbə ilə) günahı (özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.1

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin