Bildirişlər
1. Duaya zamanın təsiri var.
2. Allah öz lütfü sayəsində xalq üçün yolu daraltmaz.
3. İşin əsası təqvadır. Rəvayətlərin bildirdiyinə görə burada “təqva” deyilərkən ehram halında haramlardan uzaqlaşmaq nəzərdə tutulur.
4. İstər zilhiccənin on ikinci günü tələsib Minadan çıxmaq, istərsə də təxirə salıb on üçüncü günədək orada qalmaq təqva ilə müşayiət olunmalıdır.
Tələsmək zirəkliyi göstərmək və ya başqa puç məqsədlə olsa, eləcə də, həmin yerdə artıq qalmaq özünü göstərmək və şöhrət məqsədi ilə bağlı baş versə, əməl puça çıxar.
5. Müqəddəs iş və müqəddəs məkan təklikdə kafi deyil. İnsan özü də müqəddəs və təqvalı olmalıdır. Allah evinin ziyarətçilərinə münasibətdə iki dəfə təqva sözü yanaşı işlədilmişdir. Bu, şeytanın bütün yerlərdəki nüfuzunun nişanəsidir.
6. Məada iman təqvanın ən mühüm amilidir.
204. ﴿وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ﴾
“Xalq arasında eləsi var ki, onun dünya həyatı haqqındakı danışığı səni təəccübləndirir. O, Allahı qəlbinə olan hər şey üçün şahid tutur, (halbuki) o ən qatı düşmənlərdəndir.”
Dostları ilə paylaş: |