İstehsal ehtiyatlarının qiymətləndirilməsi üsulu. Mühasibat uçotu haqqında Qanuna əsasən istehsala silinən material ehtiyatlarının faktiki maya:
Cədvəl 2.4
Uçot siyasətinin müxtəlif elementlərindən istifadə
edilməsinin əsas alternativ variantları
№
|
Uçot siyasətinin
elementləri
|
Alternativ variantlar
|
1.
|
Material ehtiyatlarının qiymətləndirilməsi və material ehtiyatlarının faktiki maya dəyərinin istehsala silinməsi üsulları
|
Vaxta görə birinci alınan maya dəyəri üzrə (FİFO);
Vaxta görə sonuncu alınan maya dəyəri üzrə (LİFO);
Orta maya dəyəri üzrə.
|
2.
|
Malların qiymətləndiril-məsi
|
Pərakəndə satış qiyməti üzrə (pərakəndə satış üçün);
Alış maya dəyəri üzrə (pərakəndə və topdan satış üçün);
Mümkün satış qiyməti üzrə.
|
3.
|
Gələcək xərclərin və ödənişlərin ehtiyatı
|
Məzuniyyətlərin ödənilməsi üçün;
İllik işin yekunu üzrə;
Xidmət illərinə görə;
Digər.
|
4.
|
Satışdan gələn gəlirin müəyyən edilməsi
|
Yüklənib yola salınmış məhsullara görə; Alıcıdan pul vəsaitinin daxil olmasına və ya əvəzində mal alınmasına görə.
|
5.
|
Uçotun təşkili texnikası
|
Qanunla müəyyən edilən hesablar planı əsasında;
Müstəqil surətdə işlənib hazırlanmış hesablar planı əsasında.
|
6.
|
Mühasibat uçotunun təşkili
|
Müəssisənin müstəqil struktur bölməsi və ya mühasibatlığı tərəfində həyata keçirilir;
Müqavilə əsasında ixtisasalaşmış təşkilat və ya vergi agenti tərəfindən həyata keçirilir.
|
dəyərinin müəyyənləşdirilməsini ehtiyatların qiymətləndirilməsinin aşağıdakı üsullarından biri ilə həyata keçirilməsinə icazə verilir:
- vaxta görə birinci alınan maya dəyəri üzrə (FİFO);
- vaxta görə sonuncu alınan maya dəyəri üzrə (LİFO):
- orta maya dəyəri üzrə.
Birinci üsulun (FİFO) mahiyyəti ondan ibarətdir ki, material ehtiyatları istehsala alınma ardıcıllığı ilə silinir. İkinci (LİFO) üsul üzrə materiallar birincinin əksinə olaraq istehsala sonuncu daxil olan materialların dəyəri ilə silinir.
Vergi ödəyicisi ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə apara bilər. Orta maya dəyərindən istifadə etdikdə isə materialların ümumi məbləği onun miqdarına bölünərək orta qiymət tapılmaqla silinir.
Bu üsullardan hər birinin konkret şəraitdən asılı olaraq müsbət və mənfi cəhətləri var. Qiymətin artığı və azaldığı şəraitdə bu prosesə aid misallara baxaq.
Dostları ilə paylaş: |