90
Mən öz qardaşıma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə
Ləkəsiz, boyasız vicdan gətirdim.
(
Ə.Tudə)
İkinci və dördüncü misralardakı həmcins üzvlər (qələm, dəftər, can,
ləkəsiz, boyasız) sadalayıcı intonasiya ilə bağlanmışdır. Axırıncı
həmcins üzvlər
(can, boyasız) əvvəlkilərə nisbətən yüksək səs tonu ilə tələffüz olunur.
Cümlədə həmcins üzvə tabe söz olarsa, həmin söz həmcins üzvlə birlikdə,
bir nitq taktında tələffüz edilir. Məsələn;
Sevdalı axşamlar, xoşbəxt səhərlər,
Yüz nağıl olacaq min xatiratla.
(S.Vurğun)
Birinci misradakı
axĢamlar, səhərlər
həmcins üzvlərlə
sevdalı, xoĢbəxt
tabe sözlər arasında heç
bir fasilə edilmir, bir nitq taktı ilə deyilir.
Lakin, amma, ancaq
bağlayıcıları ilə bağlanan həmcins üzvlər qarşılaş-
dırma – ziddiyyət intonasiya ilə oxunur. Bu bağlayıcıların
işləndiyi cümlədə
bağlayıcıya qədər və bağlayıcıdan sonrakı hissə fərqli
intonasiya ilə tələffüz
olunur.
O, danışmaq istəyirdi, lakin kimdənsə ehtiyat edirdi.
Sadalayıcı intonasiya dinləyicinin hissinə təsir etmək, sadalanan
əşya və
hadisələrə diqqəti daha çox yönəltmək məqsədini daşıyır.
Bir neçə kəlmə də
Dostları ilə paylaş: