Nitq mədəniyyətinin əsasları


həmcins üzvlərin ekspressivlik mənası



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə42/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   145
Azf-277620

həmcins üzvlərin ekspressivlik mənası
haqqında. Bir 
çox hallarda bağlayıcısız bağlanan həmcins üzvlü cümlələrdə həmcins üzvlərin 
deyilişi xüsusi ekspressivlik kəsb edir.



91 
Şirvan, Gəncəbasar, Qarabağ, Muğan, 
Məndən işıq alır bütün gündoğan. 

(S.Vurğun) 
Bu nümunədəki həmcins üzvlər (Şirvan, Gəncəbasar, Qarabağ, Muğan)
bir qədər iti templə oxunur. Həmcins üzvlər arasında fasilə nisbətən qısa olur. 
Onlar daha çox nəzərə çarpacaq aksentlə deyilir. Bütün bunlar şeirin oxusu 
zamanı müəyyən dinamiklik yaradır. 
ÜmumiləĢdirici sözün
iştirak etdiyi həmcins üzvlü cümlələrdə həmcins 
üzvlərdən əvvəl gələn ümumiləşdirici söz xəbərdarlıq intonasiyası, yüksək səs 
tonunda tələffüz olunur. Ümumiləşdirici sözdən sonra aydın fasilə edilir. Bu fasilə 
nitqdə, bir növ gözləmə xarakteri kəsb edir. Ümumiləşdirici sözdən sonra səs tonu
bir qədər aşağı enir, həmcins üzvlər sadalayıcı intonasiya ilə oxunur. 
Ümumiləşdirici söz məntiqi vurğu ilə deyilir. Həmcins üzvlərdə isə bu vurğu bir 
qədər zəif hiss olunur. 
Hər yer – dağlar, dərələr, meşələr qarla örtülmüşdü. 
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlirsə, həmcins üzvlərdən 
sonuncu digərlərinə nisbətən aşağı səs tonu ilə deyilir və ondan sonra fasilə edilir. 
Ümumiləşdirici söz, səsin birdən güclənməsi ilə tələffüz olunur. 
Çalan, çağıran, oxuyan, oynayan – hər kəs bacardığını əsirgəmirdi
(Ə.V.) 
Xitabların tələffüzü.
Ünsiyyət zamanı kommunikativ əlaqəni yaradan 
başlıca vasitələrdən biri xitablardır. Xitablar adi danışıqda, məruzə, mühazirələrdə 
və s. çox işlənən sözlərdir. Danışan xitab vasitəsilə müəyyən hədəfə özünün 
məhəbbət, mərhəmət, kin, qəzəb və s. hisslərini ifadə edir. 
Müasir Azərbaycan dilində xitabların aşağıdakı intonasiya xüsusiyyətləri 
vardır: 
1. Cümlənin əvvəlində gələn xitablar çağırış mənası kəsb edir, qüvvətli 
vurğu ilə deyilir. Belə xitablar cümlənin digər üzvlərindən böyük fasilə ilə ayrılır. 
Yazıda onlardan sonra çox vaxt nida işarəsi qoyulur. Məsələn;


92 
Ey ürək, ucalsın hər zaman səsin, 
Bir ürək susdumu, bir ömür bitər. 
( N.X.) 
Şair! Nə incədir rübabın sənin
(S.V.) 
 
Bahar! Bahar! Ey günəşin sevdalı qızı! 
Yay aləmə şəfəq rəngli gur saçlarını. 
(S.Vurğun) 
2.
Xitablar cümlənin ortasında gəldikdə daha çox adresata münasibət 
mənası kəsb edir, yüksək səs tonu ilə bir qədər iti tələffüz olunur. Yazıda belə 
xitabların hər iki tərəfində vergül işarəsi qoyulur: 
Söylə bir, şairim, bahar gələndə 
Neçin pərişanlıq dillənir səndə? 
(S.Vurğun) 
Hava yaman sazaqlı,
Günəş səndən uzaqdı, 
Sənə boylandı, baxdı, 
Yumul, bənövşəm, yumul! 
(N.Kəsəmənli) 
3.
Cümlənin sonunda işlənən xitabdan əvvəl fasilə edilmir. Səs tonu bir 
qədər alçalır, xitab enən intonasiya ilə deyilir. Məsələn; 
Baxışın ananın mərd baxışı tək, 
Min yol ağ saçından öpmüşəm, Vətən! 
Sən odda yananda yaz yağışı tək, 
Sinənə göz yaşı səpmişəm, Vətən! 
(Ə.Tudə) 


93 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin