Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə59/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

Nöqtələr


●Ayədəki “nəzəə” sözü əli cibdən və ya qoyundan çıxarmaq mənasını bildirir.

●Quranda əsanın əjdahaya dönməsi 10 dəfə, Musanın (ə) əlinin bəyazıması beş dəfə zikr olunmuşdur.

●Musa əsanı atdıqda, o əvvəlcə kiçik bir ilan şəklinə düşdü,1 sonra itaətsiz zalımlar qarşısında əjdaha şəklini aldı. Bu, qarşı tərəfə uyğun söz və əməlin zəruriliyini göstərə bilər.

Bildirişlər


1. Peyğəmbərlərin möcüzəsi ilahi qüdrətə bağlı olduğundan bu istiqamətdə çalışmaya və tədriciliyə ehtiyac qalmır. (Yəni əsa qəfildən, dərhal ilan oldu.)

2. Azğın insanlar qarşısında lərzəyə gətirən iş görülməlidir.

3. Peyğəmbərlərin möcüzəsi təxəyyül yox, açıq-aşkar hadisədir.

4. Dəhşətli möcüzə ilə yanaşı əlin parlaması səfa və məhəbbət rəmzidir.

5. Haqq sözün təsiri üçün qorxu və ümidin bütün düzgün üsullarından istifadə edin.

Ayə 34-35:


﴿قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَذَا لَسَاحِرٌ عَلِيمٌ يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ﴾

(Firon) ətrafındakı əyanlarına dedi: “Həqiqətən, bu, mahir bir sehrbazdır. O öz sehri ilə sizi yurdunuzdan çıxarmaq istəyir. Əmriniz nədir?”


Ayə 36-37:


﴿قَالُوا أَرْجِهِ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ﴾

Dedilər: Onu və qardaşını saxla, bütün şəhərlərə (sehrbazlar) toplamaq üçün adamlar göndər. Qoy bütün şəhər sehrbazları sənin yanına gəlsinlər.”


Ayə 38:


﴿فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ﴾

Sehrbazlar müəyyən bir gün vəd olunmuş vaxtda bir yerə toplandılar.”



Ayə 39:


﴿وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ﴾

Xalqa deyildi: Siz də toplanırsınızmı?”



Nöqtələr


●Firon Musanın (ə) üzərinə bir neçə istiqamətdə hücuma keçdi:

a) Təhqir: ”Səni biz boya-başa çatdırmadıqmı?”

b) İstehza: ”Sən divanəsən.”

v) Hədə: ”Səni zindana salaram.”

q) Sehr böhtanı: ”Sən sehrbazsan.”

d) Fitnəkarlıq böhtanı: ”Sən qiyam qaldırmaq istəyirsən.”

●Musanın (ə) Fironla söhbətində Harundan söz açılmır. Çünki rəsmi mövqe rəhbər tərəfindən müəyyənləşdirilməlidir.

●“Əmriniz nədir?” soruşularkən məsləhət nəzərdə tutulur. Çünki müşavirlər öz fikirlərini əmr və fərman şəklində bildirirdilər. Necə ki, buyurulur: ”Musa və qardaşına fürsət ver, onları zindana atma.”

●Həzrət Musa (ə) və Firon bir-biri ilə razılığa gəldilər ki, sehrbazların Musa (ə) ilə qarşılaşma mərasimi nə vaxt və harada keçirilsin.

●Müəyyən vaxt və müəyyən yerdə xalqa toplaşmaq göstərişi verildi. Çünki belə bir hüzur və toplanış nəticəsində Musa (ə) və Harun özünü tənha hiss etməli, sehrbazlar bundan güc almalı, hay-küylü təbliğat rəvac tapmalı idi.

●İradəsiz və yaltaq ətraf danışdığı sözdə də təqlid edir. Bu iki ayədə Firon bildirir ki, Musa (ə) mahir sehrbazdır və o, xalqı yurd-yuvasından çıxarmaq istəyir. Amma “Əraf” surəsinin 109, 110-cu ayələrində eyni sözlər artırılıb əskildilmədən onun ətrafı tərəfindən dilə gətirilir.

Bildirişlər


1. Zalım hakimlər öz şeytani təbliğatlarını təkid və qətiyyətlə bəyan edirlər.

2. Firon sehrbazları Musa (ə) ilə mübarizəyə təşviq və təhrik etmək üçün Musanı (ə) mahir sehrbaz kimi tanıtdırır.

3. Yalançının yaddaşı olmur. Musanı (ə) divanə adlandıran fironçular sonradan onu mahir və agah sehrbaz kimi təqdim edirdilər.

4. Vətən sevgisi və mülkiyyət hissi insanın daxili meyillərindəndir. Firon xalqı Musaya (ə) qarşı qaldırmaq üçün bu iki nöqtəni bəhanə gətirərək dedi: «O sizi yurd-yuvanızdan çıxaracaq, mülkiyyətinizdən məhrum edəcəkdir.»

5. Yalan, ikiüzlülük və avamları aldatmaq zalım hakimlərin qaydasıdır.

6. Zalım hakimlər qüdrət və hakimiyyətdə olduqları vaxt hər şeyi özlərininki bilirlər.1 Amma təhlükə hiss etdikləri vaxt xalqı qabağa verirlər.

7. Zalım hakimlər öz əlaltılarına ehtiyaclıdırlar və çətinliyə düşdükdə onlardan çarə istəyirlər. Öncə Musanı (ə) özünə itaətə çağıran şəxs sonradan ətrafındakılara möhtac olur.

8. Fironun dövrü sehr-cadunun rəvac tapdığı bir dövr olmuşdur.

9. Əgər mütəxəssislər vicdanlı olmasalar, fironların xidmətində durarlar.

10. Mütəxəssislərin toplantı və seminarlarının uzun keçmişi var.

11. Zalım qüvvələr öz azğın məqsədlərinə çatmaq üçün mütəxəssislərdən sui-istifadə edirlər. Bəs nə üçün biz yetərincə faydalanmayaq?!

12. Firon bütün gücünü işə saldı.

13. Təbliğatda zaman və məkan seçiminin rolu var.

14. Zalım qüvvələr üçün ictimai rəy qazanmaq və xalqın səhnədə iştirakı mühümdür.


Ayə 40-41:


﴿لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَ فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ﴾

Bu ümidlə ki, sehrbazlar qalib gəlsələr, onlara tabe olaq... Sehrbazlar gəldilər və ona dedilər: “Əgər qalib gəlsək, mükafatımız varmı?”


Ayə 42:


﴿قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ﴾

Firon dedi: “Bəli, bu halda siz hökmən sarayın yaxınlarından olacaqsınız.”



Nöqtələr


●İmandan güc alan Musa (ə) və Harun bir tərəfdə dayandılar və arxayın idilər. Firon, əyan-əşrəf və sehrbazlar isə digər tərəfdə nigaran halda dayanmışdılar. Bəli, məhz belə bir məqamda imanın rolu və gücü aydın olur. Sehrbazların “əgər qalib gəlsək” sözündən onların tərəddüddə olduğu, Fironun böyük mükafat vəd etməsindən onun nigarançılıq keçirdiyi aydın olur.

Sehrbazların mükafatla bağlı şərt kəsməsi Fironun xəsisliyinə işarə ola bilər. Adətən, insanlar səxavətli, əliaçıq fərdlərlə muzd barədə şərt kəsmir, bilirlər ki, qarşı tərəf mərifət və səxavətinə uyğun olaraq hər şeyi nəzərə alacaq.


Bildirişlər


1. Firon tanrılıq iddiasında idi. Amma Musanın (ə) möcüzəsi ilə bağlı iş bir yerə çatdı ki, hamı sehrbazlara tabe olub, onların sözünü həlledici saydı.

2. Musanın (ə) möcüzəsini görən Firon sehrbazların qələbəsinə əmin deyildi.

3. Hətta söhbət əqidədən gedəndə belə maddiyyatçı fərdlər puldan dəm vururlar.

4. Sehrbazlar özlərini düşünürdülər və məqsədləri muzd almaq idi. Onları haqq və batil maraqlandırmırdı. Amma peyğəmbərlərin bütün işlərdə şüarı xalqdan təmənnasızlıq idi.1 Sehrbazlar isə kiçik bir hərəkətə görə muzd alırdılar.

5. Həqiqi imandan məhrum insan Fironun qızıl-gümüşünə göz dikir. Allaha üz tutduqdan sonra isə bütün varlıq aləmi insanın nəzərində kiçilir, o, rahatlıqla canını fəda edir.2

6. Bəzən məqam və etibar var-dövlətdən üstün olur.


Ayə 43:


﴿قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ﴾

(Vəd olunmuş gün çatdı və bütün sehrbazlar bir yerə toplandılar.) Musa onlara dedi: “Atmaq istədiyinizi atın.”



Ayə 44:


﴿فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ﴾

(Sehrbazlar) öz kəndirlərini və əsalarını atdılar və dedilər: “And olsun Fironun izzətinə, şübhəsiz, biz qalibik.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin