246
VII F Ə S Ġ L
NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ BARƏDƏ
BƏZĠ TÖVSĠYƏLƏR
Nitq mədəniyyəti dilin qrammatik qaydaları əsasında danışmaq,
fikri
məntiqi, aydın, yığcam, parlaq, təsirli ifadə edə bilmək üçün münasib sözlər
seçmək və onlardan cümlələr qurmaq, sözlərin tələffüzündə orfoepik normaları
gözləmək, dilin üslubi imkanlarından, rəngarəng ifadəlilik vasitələrindən
bacarıqla istifadə edə bilməkdir.
Natiqin bu keyfiyyətə - yüksək nitq mədəniyyətinə yiyələnməsi vacibdir,
zəruridir. Nitq natiqin ümumi mədəni səviyyəsinin başlıca göstəricilərindəndir.
Auditoriya qarşısında çıxış edənin dərin biliyə, geniş məlumata sahib olması heç
də kifayət deyil, həmin bilik və məlumatı dinləyiciyə çatdırmaq da lazımdır.
Bunun üçün başlıca
vasitə sadə, aydın, zəngin, orijinal, təsirli nitqdir. Natiqin
məruzəsi, mühazirəsi, çıxışı, nitqi, şərhi, izahı, suallara verdiyi cavablar və hətta
adi danışığı öz kamilliyi,
düzgünlüyü, emosionallığı, estetik gözəlliyi və s.
baxımından başqalarından seçilməlidir. Eşidənlər onun danışığına maraq
göstərməli, ondan xüsusi zövq almalıdırlar. Maarifimizin, məktəbimizin tarixində
dərin məzmunlu, təsirli çıxışları ilə dinləyicilərin rəğbətini qazanmış natiqlər
(müəllimlər) çox olmuşdur. Natiqlik sənətinin tarixindən danışılarkən vaxtilə ali
məktəblərimizdə fəaliyyət göstərən B.Çobanzadə, Əli Sultanlı, M.Rəfili,
Ə.Dəmirçizadə, Ş.Qurbanov, İ.Şıxlı,
Xəlil Rza Ulutürk, B.Nəbiyev, X.Məmmə-
dov, Əhəd Əhmədov və başqalarının adı çəkilir, hörmətlə yad edilirlər. Onlar
həqiqətən, gözəl müəllim, məharətli natiq idilər. M.Rəfilinin mühazirə oxuduğu
auditoriyanın qapıları taybatay açıq olardı. Adamlar dəhlizə toplaşıb, onun aydın,
qəti və inamlı nitqini dinləyər, faydalanardılar. M.Rəfilini
bircə kərə dinləyənlər
onun mühazirəsini uzun müddət unuda bilmirdilər.
Azərbaycan natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri də
Xəlil Rza Ulutürk olmuşdur. O, istedadlı alim, gözəl şair olmaqla yanaşı, həm də
məşhur söz ustası idi. Xəlil Rza Ulutürk bir müddət ali məktəbdə Azərbaycan
247
ədəbiyyatından mühazirələr oxumuşdu. Tələbələr bu mühazirələri xüsusi maraqla
dinləyirdilər. Sonrakı illərdə Xəlil Rza Ulutürk özünün daha geniş audito-
riyalarda, meydanlardakı odlu çıxışları, yüksək temperamentli zəngin və parlaq
nitqləri ilə xalqın azadlıq və müstəqillik uğrundakı
mübarizəsinə güclü təkan
vermişdir. Çox təəssüf olsun ki, belə adamların danışıq tərzi, natiqlik məharəti
barədə hələ indiyə kimi müəyyən bir vəsait hazırlanıb nəşr olunmamışdır. Bu
vəsait yenicə fəaliyyətə başlayan cavan natiqlərə və bu sənətə yiyələnmək
arzusunda olan digərlərinə böyük fayda verə bilər.
Yaxşı nitqin məziyyətlərindən biri onun rabitəli olmasıdır. Bu o deməkdir
ki, mövzudakı fikirlər müəyyən ardıcıllıqla şərh olunmalı, onların arasında
məntiqi bağlılıq gözlənilməlidir. İkinci fikir birinci,
üçüncü ikinci, dördüncü
üçüncüdən doğmalı, onu davam etdirməli, tamamlamalı, genişləndirməli və
dəqiqləşdirməlidir. Hər bir mövzuda dinləyiciyə çatdırılmalı bir əsas fikir,
ideya
olur. Digər fikirlər həmin fikrin, ideyanın bitkin bir şəkildə ifadə olunmasına
xidmət edir. Bu cəhəti nəzərə almayan mühazirəçi daha çox ikinci dərəcəli
məsələni şərh edir, lazım olmayan təfərrüata yol verir ki,
bunun nəticəsində də
fikir istənilən səviyyədə dinləyiciyə çata bilmir. Bəzən danışan bir fikri
tamamlamadan başqa bir məsələnin şərhinə keçir. Fikir qırılır, deyilənlər tam
şəkildə qavranılmır, diqqət zəifləyir, maraq azalır, ünsiyyət pozulur. Belə bir hala
yol verməmək üçün natiq nitqin elementlərini yaxşı bilməli, onlara riayət etməyi
bacarmalıdır. Bunlar aşağıdakılardır:
1. Məzmun. Bu əsas element sayılır. Natiqin biliyi və söz ehtiyatı nitqin
bu elementi ilə müəyyənləşir.
2. Təbiilik. Özünə inam dinləyicilərin nitq təcrübəsinə uyğun danışmaq,
sərbəst hərəkət (əl, qol, baş hərəkəti).
3. Aydınlıq. Prioritet element fikrin dəqiq verilməsi, bir qədər ucadan
danışmaq, aydın diksiya. Normal temp. Bir dəqiqədə 100-150, orta hesabla 125
söz işlətmək.
Xüsusi termin, abreviaturların, xarici sözlərin izahı, dinləyicilərin
diqqətini səfərbər etmək, nitqi anlamağı asanlaşdırmaq məqsədilə müvafiq
intonasiya çalarlarından istifadə.