Nöqtələr
●Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:
1. İbadət–“Mən cin və insi yalnız ibadət üçün xəlq etdim.”4
2. İmtahan–“(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəksin, hansınızın yaxşı əməl etdiyi bilinsin.”5
3. İlahi rəhmətin əldə olunması –“Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı.”1
●Həzrət Əli (ə) buyurmuşdur: “Allah rəhm etsin öz qədrini bilən kəsə.”2 İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.
●İmam Hüseyn (ə) buyurmuşdur: “Allah-təala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar.”3
●Həzrət Əli (ə) buyurmuşdur: “Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)
Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar.4
Misilsiz sərvətdir ömrün hər anı,
Sovrulsa havaya, yandırar canı.
Bildirişlər
1. İnsan məqsədli yaradılıb.
2. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.
3. Allahın bütün işləri məqsədlidir.
4. Axirət düşüncəsindən uzaq dünya həyatı puçdur.
5. İnsan məsuliyyət daşıyır. (Özümüzü Qiyamət sorğusuna hazırlamalıyıq.)
6. İnsanın yaranış məqsədi təkcə bu dünyada bitmir.
Ayə 116:
﴿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ﴾
“Ucadır haqqı hökm edən Allah. Ondan başqa məbud yoxdur, O, dəyərli ərşin rəbbidir.”
Ayə 117:
﴿وَمَن يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ﴾
“Hər kəs Allahla yanaşı başqa bir məbudu çağırsa, işdə heç bir dəlili yoxdur. Şübhəsiz, onun hesabı Rəbbinə məxsusdur. Həqiqətən, kafirlər nicat tapmaz.”
Ayə 118:
﴿وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ﴾
“De ki, Pərvərdigara, bağışla və rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.”
Nöqtələr
●Surənin başlanğıcındakı bir ayədə nicat tapanlardan bir qrupu haqqında danışıldı. Surənin sonunda isə ziyankarların bir qrupu yada salınır: Zalımlar1; günahkarlar2; cadugərlər3; kafirlər4; Allaha iftira yaxanlar.5
Bildirişlər
1. Allah əbəs iş görmür.
2. Haqq hökumət Allaha məxsusdur.
3. Varlıq aləmi Allahın tərbiyə və müdiriyyəti altındadır.
4. Şirk istənilən bir halda məhkumdur.
5. Müşriklərin məntiqi yoxdur. (İnsanın əqidə və rəftarı dəlilə əsaslanmalıdır.)
6. Məsum peyğəmbər də Allahın rəhmət və bağışlamasına ehtiyaclıdır.
7. Duada Allaha sitayişi yaddan çıxarmayaq.
“NUR” SURƏSİ (24-cü surə, 64 ayə) “Nur” surəsinin siması
Mədinədə nazil olmuş bu surə 64 ayədən ibarətdir.
Ayənin “Nur” adlandırılmasının səbəbi budur ki, onun 35-ci ayəsində Allah göylərin və yerin nuru kimi tanıtdırılır.
Bütün möminlərə, xüsusi ilə də qadınlara iffət və paklığın qorunması çox tapşırıldığından rəvayətlərdə bu surəni öyrənmək və qiraət etmək qadınlara çox tövsiyə olunur.
Surədə zinakar kişi və qadınların, pak qadınlara böhtan atanların cəzalandırılmasına, o cümlədən məşhur “ifk” macərası, hicab hökmü və azğınlığın qarşısının alınması üçün paklığa riayət mövzuları yer tapmışdır.
Rəhman və rəhim Allahın adı ilə
﴿بسم الله الرحمن الرحيم﴾
Ayə 1:
﴿سُورَةٌ أَنزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَّعَلَّكُمْ تَذَكَّرُونَ﴾
“(Bu) bir surədir ki, onu nazil etdik, (ona əməli) vacib buyurduq. Onda aşkar ayələr göndərdik. Ola bilsin ki, dərk edəsiniz.”
Nöqtələr
●Bu ayədə “Nur” surəsinin əzəmətinə üç yerdə işarə olunur: Surənin əvvəlindəki “surətun” sözü bu əzəmətdən danışır; “surətun” sözündəki “tənvin” (“un” bildirən əlamət) əzəmət göstəricisidir; ayədə “ənzəlna” (nazil etdik) təbiri iki dəfə işlədilmişdir.
Bildirişlər
1.”Surə” Quran ayələri məcmusuna Allah tərəfindən verilmiş bir addır.
2. Hökmlər Allahın göstərişi ilə vacib olmalıdır.
3. Quran dinin əsas qanunu, icrası zəruri proqramıdır.
4. Quran ayələri aydın və anlaşıqlı olan bir kitabdır. (Amma bəzi ayələrin dərki üçün diqqət, araşdırma və təfsirə ehtiyac var.)
5. İnsan öyüd-nəsihətə ehtiyaclıdır.
6. Quran maarifinin insan fitrətində kökü var və müvafiq xatırlatmalar qəflət pərdəsini götürür.
Ayə 2:
﴿الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِئَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِّنَ الْمُؤْمِنِينَ﴾
“Zinakar qadın və kişinin hər birinə yüz qamçı vurun. Əgər Allaha və Qiyamət gününə inanırsınızsa, Allah dininin icrasında həmin iki nəfərə qarşı ürəyiniz yanmasın. Həmin iki nəfər cəzalandırılan vaxt möminlərdən bir qrupu orada olub baxmalıdır.”
Nöqtələr
●Zina hökmləri fərdlərin şəraitinə görə fərqlənir. Bu ayədə yalnız subay kişi və qadının zinası nəzərdə tutulmuş və onlara yüz qamçı vurulması göstəriş verilmişdir. Həyat yoldaşı olduğu halda zinaya yol verən insan isə daş-qalaq edilir. Amma insan həyat yoldaşından uzaq düşdükdə (məsələn həyat yoldaşı həbs olunduqda) o, zinaya yol verərsə, daşqalaq hökmü qamçı və şallaq cəzası ilə əvəz olunur.
●Quran zinanı çirkin iş sayır və onu qadağan edir.1 Zinadan uzaqlıq layiqli bəndələrin səciyyəsi sayılır.2 Belə bir günahdan uzaqlıq peyğəmbərlə beyət üçün şərt sayılmışdır.3
●Rəvayətlərdə zinanın fəsadları haqqında:
İmam Rzanın (ə) bir buyruğunda zinanın fəsadları bəyan olunur:
1. Uşağın salınması (abortu) ilə qətl;
2. Ailə quruluşunun dağılması;
3. Övladların tərbiyədən məhrumluğu;
4. İrs ölçülərinin aradan götürülməsi.4
–Həzrət Əli (ə) zinadan uzaqlığı ailə möhkəmliyi, livatdan (həmcinsbazlıq) uzaqlığı nəslin qorunması üçün səbəb sayır.5
–Həzrət Peyğəmbər (s) buyurur: “Zinanın dünya və axirət zərərləri var: Dünyada insanın nuru və gözəlliyi aradan götürülər, o, qəfil ölümə düçar olar və ruzisi kəsilər; axirətdə Qiyamət hesabı zamanı çarəsizlik, ilahi qəzəb və həmişəlik cəhənnəm.6
–Həzrət Peyğəmbər (s) buyurur: “Zina artdığı vaxt qəfil ölümlər çoxalar.”7
–Rəvayətdə belə nəql olunur: “Zina etməyin ki, zövcələriniz də zinaya yol verməsin. Hər kəs başqasının namusuna təcavüz etsə, onun namusuna təcavüz olunacaq. Başqaları ilə rəftar etdiyiniz kimi sizinlə rəftar olunacaq.1
Əməl cəzasından qəflətdə qalma,
Dənizdən ləl çıxar, arpadan arpa.
–Dörd şeydən biri hansı evdə olsa həmin ev viran qalar, bərəkətdən düşər: xəyanət, oğurluq, şərabxorluq, zina.”2
–Zina ən böyük kəbirə günahlardandır.3
–İmam Sadiq (ə) buyurmuşdur: “Dörd günah xalqa dörd bəla gətirər: Zina rəvac tapdıqda zəlzələ baş verər, zəkat ödənmədikdə dördayaqlılar məhv olar, hakimlərin mühakiməsi zülmə əsaslandıqda yağış yağmaz, əhdə vəfa qılınmadıqda müşriklər müsəlmanlara qələbə çalar.4
Dostları ilə paylaş: |