Vəsiyyətin təsir və bərəkətləri:
1.Vəsiyyət diqqət və hesab-kitablı olmaq nişanəsidir.
2. Vəsiyyət başqalarının hüquqlarına hörmət əlamətidir.
3. Vəsiyyət yaddan çıxarılmış xeyir işlərin görülməsi və ölümdən sonra saleh əməlin davamıdır.
4. Vəsiyyət iqtisadi boşluqların doldurulması və mülkün tarazlaşdırılmasıdır.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs dünyadan vəsiyyət edib gedərsə, sanki şəhid olaraq ölmüşdür.”3
◘Valideyn və yaxınlar üçün vəsiyyət məhəbbətin təravətlənməsi, bir növ qədirdanlıq amilidir. Ona görə də vəsiyyət ayəsinin əvvəlində valideyn yada salınır. Vəsiyyət elə tənzimlənməlidir ki, onlara irs payından əlavə də nə isə çatsın. Bu da ehsanın nümunələrindəndir.
Vəsiyyətin növləri:
1. Vacib: Məsələn, Allah haqqının, xalqın haqqının, qəza namazının və digər ibadətlərin, xüms və zəkat kimi vacib haqların, borcların yerinə yetirilməsi haqqında vəsiyyət;
2. Müstəhəb: Məsələn, xeyriyyə işləri üçün vəsiyyət;
3. Mübah: Məsələn, övladlara peşə, geyim, qida haqqında vəsiyyət;
4. Məkruh: Məsələn, qəbir üzərində məqbərə tikilməsi haqqında vəsiyyət;
5. Haram: Məsələn, fəsad mərkəzlərinin yaradılması, azdırıcı kitabların nəşri haqqında vəsiyyət.
Dostları ilə paylaş: |