96
1. Budaq cümlə
baş cümlədən sonra gəlirsə, baş cümlənin sonunda səs
tonu
bir qədər yüksəlir, ondan sonra müəyyən fasilə edilir,
budaq cümlə isə
alçalan tonla, nəqli cümlə tonu ilə ifadə olunur.
Pristavın xanımı qonaqlara təklif etdi ki, buyursunlar, çayın kənarında
əyləşib çəməndə çay içsinlər
(C.M.). Bu nümunədə budaq cümlə baş cümləni həm
məna, həm də intonasiyaca tamamlayır. Cümlənin bütövlükdə intonasiyası budaq
cümlənin sonunda tamamlanmış olur.
2. Budaq cümlə
baş cümlədən əvvəl gəlirsə, budaq cümlə yüksələn, baş
cümlə isə bir qədər alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrdə budaq cümlə
ilə baş cümlə arasında davamlı fasilə edilir.
Kim ki, camaata xor baxır, elə bil öz əliylə öz gözlərini bağlayır
(M.İ.).
3. Budaq cümlə baş
cümlənin içərisində gələrsə, baş cümlənin birinci
hissəsi
bir qədər yüksək, budaq cümlə isə nəzərə çarpacaq yüksək tonla tələffüz
olunur. Baş cümlənin qalan hissəsi alçalan səs tonu ilə deyilir.
Bu tipli cümlələrin
tələffüzündə budaq cümlə baş cümlədən həm əvvəl, həm də sonra davamlı fasilə
ilə ayrılır.
O şəhər ki, bu əhvalat orda vaqe olub., Araz çayına yavuq şəhərlərdən
biridir
(C.M.).
Dostları ilə paylaş: