Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə205/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   201   202   203   204   205   206   207   208   ...   572

Nöqtələr


Rəvayətdə deyilir ki, bu ayə nazil olanda əziz Peyğəmbər (s) Fədək bağını həzrət Zəhraya (ə) bağışladı.1

Ayə Peyğəmbərə (s) xitabən buyurulsa da, bütün insanlara ünvanlanmışdır.

“Vəchəllah” dedikdə xalisanə infaq nəzərdə tutulur. Əhli-beytin (ə) infaqından danışan ayədə də bu təbirlə rastlaşırıq.1

Bildirişlər


1. Mövcud mal-mülkün sahibi Allahdır. Əgər belədirsə, məsrəf yerlərini də Allah təyin etməlidir.

2. İnfaq və yardım edərkən öncə yaxınları nəzərə alın.

3. Qohumların insan və onun mülkü üzərində haqqı var. Bəli, qohumluq vəzifələr yaradır.

4. Dini göstərişlər təbii istəklərə uyğundur. Yoxsul qohumlara əl tutmaq insanın daxili tələbidir.

5. Məhrumların varlıların malında haqqı var. Onların haqqını ödəyərkən bunu dilə gətirib minnət qoymayın.

6. İslam müstəzəfləri (çarəsiz vəziyyətə salınmışları) himayəyə götürür və İslam hakimi müsəlman cəmiyyətindəki yoxsulluğu aradan qaldırmağa borcludur. (Bu əsasla bir hakim olaraq İslam Peyğəmbərinə (s) xitab edilir.)

7. Hətta bir müddət çətinliyə düşmüş varlılara belə himayə göstərmək lazımdır.

8. Var-dövlət toplamaq yox, insanların vacib haqlarını ödəmək dəyər sayılır.

9. Var-dövlət insanı Allaha yaxınlaşdıra bilər.

10. İslamdakı infaqı başqa infaqlardan fərqləndirən Allaha yaxınlıq məqsədidir.

11. Əmr be məruf (yaxşılığa əmr) təşviqlə müşayiət olunmalıdır.

12. İnsanın qurtuluşu onun xalisanə (təmənnasız) əməlindən asılıdır.


Ayə 39:


﴿وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ وَمَا آتَيْتُم مِّن زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُوْلَئِكَ هُمُ الْمُضْعِفُونَ﴾

(Sələmçi) insanların malı artsın deyə sələm olaraq verdikləriniz Allah yanında artası deyil. Zəkat olaraq ödəyib müqabilində Allahın razılığını dilədiyiniz isə qat-qat artasıdır.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin