Ara sözlərin deyiliĢi. Ara sözlər xitablar kimi cümlə üzvlərindən
müəyyən fasilə ilə ayrılır. Bu fasilənin müddəti, əsasən, xitablarda edilən fasiləyə
bərabər olur. Xitablarla ara sözlərin intonasiyasında müəyyən fərqli cəhətlər də
vardır. Xitablar danışanın arzusundan asılı olaraq bir qədər yüksək intonasiya ilə
tələffüz olunur. Ucadan söylənilən xitabın intonasiya əyrisi çox yüksək olur.
Xitablara məxsus olan bu xüsusiyyət ara sözlərə eyni ilə aid edilə bilməz.
Doğrudur, ara sözlər də danışanın arzusundan asılı olaraq alçaq və yüksək
intonasiya ilə söylənilə bilər. Lakin ucadan söylənilən ara sözlərin intonasiya
əyrisi eyni səs yüksəkliyində deyilən xitabların intonasiya əyrisindən xeyli aşağı
olur. Bunu aşağıdakı cümlələrin müqayisəsi daha aydın göstərir.
1.
Əlbəttə, o bunları yaxşı başa düşürdü.
2.
Vətənin düşmənləri, niyyətinizdən əl çəkin!
Bu cümlələrdə xitab ara sözünə nisbətən bir qədər yüksək səs tonu ilə
tələffüz olunur. Ara sözlərin hər növünün özünəməxsus az-çox fərqlənən tələffüz
çaları vardır. Məsələn; yəqinlik bildirən ara sözlərlə müqayisədə təəssüf bildirən
ara sözlər bir qədər elastik söylənilməklə nidaların intonasiyasına yaxınlaşır.
Yəqinlik ifadə edən ara sözlər isə daha çox xitablara uyğun tələffüz olunur.
Ara cümlələr intonasiya və fasiləyə görə cümləni üç hissəyə bölür: ara
cümləyə qədər olan hissə, ara cümlə və ara cümlədən sonrakı hissə. Cümlənin
hissələri arasına girmiş ara cümlədən əvvəl və sonra müəyyən fasilə edilir. Ara
cümlə əsas cümlənin intonasiyasından fərqli söylənilir. Bu cümlənin intonasiyası
danışanın fərdi münasibətindən asılı olaraq yüksək və alçaq ola bilər. Lakin hər
iki halda ara cümlə tələffüzünə görə əsas cümlənin intonasiyasından fərqlənir.
Burada səs tona qismən alçalır. Ara söz, eləcə də ara cümlələr nisbətən sürətlə
tələffüz olunur. Şifahi nitqdə ara cümlələr əsas cümlədən yalnız bu yolla ayrılır.
Uzun ayrılıqdan sonra Rəşadı qucaqlayan Həqiqət (Rəşad onun kiçik oğludur) sevincindən ağladı.