Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə464/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   460   461   462   463   464   465   466   467   ...   484

Nöqtələr


◘“Riba” sözünün lüğətdə mənası çoxluq, artım deməkdir. İslam şəriətində “riba” (sələm) borcda artıq almaqdır. Riba həm pul, həm də mal ola bilər. Bəzən pulu borc verir, veriləndən artıq alırlar. Bu, borcda olan ribadır. Bəzən bir mal verir, alanda isə həmin malı artıq alırlar. Bu da ribanın növlərindəndir.

◘Sələm yeyən (ribaxor) şeytan tərəfindən tarazlığı pozulmuş, yıxılıb-duran adama oxşadılır. Bu məna ayədə “xəbt” sözü ilə ifadə olunmuşdur. “Xəbt” hərəkət zamanı tarazlığın pozulması, yıxılıb-durmaqdır.

Sələmçi qiyamətdə divanələr kimi məşhur olar. Çünki o dünyada cəmiyyətdəki tarazlığın pozulmasına səbəb olmuşdur. Sərvətpərəstlik onun bəsirət gözünü kor etmiş və o öz əməli ilə təbəqələr arasında elə bir ixtilaf və kin yaratmışdır ki, bu fəqirlik və kin partlayışlara səbəb olmuş və mülkiyyət əsaslarını titrətmişdir. Bu zümrə üçün sələm kök, alış-veriş isə budaqdır. Ona görə də deyirlər: Alış-veriş də sələm kimidir və onlar arasında fərq yoxdur.

◘Sələmçilik, sələm almaq və sələm vermək ilkin İslam dövründən tənqid olunmuşdur. Məkkədə nazil olmuş “Rum” surəsində buyurulur: “O şeyi ki, sələm məqsədi ilə, xalqın malında sizin üçün artmağa görə verirsiniz, bilin ki, Allah yanında artmaz.”1 “Ali-İmran” surəsində Allah sələmi qadağan etmiş və bu ayələrdə sələmçilik ən ciddi şəkildə tənqid olunmuşdur.1 “Nisa” surəsində xatırladılır ki, yəhudi dinində də sələm haram olmuşdur.2 Sələmin haramlığı Tövratda da zikr edilmişdir.3

◘Sələmlə bağlı ayələr infaq ayələrinin ardınca gəlmişdir. Bununla var-dövlət vasitəsi ilə ortaya çıxan xeyir və şər bəyan olunmuşdur. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır. İnfaqın hər bir yaxşı səciyyəsi qarşısında sələmin cəmiyyətdə yaratdığı mənfi səciyyə dayanır. Ona görə də Quran buyurur: “Allah sələmdən ələ gəlmiş sərvəti puç edir, amma sədəqəni artırır.”

◘Quranda sələm və zalım hakimiyyətin qəbulu müqabilində bəyan olunmuş hədələr qətl, zülm, spirtli içki, qumar və zina müqabilində vəd olunmamışdır.4 Sələm bütün İslam firqələrində qəti şəkildə qadağan olunmuş və kəbirə günahlardan sayılmışdır. İmam Sadiqə (ə) bir şəxsin sələmçiliyi barədə xəbər verildikdə həzrət buyurdu: “Əgər imkanım olsaydı, boynunu vurardım.”5 Həzrət Əli (ə) sələmçi ilə qarşılaşdıqda ondan tövbə qılmasını tələb etdi. Həmin şəxs tövbə etdikdən sonra həzrət onu rahat buraxdı və buyurdu: “Sələmçiyə öz işindən tövbə etdirilməlidir. Necə ki, şirkdən tövbə etdirilir.” İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: “Ən xəbis qazanc sələmçiliyin qazancıdır.”6 Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah bir məntəqəni həlak etmək istəsə, orada sələmçilik zahir olar.”7 Allah sələmçiyə, bu işdə vəkilə, şahidə və katibə lənət buyurmuşdur.8 Hədisdə oxuyuruq: Sələmçilər qiyamətdə divanələr tək məşhur olar.”9

◘İmam Sadiq (ə) sələm ayələrinin təkrarlanması kimi varlıların xeyir iş və sədəqəyə hazırlanmasını göstərir və buyurur: “Bir tərəfdən sələm haram olduğu üçün, digər tərəfdən istifadəsiz sərvət toplanması təkidlə haram edildiyinə görə sərvətlilərin infaq və ya faydalı istehsal işlərindən başqa çarələri qalmır.10 Sələmin haram buyurulması haqqında deyilmişdir: “Sələmçilik pul kütləsinin istehsal sahəsində və ümumi faydalı işlərdə dövriyyəsinə mane olur. Əmək, düşüncə və zəhmət əvəzinə puldan bəhrə götürülür. Ona görə də sələm haram buyurulmuşdur.” İmam Sadiq (ə) buyurmuşdur: “Əgər sələm halal olsaydı, xalq iş-gücünü buraxardı.”11 İmam Riza (ə) buyurmuşdur: “Əgər sələm azad olsa, borc vermək yolu bağlanar.”1 İqtisadi işlərdə sələm toruna düşmək ehtimalı çox olduğundan hədisdə oxuyuruq: “Hər kəs alış-veriş hökmlərindən xəbərsiz halda ticarətə başlasa, sələmə düşər.”2


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin