◘Bu ayədə təcavüzkarlarla mübarizənin zəruriliyi bildirilməklə yanaşı, xatırladılır ki, döyüş meydanında ilahi hədləri aşmaq, xəstələrə, qadınlara, uşaqlara, yaşlılara əziyyət vermək olmaz. Bəyan olunur ki, onları İslama dəvət etməmişdən qabaq silaha əl aparmayın, savaşa başlamayın. Bəşəri dəyərləri hətta savaş meydanında da gözləmək lazımdır.
◘Bəzi sifətlər müəyyən şəraitdə öz dəyərini itirir. Məsələn, mərhəmət bir dəyərdir. Amma yırtıcı canavara mərhəmət qoyunlara qarşı zalımlıqdır. Elm də bir dəyərdir. Amma bəzən bilməmək özü dəyər olur. Məsələn, həzrət Peyğəmbər (s) hicrət etdiyi vaxt onun yerində yatan Əli (ə) öləcəyini və ya qalacağını bilmirdisə, bu bir dəyər idi. Əgər həmin yataqda yatanın ölməyəcəyi məlum olsaydı, adi adamlar da bu işi görərdi. Bir sözlə, əksər sifətlər şəraitdən asılı olaraq dəyər baxımından dəyişir. Ədalət yeganə sifətdir ki, hər zaman, hər yerdə, hamıya qarşı eyni dəyərə malikdir.
İslamda düşmənlə qarşılaşmaq üçün mərhələlər təyin olmuşdur: Etinasızlıq (bax: “Əhzab”, 48), üz çevirmək (bax: “Nisa”, 63), sərtlik (bax: “Tövbə”, 73), savaş (bax: “Bəqərə”, 190)
Müsəlmanlar özlərini və Allahın dinini müdafiə etmək üçün savaşırlar. Düşməninsə məqsədi Allah nurunu söndürməkdir. (bax: “Səff”, 8) Onların bir məqsədi də müsəlmanları təslim etməkdir. (bax: “Bəqərə”, 120)
Dostları ilə paylaş: |