Bildirişlər
1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.
2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.
3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?
211. ﴿سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُم مِّنْ آيَةٍ بَيِّنَةٍ وَمَن يُبَدِّلْ نِعْمَةَ اللّهِ مِن بَعْدِ مَا جَاءتْهُ فَإِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾
“Bəni-İsraildən soruş: Aşkar dəlillərdən onlara necə də çox verdik. Hər kəs onun sorağına gəldikdən sonra Allahın (hidayət) nemətini dəyişsə, (bilsin ki,) həqiqətən, Allahın əzabı şiddətlidir.”
Dostları ilə paylaş: |