Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə63/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   91

Nöqtələr


●“Hukm” sözü hökumət, himayədarlıq və müdiriyyət mənalarını daşıya bilər. Bu sözün elm və mərifət mənasını da ifadə etməsi mümkündür. Şübhəsiz, “hukm” sözü hikmətdən üstün məna bildirir. Çünki hikmət dedikdə yalnız haqqı batildən seçmək gücü, “hukm” dedikdə isə agahlıqla yanaşı haqqın icrası üçün hazırlıq mənası başa düşülür.1

●İnsanın xoşbəxtliyi həzrət İbrahimin (ə) duasında bəyan olunmuş bir neçə cümlə ilə xülasələşir:

a) Allahı tanımaq və Ona münasibətdə daxili mərifət;

b) Salehlər cəmiyyətində iştirak;

v) Tarixdə yaxşı ad;

q) Əbədi Behiştə qovuşmaq.


Bildirişlər


1. İnsan kamilliklərə çatmaq üçün Allahdan yardım diləməlidir.

2. “Rəbb” adı ilə çağırış duanın qəbuluna təsir göstərir.

3. Əməllə müşayiət olunan hikmət və bəsirət ilahi hədiyyədir.

4. Allahdan yeni bir nemət istəməzdən öncə əvvəlki nemətlərin adını çəkin və təşəkkür edin.

5. Pis dostların əhatəsində hikmət səmərəsizdir.

6. Əgər baxış və təfəkkür düzgün olsa, niyyət, danışıq və rəftar da düzgün olar. (Hikmət dedikdə düzgün baxış, düzgün düşüncə və düzgün yanaşma nəzərdə tutulur.)

7. Nəzəri hikmət təklikdə faydasızdır. Hikmət əməllə müşayiət olunmalıdır.

8. Daxilən hikmət və mərifətdən faydalanmaq, salehlər cəmiyyətində yaşayıb saleh olmaq xoşbəxtliyin ən üstün dərəcəsidir.

9. Hikmət, mərifət və bəsirət əməldən öndə gəlir.

10. Ən yaxşı duaları ən üstün şəxslərdən öyrənək. (İnsanların ən üstünü peyğəmbərlərdir və həzrət İbrahim (ə) ülul-əzm (böyük) peyğəmbərdir. O öz duasında Allahdan bağışlanma, hikmət, yaxşı ad, xoş aqibət istəyir. Digər ayələrdə İbrahim (ə) yaxşı övlad və müsəlman ardıcılları üçün Allaha dua edir.)

11. İlahi hökmlərin icrası üçün hakimiyyət istəyi yaxşı istəkdir.1

12. Həm guşənişinlik, həm də pis insanlarla yoldaşlıq qadağandır.

13. Salehlər arasında öncülləri dəyərləndirək. (İbrahim ərz etmir ki, salehlərdən olum. Deyir ki, onlara qatılım. Çünki “sabiqin”, yəni öncüllər məqamı üstündür.)

14. Fərdləri saleh olan cəmiyyət dəyərlidir.

15. İnsan yaxşı yoldaşa möhtacdır.

Ayə 84:


﴿وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ﴾

Gələcəkdəkilər arasında mənim üçün yaxşı ad qərar ver.”



Ayə 85:


﴿وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ﴾

Məni nemət dolu («Nəim») Behişt varislərindən et.”



Nöqtələr


●“Saffat” surəsinin 108-ci ayəsində İsmailin (ə) qurbanlıq macərası bəyan olunur. Bildirilir ki, həcc mərasimində qurbanlığı vacib bir sünnə, qanun qərar verdik, İbrahim (ə) təslim olduğundan onun üçün yaxşı ad müəyyənləşdirdik və dualarını qəbul etdik.

“Məryəm” surəsinin 50-ci ayəsində də həzrət İbrahim (ə), İshaq (ə) və Yaqubun (ə) adını çəkdikdən sonra buyurulur ki, Biz onlar üçün uca və yaxşı ad qərar verdik.

●Həzrət Əli (ə) buyurdu: “Yaxşı ad üstün mülk və sərmayədəndir.”2

●Rəvayətlərdə “lisanə sidqin” təbirinin həzrət Məhəmməd (s) və Həzrət Əlinin (ə) mübarək vücuduna işarə olduğu bildirilir.2 Bəziləri həzrət Peyğəmbərin (s) “mən atam İbrahimin (ə) duasının səmərəsiyəm” buyruğunu uyğun nöqtəyə dəlil göstərirlər. Buna əsasən də “lisanə sidqin fil axirin” təbiri İbrahimin (ə) nəslindən olan peyğəmbərlər mənasında anlaşılmalıdır. Onlar tövhid məktəbini davam etdirmişlər. Belə bir istək İbrahim (ə) kimi peyğəmbərin məqamına daha çox uyğundur.

●Rəvayətlərdə oxuyuruq: “İnsan dünyadan getdiyi vaxt onun əməl naməsi bağlanır. Yalnız cari olan sədəqə qoyub getmiş olsa əməl naməsinə əlavə olunur. Məsələn, insanın vəqfi, yazdığı faydalı bir kitab, saleh övladının duası ölümündən sonra onun üçün təsirlidir.3

●Rəvayətdə bildirilir: hər bir insan üçün Behiştdə və Cəhənnəmdə mənzil ayırılmışdır. İnsan əməlləri səbəbindən Cəhənnəmə düşdükdə onun Behişt mənzili başqalarına verilir, həmin şəxslər bu evə varis olurlar.4


Bildirişlər


1. Yaxşı məktəb və bəxşişin davamını Allahdan diləyək.

2. Yaltaqlıq yox, sədaqət əsasında sitayiş dəyərlidir.

3. Gələcəkdəkiləri və onların mühakiməsini nəzərə alın.

4. Yəhudi, məsihi və müsəlmanların İbrahimin (ə) əzəməti ilə bağlı yekdilliyi onun duasının səmərəsidir.

5. Böyük insanlar həm dünyəvi sevgi, həm axirət xoşbəxtliyi istəyirlər.

6. İnsan ölümündən sonra da binasını qoyduğu yaxşı işlərdən və başqalarının xeyir-dualarından faydalanır.

7. Qısamüddətli planlarla kifayətlənməyək.

8. Behişt nemətləri bizim əməllərimizlə müqayisədə çox-çox böyükdür və əziyyətsiz əldə olunur. İrs dedikdə zəhmətsiz əldə olunan şey başa düşülür.


Ayə 86:


﴿وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ﴾

(İbrahim duasının davamında dedi:) «Atamı (əmimi) bağışla, şübhəsiz, o, yolunu azanlardandır.»


Ayə 87, 88, 89:


﴿وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ﴾

Hamının məbus olacağı (dirildiləcəyi) gün məni xar etmə. Elə bir gün ki, nə var-dövlət, nə də övladlar insan üçün faydalıdır. Yalnız pak ruh və qəlblə Allaha doğru gələn istisnadır.”



Nöqtələr


●Əksəriyyət bu fikirdədir ki, ayədə İbrahimin (ə) atası yox, əmisi nəzərdə tutulmuşdur. Quran buyruğuna əsasən, mömin insan kafir haqqında dua etməməlidir. Həzrət İbrahim (ə) əmisinə vəd etdiyi üçün ona dua etdi. Çünki hələ də onun iman gətirəcəyinə ümid bəsləyirdi.1 Amma İbrahim (ə) Azərin iman gətirməyəcəyinə əmin olduqdan sonra ondan uzaqlaşdı.2

●Pak ruh dünya bağlılıqlarından, şirk, küfr, nifaq, təkəbbür və digər qəlb xəstəliklərinə aludəlikdən pak qalmış ruhdur. Allah münafiqlərin qəlbində xəstəlik olduğunu bildirir. Demək, sağlam qəlb mömin insanın qəlbidir.

Hədisdə oxuyuruq: “Sağlam qəlb şirk olmayan qəlbdir.3

●Həzrət Peyğəmbər (s) öz namazında belə dua edirdi: “Pərvərdigara! Məni Qiyamətdə xar və rüsvay etmə.”4

Sual: Rəvayətdə bildirilir ki, infaq və sədəqə, valideyn üçün dua edən saleh övlad Qiyamətdə onun üçün faydalıdır. Amma başqa bir ayədə mal və övladın fayda verməyəcəyi bildirilir. Burada ziddiyyət yoxdurmu?

Cavab: Bu ayədə ilahi xətdə qərar tutan var-dövlət və övlad nəzərdə tutulur.

Demək, dünya bir hərəkətlə qapını bağlayan, digər bir hərəkətlə qapını açan açar kimidir. Halal mal salehlərin əlində xeyir, qeyri-salehlərin əlində günah vasitəsidir.



Gəmidən bayırda həyat olan su

Göyərtəyə dolsa ölüm olar bu

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin