◘“Məhq” sözü tədrici nöqsan mənasını bildirir. “Məhaq” isə ayın son gecələrində nurunu itirdiyindən görünməyən aya deyilir. “Riba” isə tədrici inkişaf mənasındadır.
Bu ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm alsa da, Allah həmin malın bərəkətini və yaxşılıqlarını aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və məhbubiyyət əldə edə bilmir. Amma infaq, sədəqə, qərzül-həsənə işlək olan cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmür. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmir. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. Fəxr Razinin “Təfsiri-Kəbiri”ndə nəql olunmuşdur: Sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin nifrininə tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir. Ayədə həmin fəlakətlərdən bir nümunə bəyan olunmuşdur.
Dostları ilə paylaş: |