Novruz bayramının senarisi


Bahar,ürəyimin sevinci bahar



Yüklə 67 Kb.
səhifə4/5
tarix15.07.2023
ölçüsü67 Kb.
#128529
1   2   3   4   5
Novruz bayramının senarisi 2019.doc

Bahar,ürəyimin sevinci bahar,
gəlmisən-hər tərəf xoş bir tamaşa...
Yox olub çən-duman,soyuq-şaxta,qar,
arzular ürəkdə verib baş-başa!...


Min rəngə çevirib baxışlarını,
dağların döşünə xalı sərmisən...
Düzlərə vurduğun naxışlarını,
nəğməli könlümə sən köçürmüsən!...


Quşların cəh-cəhi səndən danışır,
həzin meh könlümü oxşayır mənim...
Çaylar şirin-şirin hey şırıldaşır,
nəğməsi nəğməmə oxşayır mənim!...


Şirin nəğmə olub yenə bulaqlar,
hər yan xoş rayihə-şirin ətirdi...
Bahar,ürəyimin sevinci bahar,
sən bizim ellərə səfa gətirdin!..
Dunyamin
A DOSTLAR,SEVİNİN...
Yenə bahar gəldi,Günəşi ilə, gəldi odu ilə,atəşi ilə...
Açıb insanlara ilıq qoynunu, bənövşə naz ilə əydi boynunu!...


Bürüyüb hər yanı quşların səsi, ucalır bir şirin Bahar nəğməsi...
Hay düşüb çaylara,coşqun sellərə, döndü qaranquşlar doğma ellərə...


Baxdı bənövşəm də xəlvəti mənə, o da ətir paylar gülün ətrinə...
Hər yanda canlanma-bir oyanma var, sevinin,bahardır daha,a dostlar!...


Nə durmusan, aşıq, orda? Sazın götür, bahar gəldi.
Bağçalarda, laləzarda, Bülbül ötür, bahar gəldi.


Mal-qara yaylağlarında, Qar ərirmi dağlarında?
Bu yurdumun bağlarında, Güllər bitir, bahar gəldi.


Keçdi aylar, ötdü illər, Çalındı saz, dedi dillər.
Yasəmənlər, qızılgüllər, Saçdı ətir, bahar gəldi.


Bezdim bu dərd-qubarımdan, Qəmimdən, intizarımdan.
Bəyaz durna, o yarımdan Xəbər gətir, bahar gəldi


Hünərmi aşiq ərinə? Getməlidir lap dərinə.
Adil yazıb dilbərinə, Sətir-sətir, bahar gəldi.



Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin