Nitq mədəniyyətinin əsasları


Nida cümləsinin tələffüzü



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə40/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   145
Azf-277620

Nida cümləsinin tələffüzü.
İntonasiya təkcə səs tonunun qalxması və 
enməsi ilə deyil, səsin müxtəlif rənglər, çalarlar üzrə dəyişməsi ilə də xarakterizə 
olunur. Səsdəki bu cür rəngarəngliyin toplusu nida intonasiyasını əmələ gətirir. 
Danışan nida cümləsi vasitəsilə inam, inamsızlıq, həsrət, qorxu, qeyz, nifrət, 
həvəs, arzu, vahimə, kin, rəhm, qəm, kədər, etinasızlıq və s. kimi hissi halları 
ifadə edir. Belə bir emosional keyfiyyət nida cümləsini başqa cümlə növlərindən 
fərqləndirən başlıca cəhətdir. 
Nida intonasiyası nitqə gözəl ahəng, bəzən də tamamilə yeni məzmun 
gətirir. Eyni bir cümləni və ya ifadəni intonasiyanın köməyi ilə müxtəlif 
məzmunda işlədə bilirik. Fərqli intonasiya ilə söylənmiş eyni cümlə və ya ifadə 
dinləyiciyə də müxtəlif təsir bağışlayır. Məsələn; “Siz gedin” cümləsi 
intonasiyadan asılı olaraq müxtəlif mənalarda söylənilə bilər. Həmin cümlə 
nəzakət və nəvaziş, çox alçaq intonasiya və səs tembri ilə söylənilərsə, dinləyici 
bundan razı qalar. Əksinə, bu cümlə uca və kəskin intonasiya ilə tələffüz edilərsə, 
müraciət edilən özünü təhqir olunmuş hesab edə bilər. Burada üçüncü, dördüncü, 
beşinci və s. hallar da mümkündür.
Nida cümlələri aşağıdakı üsullarla yaranır: 
1.
Bu cümlələrin bəzilərində heç bir formal əlamət iştirak etmədən 
yalnız intonasiya vasitəsilə düzəlir. Məsələn, 
Sülh müharibəyə qalib gələcək! 
Azad edək Qarabağı!
və s.
2.
Nida cümlələrinin ikinci qrupunda xəbər felin əmr formasında olur. 
Bu qəbildən olan nida cümlələrində həm formal əlamət (əmr formasında olan
fellərin cümlədə iştirakı), həm də intonasiya (cümlənin adi intonasiyadan uca 


89 
söylənməsi) iştirak edir. Məsələn; 
Yaşasın xalqımızın suverenliyi!: Məhv olsun 
vətənimizin düşmənləri!; Gələcəyin layiqli qurucularını tərbiyə edək!
və s.
3.
Nida cümlələrin böyük bir qismi nida sözlərinin iştirakı ilə düzəlir. 
Belə sözlərin hər biri ifadə edilən məzmununa uyğun intonasiya ilə tələffüz 
olunur. Məsələn; 1. Vay-vay nə pis iş olubdur? (N.Vəzirov) (həyəcan, qorxu, 
təlaş və s.); 2. Qorxdum, ay aman, yarıldı bağrım! (imdad, yalvarış və s.); 3. 
Heyf sənə oğlum, heyf sənə Rəşid, of!... (N.Vəzirov) (təəssüf, peşmançılıq və 
s.); 4. Dedi: Əhsən sənə, o qara qarğa! Nə nəzakətlə qonmusan budağa! 
(A.Səhhət) (tərifləmə, rəğbətləndirmə). 
4.
Nida cümləsinin bir tipi qarışıq intonasiya, yəni, həm sual, həm də 
nida intonasiya ilə ifadə olunur. Məsələn;
Deyəsən, mənimki də bura qədər imiş. Öldürməyə aparır, yoxsa düz 
dünyanı niyə dolanır? Nə?! Öldürmək ?! Axı niyə?! Nə pis iş tutmuşam ki?! 
Yəni əlin məni, bircə bacını öldürməyə qalxırmı, ay qardaş?!
(İ.Ş.) 
Qarışıq intonasiyalı nida cümlələrində sual sözləri və sual şəkilçiləri ola 
bilir. Lakin bu əlamətlər həmin nida cümləsinin iki intonasiyalılığına səbəb 
olsa da, onu nida cümlələrinin cərgəsindən çıxarmır. Çünki belə cümlələr başqa-
sından cavab almaq üçün söylənilmir. 
5.
Nida cümlələrinin bir qrupunda xəbər, adətən, felin vacib forması ilə 
ifadə olunur. Bu qəbildən olan nida cümlələri, əsasən, çağırış məzmunlu olur və 
yüksək intonasiya ilə söylənilir. Məsələn; 
Hamı xalqımızın rifahı üçün çalışmalı!; 
Məhsulu itkisiz yığmalı və vaxtında təhvil verməli!; Vətən torpağı işğalçılardan 
azad edilməli! 
və s.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin