Bildirişlər
1. İlahi rəhbərlərin ibadət məqsədi ilə bir müddət cəmiyyətdən uzaqlaşması layiqli və yaxşı işdir.
2. Xalqdan kənarda qırx gecəlik ibadətin xüsusi əsərləri vardır.
3. Vəhyin və ruhani ilhamın əldə olunmasında qırx rəqəminin rolu var.
4. Şirk bəşəriyyətə qarşı zülmdür. Çünki müşrik insan Allahdan əl götürüb aciz zalımlara əl açır.
52. ﴿ثُمَّ عَفَوْنَا عَنكُمِ مِّن بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“O zaman ondan (azğınlığınızdan) sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.”
◘Şirkdən tövbə iman gətirmək və şəhadət kəlmələrini izhar etməkdir. Peyğəmbərlərin besəti insanları şirk və küfrdən xilas etmək üçündür. “Allah şirki bağışlamır”1 (Qeyd)ayəsi tövhidə qayıtmadan şirk əqidəsində dünyadan gedənlərə aiddir.
Bildirişlər
1. Hətta şirk və buzova pərəstiş əqidəsindən də tövbə və qayıdış yolu var.
2. İlahi əfvin özü də şükür etmək üçün zəmindir.
53. ﴿وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
“(Yenə yada salın,) Musaya kitab (Tövrat) və Furqan verdiyimiz zamanı ki, bəlkə hidayət olasınız.”
Dostları ilə paylaş: |