Nur təFSİRİ


“Rəhman və rəhim Allahın adı ilə”



Yüklə 2,21 Mb.
səhifə106/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   102   103   104   105   106   107   108   109   ...   572

“Rəhman və rəhim Allahın adı ilə”

Ayə 1, 2:


﴿الم * أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ﴾

Əlif, lam, mim; yoxsa insanlar güman edirlər ki, “iman gətirdik” deməklə azad buraxılacaq və sınağa çəkilməyəcəklər?!”


Ayə 3:


﴿وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ﴾

Hansı ki, heç şübhəsiz, onlardan əvvəlkiləri sınağa çəkdik ki, Allah doğru danışanları və yalançıları müəyyənləşdirsin.”



Nöqtələr


“Fətənə” dedikdə tərkibini saflaşdırmaq üçün qızılı əritmək mənası anlaşılır. Çətinliklər zamanı insanın gizli xüsusiyyətləri üzə çıxdığından uyğun hadisələr və sınaqlar “fətənə” adlandırılmışdır.

Bildirişlər


1. İman təkcə dildə təslimçiliklə sübuta yetmir, sınaqlardan da çıxmaq lazımdır. (İddia kafi deyil, əməlləri görüb mühakimə yürütmək lazımdır.)
Dil ilə özünü öysə də insan,

Əməldə tanınır həqiqi iman.
2. Sınaq tarix boyu davam etmiş ilahi sünnədir.

3. Hadisələri təsadüfi saymayaq, hər bir hadisə bizim üçün sınaqdır.

4. Tarix və keçmişdə baş vermiş hadisələrlə tanışlıq insanları qarşıdakı hadisələrə hazırlayır.

5. İlahi sınaqlarda məqsəd Allahın əzəli elminin gerçəkləşməsi, həqiqi möminlərin seçilməsi, daxili istedadların çiçəklənməsi və işə düşməsidir.



Ayə 4:


﴿أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَن يَسْبِقُونَا سَاء مَا يَحْكُمُونَ﴾

Yoxsa pis iş görənlər Bizi qabaqlayacaqlarını (əzabımızdan yayınacaqlarını) güman edirlər? Necə də pis mühakimə yürüdürlər!”


Ayə 5:


﴿مَن كَانَ يَرْجُو لِقَاء اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

Allahla görüşə ümid edən kəs (bilir ki,) şübhəsiz, Allahın müəyyənləşdirdiyi əcəl yetişəsidir. Odur eşidən və bilən.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin