Bildirişlər
1. Cəhənnəmin bir növ idrak və hissi var.
2. Məad cismanidir.
3. Cəhənnəm əhli zəncir və buxovlarla bağlanar.
4. Cəhənnəm əhli alçaldılaraq Cəhənnəmə atılar.
5. Cəhənnəm əhlinin ah-naləsi uzaqdan eşidilər.
Ayə 14:
﴿لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا﴾
“(Onlara deyilər:) «Bu gün bir dəfə yox, dəfələrlə ölüm istəyin.»”
Ayə 15:
﴿قُلْ أَذَلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ كَانَتْ لَهُمْ جَزَاء وَمَصِيرًا﴾
“(Ey peyğəmbər,) xalqa de ki, bu (əzab) yaxşıdır, yoxsa təqvalılara vəd olunmuş, onlara mükafat və son olan əbədi behişt?!”
Bildirişlər
1. Qiyamətdə kafirlərin fəryadına yetişən olmaz.
2. Behişt əbədidir.
3. Behişt vədi qətidir.
Ayə 16:
﴿لَهُمْ فِيهَا مَا يَشَاؤُونَ خَالِدِينَ كَانَ عَلَى رَبِّكَ وَعْدًا مَسْؤُولًا﴾
“Behişt əhli üçün istədiyi var. Onlar həmişəlik oradadırlar. (Bu mükafat) Rəbbin üçün vacib bir vəddir.”
Nöqtələr
●Behişt əhlinin istəkləri Allahın istəkləri kimi hikmət çərçivəsindədir. Yəni Allah hikmət əsasında istədiyi kimi, möminlər də hikmət əsasında diləyir. Möminlər diləməz ki, Cəhənnəm əhli azad edilsin və ya möminlər peyğəmbər dərəcəsinə çatsın. Çünki belə istəklər hikmətdən uzaqdır.
Bildirişlər
1. İnsan yalnız behiştdə bütün arzularına çatır.
2. Behiştdə istənilən şey var. Cəhənnəm əhli haqqında isə belə buyurulur: “Cəhənnəm əhli ilə onların istədikləri arasında “hail” (arakəsmə) qərar verilər.”2
3. Allah Öz vədlərinə əməl etməyi zəruri saymışdır.
Ayə 17:
﴿وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَؤُلَاء أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ﴾
“(Yada sal,) o gün ki, Allah müşrikləri və onların Allah əvəzinə pərəstiş etdiklərini məhşər səhnəsinə gətirib (onların məbudlarına) deyər: “Mənim bəndələrimi siz azdırdınız, yoxsa özləri yolu itirdi?”
Nöqtələr
●Quranda azğınlıq amilləri belə bəyan olunur:
1. Pis dost–“məni pis dost azdırdı.”1
2. Nəfs istəkləri–“nəfs istəklərinə tabe olma, onlar səni Allah yolundan azdırar.”2
3. Azğın alim–“öz əlləri ilə bir şey yazır və onun Allah tərəfindən olduğunu deyirlər.”3
4. Azğın rəhbərlər–“Firon öz qövmünü azdırdı.”4
5. Şeytan–“şübhəsiz, şeytan açıq-aşkar azdırandır.”5
6. Azğın çoxluq–“əgər yer üzündəki əksəriyyətə tabe olsan səni Allahın yolundan azdırarlar.”6
7. Azğın valideyn–“həqiqətən, biz valideynimizi bütpərəst gördük və onlara iqtida etdik.”7
İnsanda bir sıra səbəblərdən sual yarana bilər:
a) Anlamaq üçün.8
b) Başqalarını məzəmmət üçün; Allah-təala həzrət İsaya pərəstiş edənləri məzəmmət üçün həzrət İsaya xitab edərək buyurur: “Yoxsa sən onlara demisən ki, Allahdan əlavə məni və anamı iki tanrı seçin?”9
v) Bəzən məqsəd şəxsin məzəmməti olur.10
Bildirişlər
1. Qiyamətdə müşriklər və onların yalançı məbudları sorğuya çəkilərlər.
2. Qiyamətdə insanla yanaşı başqa mövcudlar da səhnəyə gətirilər (məsələn, bütlər).
3. Qiyamətdə hər şeyin şüuru olar və onlara müraciət edilər.
4. Bütün insanların fitrətində allahpərəstlik var. Azğınlıq isə kənar təsirdən yaranır.1
Ayə 18:
﴿قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاء وَلَكِن مَّتَّعْتَهُمْ وَآبَاءهُمْ حَتَّى نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا﴾
“(Məbudlar) deyərlər: “Pərvərdigara! Sən pak-pakizəsən. Bizə yaraşmaz ki, Səndən qeyrisini hami seçək. Amma sən onlara və atalarına elə nemətlər verdin ki, sənin zikrini unutdular və fəsada uğramış bir qövm oldular.”
Nöqtələr
●“Bur” dedikdə fəlakət və fəsad başa düşülür. Bağ-bağatı, gül-çiçəyi, ot-ələfi olmayan torpağa “bayir” deyirlər. Mətndəki söz “bair” sözünün cəm forması da ola bilər. Onun məsdər olması da mümkündür. Yəni başdan-başa fəlakətə uğramış qövm!
●“Sübhanəkə” sözü iki yerdə işlənmişdir: Təəccübü bildirən məqamda və azğın əqidələrlə qarşılaşan zaman.
●Quranda unutqanlıq və qəflətin bir sıra səbəbləri göstərilir. Onlardan bəzilərinə nəzər salaq: Var-dövlət, ailə-övlad2; ticarət3; şeytan, təfriqə, qumar və şərab4.
Bildirişlər
1. Qiyamətdə məbudlar dilə gələr.
2. Şirkdən danışılan məqamda Allaha təsbih demək zəruridir.
3. Allah Öz nemətlərini azğınlara da əsirgəmir.
4. Var-dövlət o zaman təhlükə törədir ki, Allahın yaddan çıxmasına səbəb olsun. Var-dövlət mütləq şəkildə pis və təhlükəli deyil.
5. Bir neçə nəsli rifah içində yaşamış ailələrdə Allahı və Qiyaməti unutmaq zəmini güclü olur.
6. Var-dövlətə və rifah əhlinin dəbdəbəsinə əhəmiyyət verməyin, bütün bunlar puç olub gedəsidir.
Ayə 19:
﴿فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا﴾
“(Allah-təala həmin gün müşriklərə buyurar:) «Bu məbudlar sizin sözlərinizi inkar etdilər. Onlar nə Allahın qəzəbini aradan qaldırmağa, nə də himayə etməyə qadirdirlər. Hansınız zülm etmiş olsanız ona böyük əzab daddırarıq.»”
Nöqtələr
●Allah-təala Quranda zülmün bəzi əsərlərini bəyan etmişdir. O cümlədən:
1. Nakamlıq–“Allah zalımlara nicat verməz.1
2. Məhrumiyyət–“Allahın lütflərindən məhrumluq.2
3. Əzab.3
4. Zalımlardan fidyə (gördükləri işə görə əvəz) qəbul olunmaz.4
5. Üzrün qəbul olunmaması.5 Bundan da pisi onlara üzr istəmək üçün icazə verilməz.6
Dostları ilə paylaş: |