Nöqtələr
◘İslamda nə sələmə, nə istismara icazə verilir, nə də xalqın malı birtərəfli müsadirə olunur. Bəzi quruluşlarda mülkiyyət hüququ ləğv olunur və bütün var-dövlət sahibindən alınır. Bəzi quruluşlarda isə istismar, sələm istənilən bir şəkildə azaddır.
Bildirişlər
1. Sələmçi Allahla savaşdadır. Sələmçi bilməlidir ki, bu savaşda “Cəbbar” Allahla üzbəüz dayanmışdır.
2. Sələmçilik kəbirə günahdır. Çünki bu əməl Allahla savaşın elanıdır.
3. Sələmçi elə düşünməsin ki, məhrum xalqın tərəfdarıdır. Əslində məhrumların himayəsinə qalxan Allahdır. Allah onların haqqını müdafiə edir.
4. Sələmçi Allahla savaşa qalxdığından İslam hökumətinin vəzifəsi sələmçiliklə mübarizə aparmaqdır.
5. Allahla savaşa qalxanlar üçün də tövbə yolu açıqdır.
6. Sələmçi öz sərmayəsinin sahibidir, əldə etdiyi qazancın yox!
7. Məhrumların qurtuluşu üçün xalqın mülkiyyət haqqını ayaq altına almayın. İslam iqtisadiyyatında xüsusi mülkiyyət qəbul olunmuşdur.
8. Həm zor hakimiyyət, həm də həmin hakimiyyətin qəbulu məhkum edilmişdir. Nə zülmə təslim olun, nə də başqalarına zülmü rəva görün.
9. İntiqam qadağandır. Tövbə etmiş sələmçiyə zülm etmək olmaz.
10. Tövbə edənlərə əvvəlki xilaf işlərinə görə zülm etmək olmaz. Nə vaxtsa xilaf iş görənləri məzəmmət etmək qadağandır.
11. İqtisadi ədalətin bərpası İslam hökumətinin vəzifələrindəndir.
280. ﴿وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَن تَصَدَّقُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ﴾
“Əgər (borclu) əliboş olsa, ona imkanı olanadək möhlət verin. (Həqiqətən ödəməyə imkanı çatmadıqda) bağışlasanız, sizin üçün daha yaxşıdır. Əgər (bunun nəticəsini) bilsəydiniz!”
Dostları ilə paylaş: |