◘Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir.
◘“Məcməul-bəyan”, “Əl-Mizan”, “Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmdən alacağı olan xalq Peyğəmbərdən (s) vəzifələrini soruşdular. Yuxarıda zikr olunan ayə nazil edildi. Ayə nazil olduqdan sonra Həzrət buyurdu: “Əmim Abbasın da sələm borcu tələb etmək haqqı yoxdur. Hamıdan qabaq mənim yaxınlarım sələmdən əl çəkməlidir.” Bir xütbədə isə Həzrət belə buyurur: “Cahiliyyət dövründə müəyyən olunmuş bütün sələmləri ayaq altına atıram. Abbas üçün olan sələmləri isə hamınınkından çox!”1
Dostları ilə paylaş: |