Fonetik normalar.
Ədəbi dilin səs sistemi də normalar əsasında
tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul
sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma
kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son
hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər
binalar, anam, almaq,
gəlmək
kimi sözlərdə şəkilçilər
bunalər, anəm, almək, gəlmax
şəklində işlədilirsə,
bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi
tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər
aton, nənön, gəler, alacek
kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan
dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin
danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa,
yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz
olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları
fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə (fonetik
normalar barədə) ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı
lazım bildik.
Leksik normalar
sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş
işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının
müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə
sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az
anlaşılan variantları: məs.:
cəviz
(qoz),
sərək
(ağılsız),
soruq
(döşəkağı),
qəlbi
(hündür),
tumo
(zökəm) və s.
121
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər
daxildir. Məsələn,
çuxa, əba, xış, badya
(qab),
dünğ, kəndxuda, suç, çuar
(su
çuarı) və s.
c) loru sözlər və ifadələr. Məsələn,
zırpı
(böyük),
lələş, qağa, fışqırıq,
dürtmək, anqırmaq, bağırmaq, böyürmək
və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn,
Azərbaycan xalqı yaxşı
yaşamağa məhkumdur
(layiqdir əvəzinə);
Biz bunlara müdaxilə göstərməyə
(etməyə əvəzinə)
çalışdıq; Adama necə də həzz verirdi
(ləzzət verirdi əvəzinə).
Bu
il havaların pis keçməsilə bağlı qəbahət
(çətinlik əvəzinə)
yaranmışdır; İcazə
verin sizdən bir sual soruşum (
sual verim əvəzinə) və s.
e) söyüş xarakterli sözlər, ifadələr.
Dostları ilə paylaş: |